Yardımlıda sosial yardım üsyanı: 4 kəndin sakinləri Prezident Adminstrasiyasına şikayətə gələcək
Bolge
Oxunub: 2 105
31 iy 2015 | 13:14
Yardımlıda sosial yardım üsyanı: 4 kəndin sakinləri Prezident Adminstrasiyasına şikayətə gələcək











Yardımlı rayonunda sosial müavinətlərin verilməsi ilə bağlı ciddi narazılıqlar baş qaldırıb

Bununla bağlı Savash.org-a müraciət edən bir qrup rayon sakini bildirir ki, Yardımlı Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin rəhbəri Miramid Səmədovu yalnız şəxsi qazancı düşündürür: “Yardımlı ƏSMM-də əsl bazar mühiti yaradılıb. Sosial yardıma haqqı çatan aztəminatlı ailələrə müxtəlif vasitələrlə maneələr törədilir. Əvəzində isə maddi durumları kifayət qədər yaxşı olan şəxslərə sosial yardımlar təyin edilir ki, bu da qarşılıqlı maraqların təmin olunmasından sonra reallaşır. Miramid Səmədov istədiyi adama yardım təyin edir, umacağını ala bilmədiyi şəxsləri isə get-gələ salır”.
Savash.org-a Yardımlı rayonunun 4 kəndindən – Arvana, Bozeyran, Çayüzü və Daşkənd kəndlərindən daxil olan şikayət məktubunda baş verənlərlə bağlı Bakıya şikayətə gediləcəyi vurğulanır: “Yardımlı ƏSMM tərəfindən haqqı tapdalanan çoxsaylı şəxslər Bakıya – Prezident Adminstrasiyasına gedəcəyik. Bu bizim son çıxış yolumuzdur, çünki Miramid Səmədov artıq əndazəni aşıb. Biz eyni zamanda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbuluna düşərək, ona yardımlıdakı real durumu çatdırmağa çalışacağıq”.
Sonda xatırladaq ki, Miramid Səmədov bundan öncə Yardımlı ƏSMM-də müavin vəzifəsində çalışıb. Rəisin işdən çıxarılmasından sonra isə onun səlahiyyətlərini müvəqqəti icra edir. Ümumiyyətlə isə son illər ərzində Yardımlı ƏSMM-ə bir neçə rəis təyinat alsa da onlar çox qısa vaxtdan sonra vəzifələrindən çıxarılıblar. Elə bu faktı özü də Yardımlı ƏSMM-də hansı qaydaların bərqərar olduğundan xəbər verir.
Növbəti yazımızda isə Yardımlı ƏSMM-nin müvəqqəti rəisi Miramid Səmədovun iştirakı ilə reallaşan şok maxinasiyaların təfərrüatlarını təqdim edəcəyik.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ