"Karantin vaxtı gəlib qazı kəsdilər..." - NARAZILIQ...
Bolge
Oxunub: 628
1 apr 2020 | 21:16
"Karantin vaxtı gəlib qazı kəsdilər..." - NARAZILIQ...


“Dolanışığım çayxanadan idi, karantinə görə bağlandı, qaldım işsiz, dolanışıqsız… Bu tərəfdən də qaz idarəsinin işçiləri gəlib qazı kəsdi. İndi neyləyək? Həm soyuqdan ölürük, həm də acından…” DİA.AZ bildirir ki, Tural Hüseynov Gəncə şəhərinin Kəpəz rayonunda yaşayır. Çayçılıqla məşğul olur. Bir neçə gündür ki, koronavirusla bağlı ölkə ərazisində elan olunmuş karantin tədbirləri daxilində obyekt fəaliyyətini dayandırıb. Onsuz da qayğılarla zəngin olan ailənin narahtlığı yeganə dolanışıq yeri olan obyektin bağlanmasından sonra daha da artıb. Tural Hüseynov deyir, hökumət belə ailələrə kömək eləməsə, vəziyyət daha da ağırlaşacaq: “Atam yaşlı insandır, özüm də əsəb xəstəsiyəm, bu vəziyyət bizi daha da ruhdan salır. Evdə çörəyimiz də yoxdur. Dolanışığımız gündəlik qapik-quruşdan çıxırdı, ordan qazanıb, ordan da çörəyə, ərzağa verirdik, yaşayırdıq. İndi qazanc kəsilib, hökumətdən də səs çıxmır”.

Hüseynovlar ailəsinin daha bir problemi qaz xəttinin kəsilməsiylə bağlıdır: “Bu vurhavurda qaz idarəsi də gəlib qazı kəsib, gedib. Ailəlikcə soyuqdan donuruq. İş orasındadır ki, bu gün istiliksiz qalmağımızın səbəbkarı elə qaz idarəsi özüdür. Vaxtında nəzarət etməyiblər, klapan xarab olub, qaz havaya uçub, ancaq sərfiyyat kimi bizim ayağımıza yazıblar, halbuki, dediyim kimi, işlətməmişik, nəzarətçilərin səhlənkarlığı üzündən havaya uçub. Vətəndaş mütəxəssis deyil ki, nəzarət edə, vaxtında xəbər tutub idarəyə bildirə… Bunun üçün qaz idarəsinin işçiləri var, zəhmət çəkib vaxtında nəzarət edəydilər, qarşısını alaydılar. Adama təsir edən odur ki, hər nə səbəb olursa olsun, xalqın indiki durumunda, insanların onsuz da gərgin vaxtında gəlib qazı kəsirlər. Dediyim kimi, evdə yaşlı, xəstə valideynlərim, azyaşlılar var”.

Tural Hüseynov deyir, martın 28-də “Azəriqaz”ın “Qaynar xətt”inə də zəng vurub: “Qaynar xəttə zəng vurdum, vəziyyəti başa saldım, dedim, heç olmasa gəlib xətti birləşdirsinlər, karantin müddəti bitənədək imkan versinlər, başımızı birtəhər saxlayaq, sonra görək nə olacaq. Mənim indi “Azəriqaz”la məsələ aydınlaşdıracaq halım yoxdur. Zənglərimin də heç bir faydası olmadı. Deyirlər, bu virus soyuqda daha da inkişaf edir, evimdə yaşlı insanlar var, axı onlar buna dözə bilməzlər. Xahiş edirəm, səsimizi aidiyyəti qurumlara çatdırın, bizə kömək etsinlər”.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”