“İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” - GİLEY
Bolge
Oxunub: 425
29 may 2020 | 22:44
“İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” - GİLEY


Şabranın Çölquşçu kənd sakini Ədalət Əmiraslanov 14 il əvvəl daun sindromu ilə doğulub. Anası Xatirə Rəsulova onu həyatda saxlamaq üçün vargücü ilə mübarizə aparır. DİA.AZ bildirir ki, 54 yaşlı qadın taleyindən danışır. Dediyinə görə, ailəsi Şabrana 1988-ci ildə Gədəbəydən gəlib: “Başkəndə yaxın qalırdıq. Ermənilər imkan vermədi yaşamağa. Anam şabranlı idi deyə, elə bu rayona gəldik. Atam Çölquşçu kənd məktəbində işləməyə başladı“.

Xatirə Rəsulova gec ailə həyatı qurduğunu, evlənəndə özünün də xəstə olduğunu xatırlayır: “Bu uşaq da gəlib belə doğuldu. Müalicəsi yoxdu. Mən bunu bilmirdim. Bizi aldatdılar. Nə qədər xərc çəkdik. Sağalmayacaqdısa, gərək mənə düzünü deyəydilər. Bir gün ayıldım. İndi harası ağrıyırsa, yalnız onun dalınca gedirik. Məsələn, ödü, bağırsağı…”

Əslində, Ədalətin ağrıyan yeri çoxdur. Revmatizmdən əziyyət çəkir, ürəyindən müalicə alır. Üstəlik, psixiatr yanına getməlidir...

Xatirə Rəsulova həyat yoldaşını üç ildir itirib. Onun müalicəsi üçün də az mübarizə aparmayıb: “2009-dan xəstə idi. İllərlə pul xərclədik, çoxlu borca girdik. Nə qədər qızılım vardısa, hamısını satdım”.

Ailənin illərlə yığılan borcları pandemiya dövründə azalıb. Xəstəlikdən əziyyət çəkən yeniyetmə və ananın ağır vəziyyətdə olduğunu görən tanışlar bu haqda sosial şəbəkələrdə yazmağa başlayıblar. Xeyli yardım toplanıb. Kömək etmək istəyənlər yığışıb Çölquşçuda ailəyə birotaqlı koma da qaraldıb: “Borclar o insanların sayəsində azaldı. İndi cəmi 1700 manat qalıb”.

Xatirə xanım deyir ki, Ədalətin müalicəsinə çox pul lazım olur. Ailəyə isə cəmi 200 manat müavinət verilir. Qadın bu pulla xəstəxana xərclərini ödəməyin mümkünsüzlüyünü bildirir.

“Dövlət xəstəxanalarında da pulunuz çıxır?” sualına qadın pəjmürdə cavab verir: “Bəs necə?! Pulsuz kim üzümüzə baxar? Özəl klinikalara üz tutursan, giriş azı 50 manat. Xəstə uşaqdı, qorxur, imkan vermir dırnağını tutmağa. Bir ildir dırnaqları uzanır. O gün təkcə narkozla dırnağını tutdurmağa 50 manat vermişəm”.

Xatirə xanım ailənin xərclərini ödəmək üçün işləməyə hazırdır. Amma Ədalətə onsuz baxan olmayacaq. Heç pandemiya dövründə iş tapması da inandırıcı görünmür. Xərclər isə az deyil. Qadın deyir ki, ayda təkcə oğlunun pampersinə 100 manat xərcləyir.

Ədalət müavinət alır deyə ailə karantin günlərində işsizlərə verilən 190 manatdan məhrum olub. Xatirə Rəsulova sosial yardım almaq üçün bütün sənədləri hazırladığını söyləyir. İndi gözü yoldadır.

“Gözləyirik. Elə bilməyin ki, həmişə əlimi yana salmışam, çalışmamışam. Müraciət etmədiyim yer qalmayıb. Ev üçün nə qədər getmişəm. Rayonun deputatı olmuş Tahir Süleymanovu heç cür tapa bilmədim. İllərlə seçilirdi, ortada görünmürdü. Deputatsan, heç olmasa, dərdimizə qulaq as. Azərbaycan varlı dövlətdi, amma xəstə nə vəziyyətdə yaşayır. İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar? Yorulmuşam artıq”, - qadın danışır.

Xatirə Rəsulova Şabranın yeni deputatı Sadiq Qurbanovla görüşə biləcəyinə çox ümid bəsləmir, amma onu da axtaracaq...
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu