“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” - QALMAQAL
Bolge
Oxunub: 411
14 may 2020 | 20:44
“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” - QALMAQAL


“4 ildir Şəmkir rayonu Dəllər-Daşbulaq kənd bələdiyyəsindən 50 illik icarəyə götürdüyüm torpağı əkib-beçərə bilmirəm. Rusiyada qazandığım pullarımı xərcləyib yararlı hala gətirdiyim bu sahəni bütün meliorasiya işləri bitəndən sonra zorla əlimdən almaq istəyirlər”.

Ovqat.com-a bu barədə məlumatı kənd sakini, sahibkar Səbahəddin Məmmədov bildirib.

Onun sözlərinə görə, 2003-cı ildə bələdiyyədən 12 hektar ərazini 50 illik icarəyə götürüb. Qarabağ veteranı olan qardaşının 100 illiyə icarəyə götürdüyü 10 hektar sahəni də qarşılıqlı razılaşma əsasında birləşdirib böyük təsərrüfat qurmaq istəyiblər.

Məmmədov qardaşlarının icarəyə götürdükləri yer əkinə tam yararsız olub. İş adamı cibindən 300 min dollar xərc çəkərək, ərazidə lazımi meliorasiya tədbirləri aparıb. Torpağı üzvi və qeyri-üzvi gübrələrlə münbitləşdirib. Artezian quyuları qazdırıb və torpağı yerin təkindən çıxardığı suyla becərib. Və bütün bunları dövlətdən heç bir kredit almadan həyata keçirib. Ölkədə quraqlıq olan dövrlərdə artezian quyusundan çəkdiyi suyun hesabına əkin yerini becərib və yüksək məhsuldarlıq alıb.

Alimpaşa Məmmədovun 2014-cü ildə Şəmkirə icra başçısı təyin olunması ilə Səbahəddin Məmmədovun min bir zəhmət hesabına ərsəyə gətirdiyi təsərrüfatının da qara günləri başlayıb. İş adamının dediyinə görə, əkinə yararlı hala gətirdiyi torpaq sahəsi Şəmkir rayon icra hakimiyyətinin məsul şəxslərinin diqqətini və tamahını cəlb edib. Nəhayət, bir gün rayon icra başçısının müavini Rasim Mustafayev iş adamıyla sövdələşməyə gəlib. Ondan icarəyə götürdüyü torpağın 3 hektarını peşkəs istəyib. Rəsmən ona deyib ki, bu ərazi yaşayış yerinə yaxın olduğundan sotunu 1000-1300 manata satmaq niyyətindədirlər. Ya o 3 hektar ərazidən könüllü imtina etməli, ya da da zəhmət çəkib xərcini özü ödəməlidir. Əks halda Dəllər-Daşbulaq kənd bələdiyyəsi 2003-cü ildə imzaladığı icarə müqaviləsində səhvə yol verdiyini təsbit edib məsələyə yenidən baxa bilər.

Sözsüz ki, icra başçısının müavininin “səmərəli” təklifiylə razılaşmayan Səbahəddin Məmmədovun bu “üzəağlığından” sonra başına gəlməyən qalmayıb. Bələdiyyə həqiqətən də 14 il əvvəl verdiyi icra müqaviləsindəki “səhvini” görüb və bu barədə imzladığı bütün sənədləri ləğv edib. İş adamı bələdiyyənin qanunsuz qərarından Şəmkir rayon Məhkəməsinə şikayət edib. Sənədləri o qədər “daşdankeçən” olub ki, Alimpaşa Məmmədovun bir sözünün iki olmadığı rayon məhkəməsi belə, sahibkarın əleyhinə qərar çıxara bilməyib. Rayon icra hakimiyyəti məhkəmənin sahibkarın xeyrinə verdiyi qərardan Gəncədəki Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb və sahibkarın işinə mane olduğu üçün kənd bələdiyyəsini 26 min 500 manat cərimələyib.

İş adamı hara müraciət etsə də, məhkəmə qərarının icrasına müvəffəq ola bilməyib. O, hətta bu barədə I vitse-prezident Mehriban Əliyevaya da şikayət məktubları göndərib. Nəhayət, xanıma yazıdığı şikayət məktublarını paytaxtda oxuyan tapılıb. Bakıdan Şəmkirə mesaj göndərilib ki, şikayətçinin bütün haqlı tələbləri yerinə yetirilsin.

Şəmkir icra başçısı bundan sonra şikayətçini qəbul edib. Uzun söhbətdən sonra ona Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarlarının Şəmkirdə keçmədiyini bildirib: “Alimpaşa Məmmədov dedi ki, bu rayonu mənə tapşırıblar. Mən necə istəsəm, o cür də olacaq”.

İcra başçısının bu özbaşınalığına etiraz edəndə isə sahibkar icra başçısı tərəfindən ölümlə təhdid olunub. Bu hədə-qorxudan sonra ayağa qalxıb kabineti tərk etmək istəyəndə növbəti iradla qarşılaşıb: “Hara gedirsən? Mən sənə icazə vermişəm, gedəsən?”.

Qısası, Alimpaşa Məmmədov iş adamına başa salıb ki, bu rayonda sahibkarlar hətta oturub qalxanda, məmur özbaşınalığını eşitmək istəməyib kabinetdən çölə çıxanda belə mütləq icra başçısından icazə almalıdır.

İş adamıyla başına gələnlərin təfərrüatı barədə telefon söhbətimiz yazılıb və sabah videolaşdırılıb yayımlanacaq.

Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu