"Üç aydır özüm soruşuram, aparıb-gətirirlər, bezdirirlər..." - GİLEY
Bolge
Oxunub: 621
1 iy 2019 | 20:49
"Üç aydır özüm soruşuram, aparıb-gətirirlər, bezdirirlər..." - GİLEY













Siyəzəndə rəsmi iş yerlərinin sayı azdır. Bu baxımdan, işsizlikdən əziyyət çəkən insanların dolanışığı da ağırlaşır. Gümanı ünvanlı sosial yardıma gələnlərin əksəriyyətinin bu ümidi də puç olur. Məsələn, Hikmət Ramazanov, Ələkbər Vəliyevin ailələri kimi…

Siyəzəndə yaşayan Hikmət Ramazanov deyir ki, ailəsi ağır vəziyyətdədir. Ünvanlı yardım üçün də çox müraciət ediblər, amma müsbət cavab ala bilməyiblər. Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsindən adına pay torpaq olduğuna görə ona ünvanlı sosial yardım düşmədiyini bildirirlər:

“Təxminən üç hektardı, onu da düz-əməlli istifadə eləmirik. Atam cüzi hissəsində ot, bəzən də arpa əkir. O torpaq bizim evə pul gətirmir. Çarəsizlikdən əkir onu da. Kənd yerində yaşayırlar. Ot olmasa, heyvan saxlamaq mümkün deyil”.

Hikmət Siyəzəndə dükanda işləyir. 300 manatdan bir az artıq maaş alır:

“Onun da 130 manatını kirayəyə verirəm. Bunun işığı, qazı, suyu var. Hamısının pulunu ödəmək lazımdı. Dörd nəfərlik ailəyik. Uşaqlar körpədi. Həyat yoldaşım işləmir, onlara baxır. Lap işləmək istəsə belə, iş yoxdu. Valideynlərim Yenikənddə yaşayır. Gərək onların yanında qalam. Oradan Siyəzənə işə gəlib-qayıtmaq mümkün deyil. İş saat 9-da bitir. Hər gün kəndə taksi ilə gedə bilmərəm axı…”

Hikmətin atası Qüdrət Ramazanov Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsini oğlundan daha çox ittiham edir. Danışır ki, Hikmət bütün sənədləri hazırlayıb, təqdim eləyib, amma görməzdən gəlirlər: “Deyirlər ki, Bakıya göndərmişik. Yəqin gizlədirlər, bizə demirlər. Üç aydır özüm soruşuram, aparıb-gətirirlər, bezdirirlər. Hiss olunur ki, həll eləmək istəmirlər”.

Qüdrət kənddə çətin şərtlər altında yaşadıqlarını deyir:

“Özümüz çətinliklə dolanırıq. Uşaqlara heç kömək eləyə bilmirik. Heç yerdə işləmirəm. Dörd dəfə əməliyyat olunmuşam. Həyat yoldaşım ikinci qrup əlildi. Cəmi 160 manat pensiya alır. Heç iynə-dərmanına bəs eləmir. Yoxsa uşağa da kömək eləyərik”.

Qüdrət iddia edir ki, Sosial Müdafiə Fondunun yerli şöbəsində ünvanlı sosial yardım alanlardan pul güdürlər:

“Sosial yardım kimlərə verilməlidi? Çətin vəziyyətdə yaşayanlara, çox az maaş alanlara. Süründürürlər. Bakıda da öz adamlarıdı. Yanımda telefonla danışıb mən eşidə-eşidə deyirlər ki, buna düşmür. Kimdən xeyir tuta bilirlərsə, ona da sosial yardım verirlər”.

Siyəzəndə yaşayan Ələkbər Vəliyev də yerli sosial müdafiə şöbəsindən eyni səbəbdən imtina cavabı alıb. Pay torpağını bəhanə ediblər:

“O torpağın heç harada olduğunu da bilmirəm. Heç vaxt istifadə etməmişik. Kənddə həyat şəraiti çox ağırdı. İş üçün Siyəzənə köçdük. Burada da dolanmaq çətindi. Cəmi 200 manat maaş alıram”.

Ələkbər başqa heç bir gəlirinin olmadığını deyir. Onun da həyat yoldaşı işləmir, körpəsinə baxır. Siyəzəndə iş tapmaq imkanları da məhduddur:

“Bu işi də çətinliklə tapmışam. Nə qədər işsiz adam var. Dolanmaq mümkün deyil. Sosial yardıma çox ehtiyac var. Gedirik, ya torpağı bəhanə gətirirlər, ya da deyirlər ki, rəsmi iş yeri olmalıdı. Rəsmi iş yeri olanın, yaxşı məvacib alanın sosial yardıma necə ehtiyacı yarana bilər? Əlimdə yaxşı işim olsaydı, yardımı neynirdim? Məntiqi anlamaq olmur”.

Dövlət Sosial Müdafiə Fondundan isə bildirilib ki, qurumun yerli şöbəsinin cavabından narazı qalanlar yuxarı instansiyaya şikayət edə bilərlər:

“Rayon şöbəsində belə, əsassız ittihamlara cavab verilmir. Hər bir halda, şikayət edə bilərlər, araşdırılar”.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər