Novxanını işğal edən məmur: Rəsulzadə və Mixaylonun kəndində kimlər at oynadır?

Keçmiş bələdiyyə sədrinin adı əbədiləşdirilə bilər; Kənd sakinləri Novxanıya Məhərrəm Əvəzovun adını vermək istəyir, səbəb…
Bakının Novxanı kəndinin sabiq bələdiyyə sədri Əvəzov Məhərrəm Balay oğlu ilə bağlı bir neçə gün öncə yazmışdıq. “Qəbir yerləri hesabına pul qazanan sabiq bələdiyyə sədri kimdir?” başlıqlı həmin yazıdan sonra redaksiyamıza yeni informasiya daxil olub. Məlumatda sabiq bələdiyyə sədri ilə bağlı xeyli sayda maraqlı məqamlar var.
Məhərrəm Əvəzov “Azərsu” ASC-ni “tasa oturdub”
M.Əvəzovun bələdiyyə sədri işlədiyi dönəmdə hektarlarla torpaq sahəsini ələ keçirdiyini bildirən mənbənin redaksiyamıza verdiyi məlumata görə, sabiq bələdiyyə sədri kəndin əksər torpaqlarına əl qoyduğundan hətta vətəndaşlara xidmət etməli olan dövlət qurumları da özlərinə ofis tikmək üçün boş torpaq sahəsi tapa bilmir: “Bələdiyyə sədri işlədiyi dönəmdə kəndin əksər torpaq sahələrini ələ keçirən M.Əvəzov bir qarış da olsun boş torpaq sahəsi qoymadığından yalnız kənd sakinləri deyil, ərazidə fəaliyyət göstərən dövlət qurumları da çətin vəziyyətlə üzləşiblər. Belə ki, özlərinə ofis tikmək üçün boş yer tapa bilməyən bəzi dövlət qurumları məcburiyyət qarşısında ofisə olan ehtiyaclarını ödəmək üçün sabiq bələdiyyə sədrinə müraciət etməli olurlar. Bu zaman əlinə düşən fürsəti özünəməxsus ustalıqla dəyərləndirən M.Əvəzov vaxtiylə dövlətdən ələ keçirdiyi torpaqları yenidən icarə formasında dövlət qurumlarının ixtiyarına verməklə hər ay külli miqdarda vəsait əldə edir. M.Əvəzovun ofislə təmin etdiyi dövlət qurumlarından biri “Azərsu” ASC-nin Novxanıdakı idarəsidir.
Hazırkı bələdiyyə binasından bir qədər aralıda yerləşən və bələdiyyə sədri işlədiyi dönəmlərdə ələ keçirdiyi binanı 80 min manat məbləğində təmir etdirən M.Əvəzov hazırda bu binanın Azərsu” ASC-nin ixtiyarına verib və əmlak sahibi kimi hər ay dövlət qurumundan xeyli miqdarda kirayə haqqı alır”.
Novxanı bələdiyyəsi Məhərrəm Əvəzovun mülklərinin mühasirəsindər
Mənbənin məlumatına görə, hazırda Novxanı bələdiyyəsinin sağ tərəfindəki bütün mağazalar, habelə bələdiyyə binası qarşısındakı aptek də M.Əvəzov və onun yaxınlarına məxsusudur: “Bu gün Novxanı bələdiyyəsinin sağ tərəfində bir neçə mağaza və ictimai iaşə obyekti fəaliyyət göstərir ki, bu obyektlərin hamısı sabiq bələdiyyə sədri M.Əvəzova məxsusdur. Müxtəli iş adamlarına arendaya verilən bu obyektlər M.Əvəzova hər ay külli miqdarda vəsait qazandırır. Bələdiyyə binasının qarşısında, magistral yolun o biri tərəfində yerləşən aptek də M.Əvəzova məxsusdur və Novxanıda ən böyük aptek hesab edilir. Birt sözlə, bu gün bütün Novxanı kəndi kimi Novxanı bələdiyyəsinin özü də dörd bir tərəfdən M.Əvəzova məxsus mülklərin mühasirəsindədir. Vaxtiylə hektarlarla torpaq sahəsini ələ keçirən M.Əvəzov bu gün həmin torpaqlar hesabına Novxanıda əsl imperiya formalaşdırıb ki, bu imperiyanın sorağı Novxanıdan uzaqlarda da eşidilməkdədir”.
Kənd sakinləri Novxanıya Məhərrəm Əvəzovun adını niyə vermək istəyir?
Mənbənin bildirdiyinə görə, vətəndaşlara məxsus mənzil və kiçik ölçülü torpaq sahələrini çıxmaq şərti ilə bütün Novxanını özəlləşdirən M.Əvəzovun adı yaxın zamanlarda sözün həqiqi mənasında əbədiəşdirilə bilər. Belə ki, redaksiyamıza daxil olan məlumatda bildirilir ki, kəndin əksər torpaq sahəsini ələ keçirərək kənd sakinlərini torpaqsız qoyan sabiq bələdiyyə sədrinin tamahkarlığından zinhara gələn vətəndaşlar, kəndin M.Əvəzov tərəfindən işğalını legitimləşdirmək üçün kəndin əvvəlinə onun adını əlavə etmək istəyir: “Kənd sakinləri hesab edir ki, bundan sonra Novxanı kəndini adını dəyişib Məhərəm Əvəzov adına Novxanı kəndi qoymaq daha məntiqli olar. Bu, bütün kəndin M.Əvəzov tərəfindən ələ keçirilməsinin rəsmi təsdiqi ola bilər. Bundan sonra Novxanıya qədəm basan və ya bu kəndən keçib –gedən hər kəs başa düşər ki, onlar M.Əvəzov cənablarının mülkiyyətindədirlər və istər torpaq, istər ev, istərsə də ofis tələbatlarını ödəmək üçün məhz ona müraciət eməlidirlər”.
Məhərərəm Əvəzovun “Novxanı işğalı”na kim yardımçı olub?
M.Əvəzovun “torpaq istilasında” oğlu Cavanşir Əvəzovun da yaxından iştirak etdiyini bildirən mənbə, həmin dönəmdə sabiq bələdiyyə sədrinin oğlunun Ədliyyə Nazirliyində çalışdığını bildirib: “M.Əvəzov Novxanıda bələdiyyə sədri işlədiyi dövrdə oğlu Cavanşir Əvəzov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində Abşeron rayonu üzrə kurator vəzifəsində çalışırdı. Məhz onun bu vəzifədə təmsil olunması M.Əvəzovun əməlləri ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan şikayətlərin ünvanına çamamasında mühüm rol oynamış, sabiq bələdiyyə sədrinə torpaq işğalı siyasətində istədiyi kimi manevr etməyə imkan vermişdir. Novxanı torpaqlarının ələ keçirilməsində mühüm rol oynayan ata-oğul əməkdaşlığı sonrakı dönəmlərdə də müxtəlif formalarda davam etmiş, nəticədə bugünükü qorxunc, vəhşətli mənzərə formalaşmışdır”.
Mövzunu diqqətdə saxlayacayıq…
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ