Vilyam Hacıyevdən prezidentə şikayət olundu... - Qarabağ əlili nədən narazıdır?
Bolge
Oxunub: 694
27 in 2019 | 20:50
Vilyam Hacıyevdən prezidentə şikayət olundu... - Qarabağ əlili nədən narazıdır?













İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında uzun illərdir rəsmi müqavilə əsasında maldarlıq təsərrüfatı ilə məşğul 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elman İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyinin qanunsuzluqları ilə üz-üzə qalıb.

Birinci qrup Qarabağ əlili bildirir ki, Prezidentin aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamları bəhanə edərək İmişli rayon İcra Hakimiyyəti heyvanlarının otlaq sahələrini əllərindən alaraq digər imkanlı şəxslərə verib.

Qarabağ əlilinə məxsus həmin ərazilər isə imkanlı adamlara sataraq balıq gölləri yaradıblar.

Bir müddət öncə qarşılaşdığı qanunsuzluqlar barədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlayan 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elman Mahmud oğlu yazırdı: "2006-cı ildə rəsmi müqavilə əsasında 15 illiyinə İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında maldarlığın inkişafı məqsədi ilə 250 hektar otlaq sahəsi aldıq. Təsərrüfatımızda 9 ailənin mal-qarası var. Biz də dolanışığımızı mal-qara saxlamaqla təmin edirik. Min cür əziyyətlə burada özümüzə şərait qurmuşduq. Ancaq ötən il İmişli rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri "reket dəstəsi” kimi təsərrüfatıma soxularaq ərazimi əlimdən aldılar. Cənab prezident, hörmətli Mehriban xanım. Hazırda çıxılmaz durumdayıq. İmişli rayon İcra hakimiyyətinin başçısı bizi saymır, şikayətlərimizi dinləmir, problemimizin həllinə köməklik etmir. Ona görə də sizə müraciət etmək məcburiyyətindəyik. Xahiş edirik İmişli rayonunda rəsmi vəzifədə oturaraq əslində isə reketlik edən İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinə tapşırıq verin ki, bizim balalarımızın çörəyini kəsməsinlər. Biz sağlamlığımızı vətən yolunda, dövlət yolunda qurban verən adamlarıq. Bizim xalq olaraq yeganə düşmənimiz torpağımızı işğal etmiş Ermənistandır. Yeganə məqsədimiz də torpağımızın azad edilməsi üçün vahid xalq olaraq birləşməyimizdir. Ancaq Vilyam Hacıyev kimi məmurlar və onun ətrafındakı vəzifəli şəxslər cəmiyyətə çox pis nümunə olur, vətən yolunda canından, sağlamlığından keçən, gənc yaşlarından əsaya möhtac qalan mənim kimi insanlara qənim kəsilir, onların ailələrinin yeganə dolanışıq yerini əllərindən alıb imkanlı iş adamlarına satırlar. Mən gənc yaşımdan silaha sarılıb vətənin müdafiəsinə qalxmışam, ağır döyüşdə yaralanmışam. Birinci qrup əliləm. Çəliklərim olmasa bir addım ata bilmirəm. Bizim kimi vətən yolunda fəda olan insanlara qoyulan qiymət budurmu? İmişli rayon İcra Hakimiyyətinin mənim başıma açdığı bu oyunu görən gənc çağırışçı əsgər vətənə xidmətə hansı hisslərlə, duyğularla yollanacaq? Cənab Prezident, hörmətli Mehriban xanım. Son ümidimiz Sizlərsiniz. Siz indiyədək minlərlə Qarabağ veteranının, müharibə əlilinin, şəhid ailəsinin problemlərinin həllinə köməklik etmisiniz. Xahiş edirik bizim problemimizin həlli üçün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə tapşırıq verəsiniz. Biz Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri daim sizi dəstəkləmişik. Dövlətimiz varlığı üçün bu gün də canımızdan keçməyə hazırıq”.

Bu şikayətdən sonra isə İmişli rayon İcra hakimiyyəti açıqlama verərək qeyd olunan ərazinin "Gilan Holding" tərəfindən qanuni formada alındığını dedi.

Ancaq İmişli rayon İcra Hakimiyyətinin bu açıqlaması ilə Elman Ağayev razılaşmır. Belə ki, Elman Ağayev bildirir ki, İmişli rayon İcra Hakimiyyətinin nəzərdə tutduğu, yəni "Gilan Hilding"ə aid olan torpaq onun deyil. Elman Ağayev deyir ki, ona aid olan torpaq imkanlı şəxsə satılıb. Hazırda o torpaqda həmin imkanlı şəxs balıq gölləri yaradıb.

Qarabağ əlili bildirir ki, hazırda daha pis durumla üz-üzədir. Belə ki, 100 hektardan əlində qalan bir-iki hektar yerə qarğıdalı əkib. Ancaq İmişli rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə işbirliyində olan göl sahibi onun qarğıdalı sahəsinə gedən su kanalının qarşısını kəsib. Hazırda qarğıdalı sahəsi susuzluqdan yanan Elman Ağayev bir daha ölkə rəhbərliyinə müraciət edərək kömək istəyir.

Birinci qrup Qarabağ əlilinin əlaqə nömrəsi: 051 587 92 04
Qlobal.az
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest