Vilyam Hacıyevin rayonu virus saçır... - Çarə edənsə yoxdur...
Bolge
Oxunub: 410
23 mar 2020 | 23:39
Vilyam Hacıyevin rayonu virus saçır... - Çarə edənsə yoxdur...


“Bu gün virus dünyanı cənginə alıb (COVİD19 nəzərdə tutulur- red.) . Bizim həyətimizdə də bir ildən çoxdur ki, sidik və nəcis qarışığından gölməçə yaranıb. Üfunətə görə, yayın istisində qapı və pəncərələri bərk-bərk bağlayırıq. Qohumlar, dost-tanışlar açıqca üzümüzə deyirlər ki, iyrəndiyimizdən sizə gəlmirik. İndi görün biz nə çəkirik…”

İmişli şəhərinin Nəcməddin Savalanov küçəsindəki 6 mərtəbəli, 54 mənzilli binada yaşayan əngəlli ( Qarabağ savaşında əlil olub) Rauf Cəfərov belə deyir. Onun sözlərinə görə bina Qarabağ savaşında əlil olan şəxslərin və həlak olmuş hərbi qulluqçuların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair Prezident sərəncamı əsasında tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2018-ci ilin dekabrın 28-də mənzilləri bu kateqoriyadan olan şəxslərin ixtiyarına verib.

R. Cəfərov bildirib ki, çatışmazlıqlar bura köçdükləri ilk vaxtlardan özünü göstərib: “Hər şey həyətdəki kanalizasiya quyusuna toplanır. Buradan isə kənara çıxışı olmadığından çirkab yer səthinə çıxır. Problemin obyektiv səbəbi odur ki, İmişlidə kanalizasiya sistemi yoxdur. Amma tikintini layihələndirənlər bunu nəzərə almalıydılar. Yaşayış binasının həyətində sidik və nəcis qarışığından gölməçə yaranmağı dözülməz haldır.”

R. Cəfərov deyib ki, gölməçə aşıb-daşanda icra qurumları maşınlarla bu çirkabı çəkdirib kənara daşıtdırırlar. O, yağıntılı günlərdə vəziyyətin daha da pisləşdiyini vurğulayır: “Bina yaxınlıqdan keçən avtomobil yolundan çökəkdə yerləşir. Buna görə oradan da yer səthindəki su axıb gəlir bura. Yağış suyu çirkaba qarışır. Bu qədər suyun kənara daşınması isə xeyli vaxt aparır. Təqribən 200 metr aralıda yerləşən “Olimpiya” kompleksinin kanalizasiya sisteminin şor kollektora çıxışı var. Bu binanın quyusundan çirkabı nasosla borulara vurub ora çatdırmaqla problemi birdəfəlik həll etmək olar. ”

Binanın başqa bir sakini Yadigar İsmayılov həyətdəki generatorun istifadəsiz qalmağına diqqət çəkib: “Bu generator ona görə lazımdır ki, qəfil işıq sönəndə işə düşsün. Çünki elektriklə işləyən aparatlar dayanar, liftdə qalan olar. Amma bu generator onları işə salacaq gücdə deyil. Sanki görüntü üçün alınıb, qoyulub bura. Hələ bir dəfə də olsun istifadə edilməyib.”

Sakinlərin əksəriyyəti binanın həyətinin olmamağından narazıdırlar. Oğlunu savaşda itirmiş Əlimusa Bağırov deyir ki, buna görə ötən yayda çox əziyyət çəkiblər: “Qabağında maşın saxlamağa azacıq yer saxlayıblar. Biz bütün günü ev dustağı ola bilmərik ki… Xəstələr, yaşlılar, azyaşlı uşaqlar günün müəyyən saatlarında açıq havada olmaq istəyirlər. Nəzərə alınmalıdır ki, burada yaşayanlar “həssas əhali qrupu”na aid edilir. Ayağı, qolu olmayanlar, bədənində qəlpə gəzdirənlər var. Bina istifadəyə verilərkən bizə söz verilmişdi ki, yaxınlıqdakı tikinti malları mağaza-anbarı başqa yerə köçürüləcək. Onun yerində oturacaqlar, çardaq , uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq. Amma bunların heç biri edilmir.”

Sakinlər iddia edirlər ki, anbar-mağazanın əhatə etdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmağı ƏƏSMN-dən yerli icra hakimiyyətinə tövsiyə edilib. Onlar bu məqsədlə həmin sahibkara şəhərin başqa bir yerindən torpaq sahəsi ayrıldığını da deyirlər. Amma sakinlər əlavə ediblər ki, yerli icra hakimiyyəti ərazinin boşaldılmağını uzadır. Onlar dəfələrlə ƏƏSMN-də qəbulda olduqlarını, amma müraciətlərinin obyektiv araşdırılmadığını və bu səbəbdən problemləri indiyədək həll olunmadığını söyləyirlər.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi