Hüseynqulu Bağırovun idarəsində anarxiya: müavinlərin savaşı və…
Bolge
Oxunub: 1 681
18 avq 2015 | 10:05
Hüseynqulu Bağırovun idarəsində anarxiya: müavinlərin savaşı və…













Ölkə nazirliklərində uzun müddətdən bəri müavinlərin, şöbə müdirləri və digər rəsmilərin bir biri ilə nüfuz savaşı artıq adi hala çevrilib

Redaksiyamıza özəl mənbələrdən daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində də hazırda nüfuz savaşı dərinləşməkdədir. Mənbəmiz iddia edir ki, nazirlikdəki nüfuz savaşının əsas oyunçuları Hüseynqulu Bağırovun əsas adamı, “qara kassası” kimi tanınan aparat rəhbəri Rövşən Cəlilovla, nazir müavini Rauf Hacıyev və qurumun Hüquq şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyevdir.

Rauf Hacıyev-Rövşən Cəlilov qarşıdurması

Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verənlər haqda tam məlumatlı olan mənbənin bildirdiyinə görə Aparat rəhbəri Rövşən Cəlilovun son illər yüksəlməsi va nazir Hüseynqulu Bağırovla şəxsi münasibətlərinin isti olmasında istifadə edərək qurumda əsas söz sahiblərindən birinə çevrilib: “Rövşən Cəlilov bu gün nazirlikdə özünü Hüseynqulu Bağırovdan sonra ikinci şəxs kimi görür. Aparat rəhbərinin özünü nazir kimi aparması və bir çox məsələlərdə heç bir müavinlə hsablaşmamsı isə digər məmurların narazılığına səbəb olub. Nazirin birinci müavini Firdovsi Əliyev Hüseynqulu Bağırovla yaxın olan şəxs olduğu üçün Rövşən Cəlilovun onunla hər hansı bir problemi yoxdur. Digər müavin Novruz Quliyev isə səssizcə öz vəzifəsini qorumaqla və hər hansı bir qrupa qoşulmama prinsipini əsas tutub”. Nazirliyin rəhbər şəxslərinin mövqeyi və qarşılıqlı münasibətləri haqqında danışan mənbə bildirir ki, nazirin Rauf Hacıyev adlı digər müavini ilə Rövşən Cəlilov arasınd asoyuq savaş başlayıb. Mənbə bu soyuq savaşın başlama səəbini isə Aparat rəhbərinin özünü nazir kimi aparması və özünə yaxın dairələrdə Hüseynqulu Bağırovun “varisi” kimi çıxış etməsi, həmçinin Rauf Hacıyevin kurasiyasında olan işlərə onsuz müdaxilə edərək təkbaşına iş görməsidir.

Özünü nazir sayan aparat rəhbərinin yüksəliş yolu

Rövşən Cəlilovun Rauf Hacıyevlə aralarında baş verən bu soyuq savaşda isə aparat rəhbərinə qarı ikinci bir cəbhənində açıldığı deyilir. Həmin cəbhəyə isə nazirliyin Hüquq Şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyevin başçılıq etdiyi iddia olunur. Mənbə redaksiyamıza danışarkən hər iki şəxsin Rövşən Cəlilovla problemli olmasının günahkarını ilk növbədə aparat rəhbərində gördüyünü bildirib. Çünki Rövşən Cəlilov vaxtı ilə nazirlikdə Meşələrin İnkşafı Departamenti direktoru işləyəndə belə artıq bir çox şəxslərlə açıq savaşa girmişdi. Həmin vaxt ölkənin səfalı, turizmə münasib rayonlarındakı meşə massivlərini kütləvi şəkildə iş adamlarına, məmurlara çox illlik müqavilələrlə satan Rövşən Cəlilov nazir Hüseynqulu Bağırovun yanında yaxşıca hörmətə minmişdi. Çünki İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu, Qax, Oğuz, Zaqatala, Balakən, Göygöl, Samux rayonlarındakı meşə massivlərinin çox illik satılmasından külli miqdarda qazanc əldə olunurdu. Sahibkar yaxud hansısa məmur nazirliyə dövlət rüsumunu köçürtməklə bərabər həm də Rövşən Cəlilovun haqqınında verməyə məcbur idi.Bu haqq isə yüksək məbləğdə vəsaitdən gedirdi. (Aparat rəhbərinin Meşələrin İnkişafı Departamentinin direktoru olduğu dövrlərdə satdığı meşə massivləri ilə bağlı tam təfsilatlı növbəti yazımızda təqdim edəcəyik)

Nazirlik daxilində mənbə axtarışı: kim kimdən yazdırır?

Dövlət meşələrinin satılması işlərindən yaxıca qazanclı çıxan Rövşən Cəlilov sonradan Hüseynqulu Bağırovun əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edildi. Məhz nazirlə isti münasibətlərin yaranması və özünün qurumda ikinci şəxs kimi hiss edən Rövşən Cəlilov digər müavinlərə, şöbə müdirlərinə artıq xor baxmağa başladı. Mənbəmiz qeyd edir ki, Rövşən Cəlilov aparat rəhbəri təyin edildikdən sonra yenə də Meşələrin İnkşafı Departamentini əlindən buraxmadı. Həmin idarəyə təyin edilən Şakir İsmayılov məhz Rövşən Cəlilova bağlı şəxsdir. Aparat rəhbəri ilə rauf Hacıyev arasında yaranan soyu savaşla bağlı isə mənbə bildirir ki, “Rövşən Cəlilov dəfələrlə müavinin nəzarətindəki qurumlara özbaşına müdaxilə edərək orada öz diktəsini edib”. Bu isə Rauf Hacıyevin xoşuna gəlməyib. Əslində bu gün mətbuatda Aparat rəhbəri ilə bağlı yazılan məqalələrin araxasında Rauf Hacıyev dayandığı şaiyyəsini də məhz Rövşən Cəlilov yayıb. Çünki nazirlikdə onunla savaşa girən bir neçə şəxsdən biri məhz Rauf Hacıyevdir. Mənbə bildirir ki, Hüquq şöbəsi müdir əvəzi Teymur Şəkərəliyevin təsdiq edilməməsi işində də Rövşən Cəlilovun “barmağı” var. Çünki aparat rəhbəri həmin şöbəyə öz yaxın adamını təyin etdirmək istəyir.

Hüquq şöbəsinin rəhbərinin əlindəki dosye

Şöbə müdiri əvəzi ilə aparat rəhbərinin probleminin kökündə isə Rövşən Cəlilovun vaxtı ilə Meşələrin İnkşafının Departamenti direktoru işlədiyi vaxt bir çox şəxslərə “satdığı” meşə masivvlərinin bu gün sıradan çıxarılmasıdır. Belə ki, naziliklə bağlanan müqaviləyə görə sahibkar icarəyə götürdüyü meşə massivi ərazisində ağacları inkşaf etdirməli, yüngül konstruksiyalı bina tikməli və digər şərtlərə əməl etməlidir. Ancaq bu gün ölkənin turizm rayonalrındakı meşə massivlərində yerləşən obyktlərin əksəriyyəti bağlanmış müqavilənin şərtlərinə əməl etmirlər. Onlar lazım oland aağaclarıda kəsirlər, ağır formalı tikinti işləridə aparırlar. Bu sahibkarların bir çoxunun arxasında imknalı, sözü keçən məmurlıar dayansada bəzilərinə “krişalığı” məhz Rövşən Cəlilovun etdiyi deyilir. Bu sahibkarlar bağlı nazirliyiə çoxsaylı şikayətlərin olması, onların müqavilə şərtlərinə əməl etməməsi isə hüqu şöbəsini məcburən hərəkətə keçməyə vadar edir. Həmçinin bir çox meşə Təsərrüfat idarələrinin direktorlarınında qanunsuz əməlləri və meşə talanı ilə bağlı başlanmı araşdırmalar Teymur Şəkərəliyevlə Rövşən Cəlilovu üz-üzə qalmasına gətirib çıxardıb.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ