Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."
Bolge
Oxunub: 431
29 in 2020 | 23:39
Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."


Astara rayonun Vaqo kənd sakini, Qarabağ müharibəsi veteranı İmran Məmmədov-un yaşadığı ev dağ ətəyində yerləşir. DİA.AZ-ın məlumatına görə, evin müxtəlif yerlərində yaranmış çatları göstərib deyir ki, son 3-4 ildə ev belə yararsız hala düşüb: “Bir vaxt üstümzə uçacaq. Bu ev ötən əsrin 90-cı illərində tikilib. Elə də köhnə deyil. Birdən-birə ev hər yerdən çat verməyə başladı. Səbəbini bilmirəm. Dağ ərazisidir, bəlkə nə isə baş verir? Çatlar dərinləşir.”

İ.Məmmədov daha sonra da əlavə edir: “Qarabağ döyüşlərində iştirak etmişəm. Həm də əsgər atasıyam. Bir oğlum orduda xidmət edir. Digər oğlumun hərbi xidmət vaxtı çatıb. Siz gördünüz, burda yol yox, təbii qaz yox.”

O, iqtisadi vəziyyətin də yaxşı olmadığını söyləyir: “Aldığım əməkhaqqı çörəyə çatır. Əlavə nə isə alım, mümkün deyil. İmkanım olsaydı özüm evə əl gəzdirərdim. Əvvəllər yaxın ərazidə sürüşmə baş vermişdi. Orada bir ev dağıldı. Mənə deyirlər ki,burada sürüşmə yoxdur.”

İmran Məmmədov kəndin qayğılarından da danışır. O yaşadığı əraziyə təbii qazın çəkilmədiyini söyləyir: “Üç ev o tərəfdə qaz var. Bizdə yoxdur. Elə böyük məsafə də deyil. Qışda əziyyət çəkirik. Odun da yoxdur. Ev hər yerdən dağılıb, qışda elə bil ki, açıq havada yaşayırıq. Bu səbəbdən odun sobası evi qızdıra bilmir. Heç olmasa qaz versinlər.”

Evin arxa divarı da əyilib.

İmran Məmmədov rəsmi orqanlara müraciət etdiyini də deyir: “Çoxlu şikayət məktublarım var. Gəldilər, baxdılar, dedilər ki, evin sənədi yoxdur. Get sənədləşdir. Evin sənədləşdirlməsi də pul istəyir. Hardan gətirim? Torpağın sənədi var. Dedilər nə olsun evin sənədini ver. Bu ərazidə tikilən evlərin çoxunun sənədi yoxdur. Hökmət bunu nəzərə almalıdır. Vətəndaşı təhlükə altında qoyublar, sənəd istəyirlər. Belə dərd olar?”

O etdiyi şikayətlərin cavablarını göstərir: “Bu qədər laqeyd olmazlar. Məni və oğlanlarımı sənədli, sənədsiz tapıb orduya aparırlar. Evim üçünsə sənəd istəyirlər. Bu ev dağılır. Altında qalarıq. Heç kimin vecinə deyil. Sənəd də olsaydı, başqa bəhanə tapardılar. Mənim evimdir, 30 ilə yaxındır bu evdə yaşayıram, rəsmi ünvanı var.”

İmran Məmmədov evin qəzalı vəziyyətdə olması ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə də məktubla müraciət edib.

Nazirlik məktubu öz növbəsində tədbir görmək üçün Astara Rayon İcra Hakimiyyətinə göndərib. Veterana Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən cavab məktubu gəlib. Məktubda bildirilir ki, torpağın və evin hüquqi sənədləri təqdim edildikdən sonra Azərbaycan Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinə müraciət olunacaq.

Veteran isə cavabdan razı deyil. O deyir ki, onu top kimi ora-bura atırlar: “Evdə məktub qoymuşam. Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm...”Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."Astaranın başçısını camaat maraqlandırmır - "Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm..."
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib