İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"
Bolge
Oxunub: 511
11 mar 2020 | 22:52
İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"


Gəncədə “Dubay bazarı” deyilən yerdən xeyli aşağıda, nizamsız, səliqəsiz evlərin arasında Cəfərovlar ailəsinin koması yerləşir. Komaya daxil olmaq üçün məişət tullantılarının arasından keçmək lazım gəlir.

Səyyarə Cəfərova bizi “Dubay bazarı”nın önündə qarşılayır. Koma xeyli uzaqdadır, ora piyada getməli olacağıq. Sonradan 4 yaşı olduğunu öyrəndiyimiz Yusif yolu geri qayıtmağa hazır deyil, ayaqları ağrıyır. Səyyarə onu kürəyinə alır.

Qadın hələ yolda çox ağır vəziyyətdə yaşadıqlarından danışır. Deyir ki, evə daimi cəmi 110 manat pul gəlir. Həyat yoldaşı Azər Cəfərova əlilliyinə görə bu qədər verirlər, ola bilər ki, artacaq.

“Gedib görəcəksiz necə zülm çəkirəm. Həyat yoldaşım anadangəlmə pis görür. Aldığı pul heç iynə-dərmanını ödəmir. Ona-buna yalvarırıq ki, nəsə alıb versinlər, yeyək. Gecə uşaqlarımı siçovullar yeyir. Baxın, mənim üzümü yeyib. Uşaqları palazla qorumağa çalışıram. Deyirəm, cəhənnəm, qoy məni gəmirsinlər. Bütün gecəni gözümə yuxu getmir. Yayda da ilandan qorunmağa çalışırıq. İcra Hakimiyyətinə gedirəm, deyirlər ki, uşaqları saxlaya bilmirsənsə, apar uşaq evinə ver. Bəlkə bir ildir bədənimizə su dəymir. Heç kimim də yoxdu ki, üstünə gedim. Evdə uşaqların nə qədər paltarları yığılıb, yumağa su tapılmır. Bütün qonşular çən alıb su üçün, mənim imkanım çatmır”, – Səyyarə yolda bunları danışmağa imkan tap

Azər Cəfərov komanın lap yaxınlığında bizi gözləyir. Fikrini sərrast çatdıra bilmir, buna görə də söhbəti Səyyarə ilə davam etdirməli oluruq. Qadın deyir ki, həyətdə 5 və 7 metr dərinliyində iki quyu var. Azər gecə heç görmür, qorxurlar ki, həyətə çıxanda quyuya düşər. Quyuların üstünü sınıq şiferlərlə örtüblər, bundan artığını etməyə imkan çatmayıb. Müraciət etdikləri yerlərdən isə adekvat cavab almayıblar.

Cəfərovlar ailəsinin yaşadığı yer təsvir edilməyəcək dərəcədə pis vəziyyətdədir. Kənardan buranın ev olduğunu demək çətindir. İçəridəki mənzərəni “yaşanmalı yer” adlandırmaq olmur.

“Elə zülm içində yaşayırıq ki… Yardım eləyənlər olmasa, acından ölərik. Həmişə yerdə yatmışıq. Sonra qonşu sınıq çarpayı verdi. İşıq kartladır, qurtaranda bir neçə gün işıqsız yaşayırıq. Özüm neçə xəstəlikdən əziyyət çəkirəm, amma səsimi çıxarmıram. Altı sistem yazıblar, imkan yoxdu ki, müalicə olunum. Onun-bunun köhnə paltarını geyinirik. Hamı lağ eləyir”, – qadını ağlamaq tutur, daha danışa bilmir.

Bir az evin yeganə qızı, üçüncü sinifdə oxuyan Aysellə söhbətləşirik. Yaxşı oxumağa çalışır. Danışır ki, anası onu məktəbə qoyandan sonra dərslərin sonuna qədər gözləyir. Böyüyəndə anasına, atasına yaxşı baxacağına söz verir.

Aysel valideynlərinin başı qarışanda xəlvətcə məktub uzadır. Deyir ki, bunu yazmasından heç kimin xəbəri yoxdur. Oxuyuruq:

İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"


“Salam. Xahiş edirəm ki, bizə ev verin, bizə kömək edin. Biz yerdə yatırıq, yer daşdır. Atam xəstədir, mamam işləyib bizi saxlaya bilmir. Atam ayda 110 manat alır, o da heç öz xəstəliyini görmür. Bizim heç bir şeyimiz yoxdur. Mamam iki dəfə operasiya olunub, atamın gözü görmür, qulağı eşitmir. Sizdən xahiş edirəm ki, bizə kömək edin!”

İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"İcra hakimiyyətində bu ailəyə sahib çıxan yoxdur... - "Sizdən xahiş edirəm ki, bizə kömək edin!"
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi