Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət
Bolge
Oxunub: 386
19 may 2020 | 16:07
Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət


Bu gündən etibarən Gəncə sakinləri yaşayış yerini SMS icazə almadan, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən, xidməti vəsiqə və ya iş yeri barədə arayış təqdim etmədən tərk edə bilərlər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Eyni zamanda muzey və sərgi zalları da qapılarını ziyarətçilərin üzünə açıblar.

Gəncənin bir sıra ərazilərində olub, xüsusi karantin rejimi yumşaldıqdan sonra şəhərdəki vəziyyəti izləmişik.

Fəaliyyətini bərpa edən restoran, kafe və çay evlərində hələki müştəri sıxlığı müşahidə olunmur. Bununla belə xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edərək, qeyd olunan məkanlara üz tutanlar az deyil.

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağanın götürülməsindən faydalanaraq, parklarda istirahət edənlərə də rast gəlinib.

Müzey və sərgi salonlarında isə hələlik sakitlik höküm sürür.

İaşə obyektlərində xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilir. Müştərilərin restoran, kafe və çay evlərinə daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etmələrinə nəzarət olunur. Personal tibbi maska və əlcəkdə xidmət göstərir.

Bank və ATM-lərin qarşısında dayanan sakinlər arasında sosial məsafənin qorunmasına isə DİN əməkdaşları nəzarət edirlər.

Bulvar, park və xiyabanlarda, o cümlədən küçə və prospektlərdə aparılan dezinfeksiya işləri qrafikə uyğun olaraq davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan 32 mobil qrup da öz fəaliyyətini davam etdirir. Mobil qrupların üzvləri sakinlər arasında profilaktik söhbətlər aparır, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırırlar.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyətXüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu