Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib
Bolge
Oxunub: 333
14 may 2020 | 16:09
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib


Gəncədə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə reyd keçiriblər. Reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən reallaşıb.

Reyddə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov və Gəncə Şəhər Baş Polis İdarəsinin rais müsvini Oktay Süleymanlı iştirak edib.

Şəhər rəsminləri iri market, mağaza və apteklərə baş çəkib, bazarlarda olublar. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanıb, satıcı və alıcılarla profilaktik söhbət aparıblar. Reyd zamanı sakinlərlə də maarifləndirici söhbət aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi bir daha vurğulanıb. Bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı 2 metrlik sosial məsafəsinin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb.

Şəhərdə müvafiq qrafik üzrə aparılan dezinfeksiya işləri ilə tanış olan rəsmilər, işlərin gedişatı ilə bağlı öz tövsiyyələrini veriblər.

İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət aparılıb. Tibbi maskalardan, həmçinin həmin ictimai nəqliyyat vasitələrində quraşdırılmış dezinfeksiyaedici avadanlıqlardan istifadənin zəruriliyi vurğulanıb. Sakinlərə tibbi maskalar da paylanılıb. Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində qanunamüvafiq formada tədbir görülüb.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər bundan sonar da davam etdiriləcək.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu