Gəncədə xüsusi karantin rejimi tələblərinin icrasına nəzarət gücləndirilir
Bolge
Oxunub: 542
10 may 2020 | 14:37
Gəncədə xüsusi karantin rejimi tələblərinin icrasına nəzarət gücləndirilir


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Koronavirusa Qarşı Mübarizə Qərargahının üzvlərinin iştirakı ilə videokonfrans keçirib. Videokonfransda çıxış edən şəhər rəhbəri qeyd edib ki, modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır, xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək.

Niyazi Bayramov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə xüsusi karantin rejimi tələblərinin icrasına nəzarət daha da gücləndirilməlidir. Şəhər rəhbəri koronavirusa (COVİD-19 ) qarşı mübarizə tədbirləri çərçivəsində Gəncədə fəaliyyət göstərən kiçik həcmli ictimai nəqliyyat vasitələrinin böyük tutumlu avtobuslarla əvəzlənməsini tapşırıb. Həyata keçirilən dezinfeksiya işlərinin, xəstəxanalarda aparılan monitorinqlərin, habelə əhalinin maarifləndirilməsi üçün çalışan mobil qrupların fəaliyyətinin genişləndirilməsi istiqamətində müvafiq göstərişlər verilib. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhərin giriş-çıxışları və daxilində qurulan yoxlama-buraxılma postlarının sayının artırılması tövsiyyə olunub.

Videokonfransda iştirak edən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov qeyd edib ki, xüsusi karantin rejiminin qorunub saxlanılması istiqamətində idarə və tabeli orqanlar tərəfindən müvafiq addımlar atılır. Belə ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbiçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar. Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına da nəzarət gücləndirilib. Xüsusi karantin rejiminin tələblərini pozan sakinlərə qarşı daha ciddi mübarizə aparılacaq.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, daxili yoluxma hallarının aşkarlanması, virusa yoluxmuş şəxslərin dərhal izolyasiya olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yaradılan monitorinq qrupları da öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır. Nazim Əhmədov bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində mövcud vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur.

Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev də videokonfransda iştirak ediblər. Şəhər rəhbərinə bildirilib ki, hər iki rayonun ərazisində koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Mütəmadi olaraq çoxmənzilli binalarda, küçə və prospektlərdə dezinfeksiya işləri həyata keçirilir. RİH əməkdaşları tərəfindən sakinlər arasında izahetmə-xəbərdaqlıq işləri görülür. Kəpəz və Nizami rayonlarının ərazilərində müvafiq olaraq 7 və 10 mindən çox sakinlə maarifləndirici söhbətlər aparılıb.

Araz Rəfibəyli qeyd edib ki, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi gücləndirilmiş iş rejimində çalışır. Şəhər rəhbərinin müvafiq tapşırığına uyğun olaraq ictimai-nəqliyyat vasitələri hər günün sonunda dezinfeksiya olunurlar. Bununla yanaşı avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlullar da yerləşdirilir. Sürücülərin tibbi maskalardan istifadə etməsinə də xüsusi nəzarət olunur.

Videokonfransın sonunda Niyazi Bayramov koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində qarşıda duran vəzifələrin icrasına dair müvafiq tapşırıqlar verib.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu