Niyazi Bayramov növbəti dəfə videokonfrans keçirib
Bolge
Oxunub: 379
4 may 2020 | 23:04
 Niyazi Bayramov növbəti dəfə videokonfrans keçirib


Gəncə Şəhər İcra Haimiyyətində yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının növbəti videokonfransı keçirilib. Videokonfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ölkədə xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzaıldığını xatırladıb. O bildirib ki, son günlər Gəncədə COVİD-19 infeksiyasına yoluxma hallarının çoxalması həyata keçirilən maarifləndirmə tədbirləri və dezinfeksiya işlərinin miqyasının artırılmasını vacib edir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev məruzəsində bildirib ki, şəhərin küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında aparılan dezinfeksiya işləri xüsusi qrafik üzrə həyata keçirilir. Mütəmadi davam edən işlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, xüsusi təlim keçmiş MKTİB işçiləri də cəlb ediliblər.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupunun fəaliyyəti davam edir. Tibb işçiləri şəhər sakinləri ilə mütəmadi telefon əlaqəsi yaradaraq, onların səhhətləri ilə maraqlanır, maairfləndirici söhbətlər aparırlar. Bunlarla yanaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişinə əsasən xəstəxana və poliklinikalarda monitorinqlər davam etdirilir.

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlqar Əhmədov bildirib ki, xəstəxanalarda da aparılan dezinfeksiya işləri mütəmadi şəkildə davam etdirilir. Bununla yanaşı TTYX avtomobilləri mərkəzləşdirilmiş qaydada dezinfeksiya olunurlar.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəyli qeyd edib ki, Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələri sürücülərinin tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə xüsusi nəzarət olunur. Bununla yanaşı ictimai nəqliyyat vasitələri gün sonunda mütəmadi şəkildə dezinfeksiya edilirlər.

Gəncə Şəhər İcra Haimiyyətinin başçısı Niyazi Bayramov Koronavirusa Qarşı Mübarizə Qərargahının əlaqəli şəkildə fəaliyyət göstərməyi tövsiyyə edib, müvafiq tapşırıqlar verib.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu