Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... - Müraciət...
Bolge
Oxunub: 472
30 mar 2020 | 18:50
Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... - Müraciət...


Şamaxı şəhər Diaqnostika Mərkəzinin Konsultativ Poliklinika Şöbəsinin tibb işçiləri Prezident İlham Əliyevə müraciət edib.

Dia.az xəbər verir ki, bu barədə müraciətin bir surətini yenisabah.az-a ünvanlayan tibb işçiləri maaşlarının 50 faiz azaldıldığını və Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş ediblər. Tibb işçilərinin müraciətini təqdim edirik:

“Cənab Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Çünki Sizin yürütdüyünüz siyasətin nəticəsi olaraq ölkəmiz regionun qüdrətli dövlətinə çevrilib.

Bu gün ölkəmizin ən ucqar rayon və kəndlərində müasir tələblərə cavab verən təhsil ocaqları, tibb müəssisələri açılıb və insanlar yeni iş yerləri ilə təmin olunub.

Cənab Prezident, 10 ildir ki, Sizin təşəbbüsünüzlə tikilmiş Şamaxı Müalicə Diaqnostika Mərkəzində işləyirik. Həmişə Sizin tibb işçilərinə olan diqqətinizi hiss etmişik. Əmək haqlarımız yaxşı olub. Səhiyyə Nazirliyinin nəzdində olanda əmək haqqımız 500-600 manat civarında idi. İcbari Tibbi Sığortaya keçdikdən sonra əmək haqqımız 50 faiz azalaraq 200-300 manata düşüb.

Sizdən xahiş edirik ki, işimizin ağır və məsuliyyətli olduğunu nəzərə alaraq əmək haqqımızın artırılmasına kömək edəsiniz.

Hazırda TƏBİB-in tabeliyində olan Qazax, Bərdə, Şirvan, Lənkəran, Füzuli və Cəlilabad diaqnostika mərkəzlərinin işçiləri Səhiyyə Nazirliyinin dövründə olduğu kimi yüksək əmək haqqı alırlar. 2020-ci ilin yanvar ayına qədər biz də o cür almışıq. Amma indi İcbari Tibbi Sığortanın bütün qaydaları ilə işləməymizə və eyni qurumdan maliyyələşməyimizə baxmayaraq yuxarıda sadaladığımız diaqnostika mərkəzlərinin işçilərində 50 faiz aşağı maaş alırıq.
Sizin bu məsələyə diqqət yetirmənizi xahiş edirik. İnanırıq ki, bizə yardım edəcəksiniz. Əvvəlcədən təşəkür edirik”.Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... - Müraciət...Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... - Müraciət...Şamaxı həkimləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR... - Müraciət...
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi