“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
Bolge / Video
Oxunub: 753
29 noy 2019 | 12:39
“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”


100 milyardlıq “Xəzər adaları” layihəsi üçün gündəmə gələn, sonra Beynəlxalq Bank” işi ilə bağlı işləri dolaşığa düşən və saxlanılaraq “Bandotdel”də ifadə verən iş adamı Hacı İbrahim Nehrəmli qoyunçuluq biznesinə başlayıb. Lakin kənd təsərrüfatında da biznesmenin işləri qaydasında getmir. Bu dəfə o, kəndlilərin torpağını əlindən almaqda ittiham olunur.

“Qafqazinfo”ya müraciət edən Saatlı rayon sakini Validə Məmmədova bildirib ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Gülhüseyn Əhmədovun 2000 və 2003-cü il tarixli sərəncamları ilə ailə kəndli təsərrüfatı ilə məşğul olmaq üçün ona 30 hektar torpaq sahəsi ayrılıb: “O vaxtdan bəri mən burada qoyun və inək saxlayıram. 2009-cu ildə rayona yeni təyin olunan başçısı Siracəddin Cabbarov mənimlə həmin torpaq sahəsinin 15 il müddətinə istifadə edilməsi ilə bağlı icarə müqaviləsi bağladı. Lakin Siracəddin Cabbarov 2018-ci ildə torpağı qanunsuz olaraq İbrahim Nehrəmliyə verib. O da bir müddət sonra mənə verilən torpağın qonşuluğunda “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikdi. İbrahim Nehrəmli hər həftə sonu bura gəlib bizə ərazidən çıxmağımızı tələb edir. Biz bundan sonra məhkəməyə müraciət etdik və Şirvan İnzibati-iqtisadi Məhkəməsi bizim xeyrimizə qərar çıxardı.

Amma Nehrəmli İbrahimin Şirvan Apellyasiya Məhkəməsinə göstərdiyi təsirdən sonra, kəndliləri məhkəmə iclasına çağırılmadan milyonçunun xeyrinə qərar qəbul etdilər”.

Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. Hacı İbrahim məhkəməyə müraciət edərək kəndlilərin onun torpaq sahəsində mal-heyvan otardıqları üçün ona 10 min manata yaxın ziyan vurduqlarını bildirib. Həmçinin, bu işə görə ona mənəvi zərər dəydiyini idda edərək 9396 manat otlaq pulu, 50 min isə mənəvi zərərə görə kəndlilərdən pul istəyib. Həmçinin 2000-ci ildən bəri qoyunçuluqla məşğul olan kəndlilərin o torpaq sahəsindən çıxarılmasını istəyib.

Məhkəmə gedişatında məlum olub ki, İ.Nehrəmli Saatlıda 3 min baş qoyun saxlayır.

V.Məmmədova əlində sənədləri olduğu halda qanunsuz olaraq torpaq sahəsindən çıxarılmaq istədiyini və bu barədə məhkəməyə İ.Nehrəmlinin əlaqələri vasitəsilə təsir etdiyini iddia edib. 78 yaşlı Validə Məmmədova Ali Məhkəmənin ədalətli qərar verməsini istədiyini bildirib.


“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı