Səfər Mehdiyevin işçisi epidemiyadan da qazanır... - İTTİHAM
Bolge
Oxunub: 442
26 mar 2020 | 20:00
Səfər Mehdiyevin işçisi epidemiyadan da qazanır... - İTTİHAM


Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək. Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından, martın 18-dən etibarən isə həm də Rusiyadan şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.
Koronavirusun geniş yayıldığı İrandan Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır. Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir. Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.
Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır. Ancaq çox təəssüf ki, bəzi möhtəkirlər yaranmış bu fövqəladə vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək üçün bəhrələnmək fürsəti kimi istifadə edirlər.
Daxil olan məlumata görə, Biləsuvar Gömrük-Sərhəd buraxılış məntəqəsinin rəisi inhisarçılıq edir. Belə ki, məntəqədə yüklərin boşaldılması üçün 3 avtokran işləyir. Son günlərə qədər iki nəfər cəlilabadlı, biri biləsuvarlı olan yerli avtokrançılar xidmət göstərirmişlər.Gömrükdə fəalyyət gösdərən avtokranlar həmən şəxslərin şəxsi mülkiyyətinə aiddir. Yüngül yüklərin boşaldılması yük sahiblərinə 100 AZN-ə, ağır yüklərin boşaldılması isə 150 AZN-ə başa gəlirmiş. Məntəqə rəisi bu işin qazanclı olduğunu görüb həmin avtokrançıları heç bir hüquqi əsas olmadan qovub, yerinə öz adamları olan başqa avtokrançıları gətirdib. Müvafiq olaraq, yükboşaltma xidmətinin qiymətini də 150 və 200 manata qaldırıb.Çox maraqlıdır ki bu pulları gömrük işçiləri alır və avtokran işlədənlərə nə qədər pul verdikləri məlum deyil.Görəsən bu avtokranlar gömrukdə hansı əsaslə işləyirlər,onların fəaliyyəti hansı qanunla tənzimlənir?
Verilən məlumata görə eyni inhisarçı cəhd “Astara” postunda da edilib, amma yerli əhalinin dirənişi ilə qarşısı alınıb. Bu isə belə düşünməyə əsas verir ki, yükboşaltma xidəmətinin monopoliyaya alınmasına yönəlik hərəkətlər “yuxarıdan” idarə olunur. Beləliklə, həm yerli əhalinin məşğulluğuna badalaq vurulur, həm də süni surətdə artırılmış xidmət haqqı fərqi idxal olunan malların maya dəyərinə oturmaqla qiymətinin yüksəlməsinə səbəb olur. Gəlin razılaşaq ki, ölkənin və xalqın taleyinin ciddi narahatçılıq doğurduğu hazırki vəziyyətdə bu cür əməllər Vət ənə xəyanət, insanlıq əleyhinə cinayət hesab olunmalıdır. //xeberal.az//
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi