Zaqatalada alban kilsəsi dağıdılır: Deputat və Əbülfəs Qarayevdən isə reaksiya yoxdur - VİDEO
Bolge
Oxunub: 351
18 may 2020 | 19:17
Zaqatalada alban kilsəsi dağıdılır: Deputat və Əbülfəs Qarayevdən isə reaksiya yoxdur - VİDEO


Qədim Alban mədəniyyəti Azərbaycanın maddi-mənəvi sərvətləri içərisində mühüm və özünəməxsus yer tutur. Təəssüf hissiylə qeyd olunmalıdır ki, biz tariximizin bir parçası olan Alban mədəniyyətinə sahib çıxmadıqca mənfur düşmənlərimizə yeni fürsətlər vermiş oluruq.

Ermənilərə belə bir fürsət Zaqatala rayonunda verilib. Bu haqda sosial şəbəkələrdə tanınmış jurnalistlər - Yeganə Həsənova və Günay Arda həyacan dolu paylaşımlarla məlumat veriblər. Həmin məlumatlarda bildirilir ki, Zaqataladakı alban memarlığına məxsus tikililərin baxımsız qalması kimsəni narahat etmir. Nə Mədəniyyət naziri Əbülfəs Qarayev, nə də Zaqataladan deputat olan Elşən Musayev baş verənlərlə bağlı səslərini çıxarmır.

İndi isə Yeganə Həsənovanın sözügedən paylaşımına diqqət yetirək: "Dostlar, bura Zaqataladır. "Pəri qala”dan sonra uçulub dağılan bu məbədsə Alban tariximizə aiddir, hansı ki, bu gün o ot basmış, uçulmuş, bilərəkdən dağıdılmış və diqqətdən kənarda qalmış olmamalıydı!! Turizm potensialımız bu qədər yüksək olduğu halda biz ona necə münasibət göstəririk? indi soruşsam Turizm Agentliyi məsələni Mədəniyyət Nazirliyinə yönəldəcək. Nazirliyin də abidələrə münasibəti barədə elə yetkili şəxslərlə dəfələrcə söhbət etmişik, amma... ? Şəxsən bu abidəni belə bərbad vəziyyətdə görəndə məni ağlamaq tutdu. Axı bu mənim ölkəmin, dövlətimin qədim tarixidir. Niyə ona sahib çıxmaq istəmirik?!”

Gunay Arda isə Zaqataladakı rüsvayçılığa qısa şəkildə belə reaksiya verib: "Bu kilsə tariximizin bir parçasıdır. Fotolar Zaqatalada çəkilib. Mən, sadəcə utanıram”.

Sonda müvafiq dövlət qurumlarının məsələyə reaksiya verəcəyinə ümüd edirik. Arzulanan isə həm də odur ki, Zaqatalanın nə işlə məşğul olduğu bilinməyən deputatı Elşən Musayev və rəhbərlik etdiyi nazirliyi korrupsiya yuvasına çevirmiş Əbülfəs Qarayevdən də səs çıxacaq.(sfera.az)

Zaqatalada alban kilsəsi dağıdılır: Deputat və Əbülfəs Qarayevdən isə reaksiya yoxdur - VİDEOZaqatalada alban kilsəsi dağıdılır: Deputat və Əbülfəs Qarayevdən isə reaksiya yoxdur - VİDEO
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu