İmişlinin təzə başçısı da bir işə yaramır... - GİLEY
Bolge
Oxunub: 465
29 in 2020 | 22:50
 İmişlinin təzə başçısı da bir işə yaramır... - GİLEY


“İş olanda gedib görürəm. Olmayanda da qalırıq belə. Ailədə 4 nəfərik, hamımız da xəstə. İçimizdə cəmi bir nəfər əlilliklə bağlı pensiya alır, o da cəmi 300 manat. Bununla 4 nəfər bir ay necə dolanmalıdır?” DİA.AZ bildirir ki, İmişlinin Bəcirəvan kəndinin sakini 56 yaşlı Müsəbbir Həsənov belə söyləyir. O, 57 yaşlı həyat yoldaşı Kifayət Həsənovanın 8 aydır yataq xəstəsinə çevrildiyini, 22 yaşlı oğlunun isə gözlərinin görmədiyini, yeriyəndə yıxıldığını deyir: “Özüm qaraciyərimdən əziyyət çəkirəm. 30 yaşlı qızımın isə ayaqlarında problem var, çox ayaq üstə dura bilmir, zəifdir. Uşaq vaxtından problemlidir. Sümük boşluğu var idi. Müalicələrdən sonra hələ ayağa qalxıb. Ancaq yenə də yaxşı yeriyə bilmir. Baxın, ailədə 4 nəfərik, hərəmiz bir cür xəstəyik”.

Müsəbbir Həsənov kənddə ehtiyacı olanların həyətində, evində işləyir. Deyir, bəzi günlər 5-10 manatı olur. Ancaq koronavirus çıxandan iş tapması çətinləşib: “Burada elə qatı karantin olmur. İnsanlar çölə çıxır. Problem odur ki, kimsədə pul yoxdur. Ailələrin çoxu Bakı, Rusiya vasitəsilə dolanırdı. İnsanlar Bakıda, Rusiyada işləyib, ailəsinə pul göndərirdi. Kimi də İmişli-Bakı maşın sürür, sərnişin danışırdı. İndi xəstəlik yayılıb, Bakıya giriş bağlıdır. Odur ki, insanlar bu dəqiqə topladıqları puldan istifadə edirlər. Bir-iki aya o da bitər. Deməyim odur ki, indi camaat bekarçılıqdan fəhləliyi də özü edir, başqasını çağırmır. Bizim kimilər də qalır işsiz”.

Müsəbbir Həsənov deyir ki, onsuz da çox işi olmurdu. Ayın 1 həftəsini işləsə, sevinirdi: “İndi o da yoxdur. Yaşlı adamam, iş keyfiyyətim də aşağıdır. Elə hər şey bir yana, nə vaxtacan çəpər hörüb, beton tökməliyəm? Yaxud həyət-baca təmizləməliyəm? Adam bezir, həqiqətən də. Üstəlik, xəstəliyim də var. Elə bu xəstəliyə görə təqaüdüm olsa, birtəhər dolanaram”.

Ailənin bir oğlu var. 22 yaşlı Həsən. O, nə danışa, nə görə, nə yeriyə bilir. Müalicəyə ehtiyacı var, ancaq atasının gücü çatmır. Deyir, qarınlarını güclə doyurur, qaldı müalicə etdirə, bunu çatdıra bilmir: “30 yaşlı qızım da onun kimi. Ayaqları yaxşı tutmur. Oğuldur, böyüyüb, kömək olmalıdır dolanışığa. Ancaq mən ona kömək etməliyəm. Onu da edə bilmirəm. Artıq dərdimi kimə deyim, haradan kömək umum bilmirəm. Mənimki də belə gətirib. Bütün ailəmiz xəstədir”.

Müsəbbir Həsənov deyir ki, həyat yoldaşının müalicəsinə son 8 ayın hər birində 200 manatadək xərcləri çıxır. Ancaq heç sağalmır, irəliləyiş yoxdur: “Artıq pulumuz da qalmayıb. Dövlət 2 ay 190 manat verdi. Hardan gəldi, hara getdi, vallah bilmədim. Elə evdəki tükənən ərzaqları aldıq, bir də ayıldıq ki, pul qalmayıb. İndiki dövrdə pulun da bərəkəti yoxdur. Bazara gedirsən, qayıdanda görürsən ki, yoxdur. Sıxırsan canı çıxır pulun”.

Ailə 300 manatla ayın sonunu gətirə bilmir. Üstəlik, həmin 300 manat I qrup əlilliyi olan Həsənə verilir. Yəni, onun müalicəsinə xərclənməlidir. Amma başqa gəlirləri olmadığı üçün xeyrə, şərə, kommunala, ərzağa da o puldan istifadə edirlər. Nəticədə xəstənin müalicəsi qalır kənarda: “2 inəyimiz də var. Amma bəs etmir. Düzdür, qatığımız, südümüz olur, istifadə edirik. Ancaq kənd yerində hamının həyətində var. Adamların nə qatıq, nə südə ehtiyacı var. Sata bilmirik. Hökumətdən tək istəyimiz xəstələrimizə baxmalarıdır. Sağala bilsələr, çox sevinərəm. Məsələn, həyat yoldaşım sağalmayacaqsa, heç olmasa, ona da pensiya kəssinlər. Həqiqətən mən onun müalicəsini çatdıra bilmirəm”.

Ailənin yaşadığı ev də şəraitsizdir. Müsəbbir Həsənov deyir ki, damını təmir etmək lazımdır, ancaq imkanı yoxdur. Odur ki, yağış yağanda evin içinə su damır: “Evin damı, suvağı, qapıları yoxdur. Cəmi 1 otaq, 1 də mətbəxini hazırlaya bilmişik, qalıb yarımçıq. Deməyim odur ki, yaşaya bilmirik. Biz də normal şəkildə dolanmaq istəyirik. Böyük nəsə istəmirik hökumətdən”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib