İsmayıllıdakı məmurla bağlı ilginc iddia... - FOTOFAKT
Bolge
Oxunub: 358
18 may 2020 | 20:43
 İsmayıllıdakı məmurla bağlı ilginc iddia... - FOTOFAKT


Adamda gərək bəxt də ola…Düzünə qalsa, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynovun əməlli-başlı bəxti gətirib.
Reportyor.info xəbər verir ki, əgər Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində korrupsiya ilə mübarizə çərçivəsində əməliyyat keçirməsəydi, E.Hüseynov üç ayın “tas”ını ödəməyə məcbur olacaqdı.

 İsmayıllıdakı məmurla bağlı ilginc iddia... - FOTOFAKT


DTX-ın keçirdiyi əməliyyat zamanı üzə çıxan maddi dəlillərdən biri də nazir müavini Rafiq Bayramova rüşvət verən mədəniyyət idarələrinin siyahısı idi.
Sən demə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi, hörmətli Elnur Hüseynov nazirliyə üç ayın pulunu borclu imiş.
Həmin siyahıdan görünür ki, E.Hüseynov hər ay nazir müavininə 1500 manat xərac verirmiş. Ancaq kasıblığın üzü qara olsun, idarə rəisi son üç ayda ödəniş edə bilməyib. Əlbəttə, biabırçılıqdır, o yekəlikdə nazir müavini regional mədəniyyət idarəsinin aylıq 1500 manatına qalıbmış.

 İsmayıllıdakı məmurla bağlı ilginc iddia... - FOTOFAKT


Bu heç rüşvətxorluq da deyil, dilənçilikdir. Nazir Əbülfəs Qarayevin adını batıran bir hadisədir. Deyəsən, nazirlik korrupsiyanın nə olduğunu heç görməyib. Belə çıxır ki, onlar milyonluq talan, mənimsəmə nədir bilmirlər, E.Hüseynovun 1500 manatının ümidinə qalıblarmış…
İndi bu həbslərə sevinənlərdən biri də yəqin ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi olar. E.Hüseynov ödəməli olduğu 4500 manatlıq borcdan azad oldu.
O, 2017-ci ildən idarənin rəisidir. Bu üç il ərzində nazirliyi yemləməklə məşğul olub. Bəs, bu pulu haradan əldə edirmiş, maraqlıdır.
Hər halda musiqi məktəblərindən, kitabxanalardan, kənd klublarından qəpik-qəpik yığaraq aylıq “hesab”ı çatdırırmış.
Bu hadisələrdən sonra nazirliyin E.Hüseynovdan yerdə qalan borcu istəyəcəyi inandırıcı görünmür.
Amma rüşvət verənlər siyahısında adı keçdiyi üçün İsmayıllı mədəniyyət şefinin də istintaqa dəvət olunaraq dindirilməsi gözləniləndir. Nə olar, borclu borclunun sağlığını istər…
Qeyd edək ki, İsmayıllı Regional Mədəniyyət idarəsini rəisi Elnur Hüseynov, məsləhətçisi Şamo Nuğayev və rəis müavini Azər Abbasovun idarənin işçilərdən rüşvət alması, sıxışdırması barədə mətbuatda getmiş yazılara rast gəldik.
Bildirilir ki, idarənin rəisi Elnur Hüseynovun özü və onun təyinatında böyük rolu olan Mədəniyyət nazirliyinin Aparat rəhbərinin müavini Namiq Qulamova İsmayıllının Talıstan kəndində villa tikdirib.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu