Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı
Bolge
Oxunub: 379
23 apr 2020 | 15:16
Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı


Dünən saat 14:00 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Rəhimov Elgün Rizvan oğlunun polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat gözlənilən olmasa da, bu baş verdi.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Miq.Az-a açıqlamasında məlumatı təsdiqlədi və səbəbi də izah edərək məhkəmədə ədalətli qərarın çıxarılacağını vurğuladı:

"Bu gün Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Elgün Rəhimov karantin qaydalarını pozub. Polis əməkdaşları ondan müvafiq sənədləri tələb edərkən, jurnalist polisin qanuni tələbinə əməl etməyib.Elgün Rəhimov bu gün İXM-nin 211- ci və 535-ci maddələri ilə məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə jurnalistin əməlinə hüquqi qiymət verəcək”.


TANITIM: Mətbuatda Elgün Gəncimsoy imzası ilə tanınan Elgün Rəhimov hərbi jurnalistika sahəsində çalışıb. 2016-cı ilin "Aprel döyüşləri” ərəfəsində Azərbaycan ictimaiyyətini operativ xəbərlərlə təmin edib.

Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı


Azərbaycanda nüfuzlu media orqanlarında işləyib. Polis tərəfindən saxlanlan günlər isə cəbhəyanı kəndlərdə aztəminatlı ailələrə yardım kampaniyalarının təşkilatçısı olub.


Elgünün həbsi üçün göstərilən maddələr gülüncdür. Əvvəla, Elgün ora gələn ciniyaət axtarış şöbəsinin əməkdaşlarından bir ilə çox səmimi danışıb. Və polis əməkdaşının şöbəyə getmək təklifini gülərüzlə qarşılayaraq onlarla birlikdə polis idarəsinə gəlib.

Sosial şəbəkələrdə Elgünlə bağlı narahatçılığını bildirən oxucuları və onu tanıyanlar baş vermiş hadisənin bilavasitə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla rayon polis idarəsinin rəisi Pərviz İsmayılovun tapşırığı əsasında şərlənərək həbs olunduğunu bildirirlər.

Redaksiyamzın əməkdaşlarından biri 2 ay bundan qabaq Qarabağ bölgəsinə ezamiyyəti zamanı Elgünü belə xarakterizə edirdi:


"O, çox vətənpərvər oğlandı. Yazı və statuslarının da çoxu hərbi-vətənpərvərlik mövzusundadı. Statusdan söz düşmükən, onun "Səngər" hərbi səhifəsindəki bir yazısına 250. 000-dən çox baxış var idi. Elgünün Qarabağ bölgəsində yerli əhali və ordu, xüsusən də Qarabağ qaziləri arasında böyük nüfuzu vardır. Tərtərdən Beyləqana kimi hər yerdə onu müsbət xarakterli jurnalist kimi xarakterizə edirdilər. Jurnalistika fəaliyyətində ən çox səngərlərdən reportaj hazirlamağa üstünlük verib. Murovun dəniz səviiyəsindən ən hündür zirvələrinə qədər hərbi reportajları var."

Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı


Elgün Gəncimsoyun ad günündə Ağdam Polsi tərəfindən həbsini pisləyirik və həmkarımızın müdafiəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Redaksiyamıza Elgün Gəncimsoyun yaxınları tərəfindən verilən məlumata görə, bu həbsin arxasında Ağdam rayon icra başçısı Vaqif Həsənovla polis rəisi Pərviz İsmayılov dayanır.

İcra başçısı ilə polis rəisinin naşı hərəkəti nəticəsində bir jurnalistin həbs olunması Azərbaycanı xarici təşlikatlar qarşısında çıxılmaz vəziyyətə qoyması dövlətçilik prinsiplərinə ziddir.

Elgün jurnalist olaraq həmişə elinin bu gününə, işğlada və düşmən çəkmələrinin altında tapdaq olan torpaqlarımızın taleyinə ağlayan və yanan jurnalistdir. O, bütün yazılarında dövlətçilik prinsiplərini həmişə qoruyub. Adı və imzası yalnız hərbi-vətənpərvərlik ruhlu yazılarla birgə çəkilib. Azərbaycana və onun Prezidentinə sədaqətli birisidir.

Redaksiya olaraq jurnalistin dərhal azadlığa buraxılması üşün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanıma xüsusi olaraq jurnalistlər adından müraciət hazırlanır.

Harda görünüb ki, şəxsi prisnsiplərə görə bir məmur Prezidentin, Daxili İşlər Nazirinin ona olan etimadından sui-istifadə etsin? Kim bunlara ixtiyar verib ki, Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında zərbə altına atsin?

Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı


FOTO: Həbs olunmasından bir gün əvvəl aztəminatlı ailələrə yardım paylayarkən


İki azyaşlı övlad atası, şəhid və qazi ailəsi, "Aprel döyüşləri”ndə ideoloji cəbhəmizin ən döyüşkən yaradıcı əsgəri Elgün Gəncimsoyun dərhal azad olunmasını tələb edirik.

Həbsin pərdəarxası gizlinləri barədə bu yaxınlarda açıqlama veriləcək.


Redaksiyadan: Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (miq.az)
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu