Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir
Bolge
Oxunub: 445
8 may 2020 | 22:50
Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir


Məlum olduğu kimi, iki gün əvvəl Anews.az xəbər portalının müxbiri Zaur Qəmbərovun sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində olarkən həmin idarənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi qələmə verən İsfəndiyar Qələndərov tərəfindən döyüldüü, jurnalistin mobil telefonunun adı çəkilən şəxslər tərəfindən sındırıldığı barədə xəbər yayıldı. Bu fakt Gədəbəy rayonunda məmur özbaşınalığının hansı həddə çatdığının, sosial durumu ağır olan vətəndaşların vəzifəli şəxslər tərəfindən necə qeyri-həssas münasibətlə üzləşdiklərinin və əlbəttə ki, bütün bu neqativ hallara Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafaev tərəfindən rəvac verilməsinin əyani sübutudur.

Gədəbəydə bu kimi xoşagəlməz hallara dair çoxsaylı misallar çəkmək olar ki, bunlardan da biri rayonun Çaldaş kənd sakini Orucov Kamil Yolçu oğlunun başına gələnlərdir. K.Orucov kütləvi informasiya vasitələrində Prezidentə ünvanladığı video-müraciətini yerləşdirilmişdi. Vətəndaş maddi vəziətinin olduqca acınacaqlı olmasından, azaşlı uşaqları olan ailəsini dolandıra bilməməsindən, yerli məmurların hələ keçən ilin yanvar ayından ona vəd etdikləri azmaaşlı ictimai işlərə hələ də cəlb olunmadığından, məmurlarla “dil tapa bilmədiyindən” iş yerlərinin ona deyil, başqalarına verilməsindən, Rayon İcra Hakimiyyətində müraciət etdiyi başçının müavinləri tərəfindən məsxərəyə qoyulduğunu bildirmişdi. Kadrların fonunda K.Orucovun yaşadığı evin necə yararsız olduğu da diqqəti çəkirdi. Vətəndaş bildirirdi ki, evinin tavanına və döşəməsinə şirkətlərin sıradan çıxmış reklam plakatlarını tapıb yapışdırıb. Ən əsas şikayəti isə 2012-dən işləyən Gədəbə RİH-nin Çaldaş Kənd İƏD üzrə nümayəndəliyinin sədri vəzifəsində işləyən Eldar Qocayevdən idi. Bildirmişdir ki, icra nümayəndəsi ondan sosial müavinət təyin etdirəcəyi müqabilində 1000 (bir min) manat rüşvət istəmişdir.

Məsələ ilə əlaqədar mövqeini öyrənmək üçün Gədəbə RİH başçısının Çaldaş Kənd İƏD üzrə nümayəndəsi Eldar Qocayevə zəng vuraraq suallarımızı verdik. Gözlədiimiz kimi, Qocayev onun ünvanına səslənən ittihamları təkzib etdi və bizi aldadaraq vətəndaş Kamil Orucovun maddi vəziyyətinin guya heç də qeyri-qənaətbəxş olmadığına dair məlumatlar verdi. Sonradan öyrəndik ki, icra nümayəndəsi Gədəbə RİH-nin aparatına da K.Orucov barədə yalançı arayış verib. 24 aprel 2020-ci il tarixli 4 Salı həmin arayışda Kamil Orucovun özü deyil, qardaşı Habil Orucov barədə məlumat öz əksini tapıb: “Habil mövsümi olaraq Ceyrançöl qışlağında çoban kimi fəaliyyət göstərir. Hər ay 300 manat maaş alır. Apreldə 2 dəfə onun ailəsinə 80 manat dəyərində maddi yardım göstərilib. 3 uşağı ilə anası Orucova Tamaşa İsmayıl qızının təsərrüfatında qeydiyyatdadır”.

Sual olunur: Habil Orucov 300 manat məvaciblə öz ailəsini dolandırmalıdır, yoxsa, qardaşı Kamilin külfətini?

Xatırladaq ki, son həftələrdə dövlətin və xeriyəçi təşkilatların kasıblara təyin etdiyi yardımlara əl qoyan bir neçə rayonda icra başçıları, müavinləri, yerli icra nümayəndələri və başqa vəzifəli şəxslər məsuliyyətə cəlb olunublar. Yəqin, Eldar Qocayevi də onların aqibəti gözləyir.
Nyus.Az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu