Gəncə şəhərinin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir
Bolge
Oxunub: 834
11 in 2019 | 15:38
Gəncə şəhərinin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir



Rəsmilər Gəncədə sakinlərlə görüşüblər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov şəhərin bir neçə ərazisində olub, sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov müxtəlif idarə, təşkilat və müəssisə rəhbərlərilə birlikdə Gəncənin Əttarlar və Şeyx Bahəddin küçələrində olub, burada sakinlərlə görüşüblər. Vətəndaşlarla söhbət edən rəsmilər onların problemləri ilə maraqlanıblar. Sakinləri narahat edən məsələlər yerində araşdırılıb və aradan qaldırılması üçün göstərişlər verilib. Belə ki, ərazidə yağış sularının toplanmaması üçün su kollektorlarının düzəldilməsi, inşaat tullantılarının qısa müddətdə ərazindən toplanması istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib. Bununla yanaşı, qeyd olunan küçələrdə gecə işıqlandırılması sisteminin qurulması üçün də göstəriş verilib.

Rəsmilər “Gəncəcay”ın sol sahilində də olublar. Burada Niyazi Bayramov və Vəfadar Bağırova yeni salınacaq “Park-bulvar kompleksi” barədə məlumat verilib. Layihə ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, burada yaşayan sakinlərin köçürülməsi tam yekunlaşdıqdan sonra işlərə başlanılacaq. Bunlarla yanaşı Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov Gəncədə icra olunan və şəhərin su-kanalizasiya sisteminin tam yenilənməsini hədəfləyən layihənin gedişatı ilə maraqlanıb. Hazırda asfalt örtüyü yenilənən küçələrdə işin gedişatı ilə tanış olub.


Gəncə şəhəri respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Gəncəlilər görüşü zamanı Niyazi Bayramovun dediyi bu sözlər şəhər sakinlərində xoş ovqat yaratdı. Gəncə doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Şəhər sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

Gəncə şəhərinin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yüksək diqqət və qayğısı sayəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir. Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. Qazanılan uğurlar sabitliyin qorunmasına əsaslı zəmin yaratmışdır.

Azərbaycanın hər bir bölgəsi kimi, Gəncə şəhərinin də inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində dəfələrlə şəhərimizdə olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır. Sevindirici haldır ki, ölkə başçısı şəhərə etdiyi bütün səfərlərdə yeni obyektlərin açılışlarında özü iştirak etmiş və görülən işlərdən razılığını bildirmişdir.

Gəncə şəhərinin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir

Bu gün şəhərdə görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir. Yəqin bilirsiniz ki, ötən hesabat yığıncaqlarında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işləri ilə əlaqədar lazımı qədər məlumatlar verəcək. Həmçinin qeyd edib ki, bu işlər gələcəkdə daha geniş miqyasda davam etdiriləcəkdir. Xüsusən də Gəncə şəhərinin mərkəzi hissəsi bizim hazırladığımız layihələr üzrə tamamilə yenidən qurulacaqdır.
Gəncə şəhərinin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest