İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı – Sakinlərdən etiraz (FOTO)
Bolge
Oxunub: 718
9 iy 2019 | 16:30
İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı – Sakinlərdən etiraz (FOTO)













“İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxlu sayda rayon sakininin həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoyub”.
Bunu “Yeni Sabah”a İsmayıllı rayonu İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu deyib.

Bu haqda şikayət edən sakin bildirir ki, İsmayıllı rayonu Nizami küçəsi ərazisində fəaliyyət göstərən maye qaz yanacaq doldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində, lap yaxınlığında inşa edilib

“Buna görə orada yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq.

Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər.

Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq.

Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir.

Məcbur olub mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab prezident siz vətəndaşların daima qayğısına qalırsınız, sahibkarlığın inkişafına kömək olursunuz. Sizdən xahiş edirik, İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsinə göstəriş verəsiniz”.İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı – Sakinlərdən etiraz (FOTO)
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO