Şəhidin kimsəsiz qızının qandonduran müraciəti: “Atam sağ olsaydı...” - QANDONDURAN VİDEOLAR
Bolge / Video
Oxunub: 922
19 in 2019 | 22:17
Şəhidin kimsəsiz qızının qandonduran müraciəti: “Atam sağ olsaydı...” - QANDONDURAN VİDEOLAR













Elzanın taleyi əvvəldən qara gəlib. Onun heç kəsi yoxdur. İndi fiziki varlığını qorumaq üçün çarpışır.

Bərdədə daxmaya məskunlaşdığı evin isə nə işığı, nə qazı var. Elzanı dövlətə və xalqa müraciət etməyə məcbur olması artıq işləmək imkanını itirməsidir.

O, özünün də dediyi kimi, heç vaxt kömək istəməzdi. Sadəcə, ağciyər xəstəliyi onun iş qabiliyyətini əlindən alıb və çörək pulu qazana bilmir.

Məsələ tək bu deyil. Elzanın doğurdan da dünyaya göz açdığı gündən bəxti, qisməti qara yazılıbmış.

Onun atası Əhməd kişi vətən uğrunda şəhid olub. Amma bu mötəbər, ali zirvəyə ucalan Əhməd kişinin qızı acınacaqlı vəziyyətdə yaşayır.

Sensasiya TV-yə danışan Elzanın sözlərinə görə, gözünün bircə ağı, qarası anası var. O da 40 ildir ki, ruhi-əsəb dispanserində müalicə alır.

Bütün bu faciələr, dəhşətlər içində tənha qalan Elza xəstəlik tapana qədər birtəhər özünü dolandırırmış. Gah qab yuyurmuş, gah ev təmizləyirmiş.

Ancaq ağciyər xəstəliyinə görə həkimlər ona işləməyi qadağan ediblər. Elzanın qadın kimi də şəxsi həyata qara gəlib. Şəhidin kimsəsiz qızı ana, bacı-qardaş olmadığı üçün məcbur qalıb özündən yaşca xeyli böyük birinə ərə gedib.

Amma o kişi də dünyasını dəyişəndən sonra Elzanın - şəhid Əhmədin övladının bu torpaqda yaşaması üçün heç bir səbəbi qalmayıb. Çünki onun övladı da yoxdur.

İndi yalnız ac qalmamaq və ölməmək uğrunda mübarizə aparan şəhidn balasına heç kəs sahib çıxmır. Onun yaşadığı qaranlıq daxmaya nə işıq çəkilir, nə qaz verilir. Deyir ki, yaşadığı ev qışda buzxana olur: “Yorğan-döşəyə girəndə elə bilirəm suyun içində yaşayıram. Mənim atam sağ olsaydı, belə yaşamazdım. O, xalqın uğrunda canından keçib.

Amma indi qızına heç kəs köməklik eləmir. Hətta ATV-də Zaurun verilişinə də çıxdım, bir nəticəsi olmadı. Sağ olsun, Xəyyam Salmanzadə yardım edir, onun verdiyini də qəpik-qəpik xərcləyirəm ki, sabaha ac qalmayım. Nəinki ət, heç qaynatmağa makaron tapmıram”.

Onun ATV-də və sosial şəbəkələrdə müraciətindən sonra gözlənti vardı ki, Bərdə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kömək edəcək.

Eləcə də “Azəriqaz” rəhbərliyi onun evinə qaz verəcək. Lakin şəhid qızı bu amansız həyatla təkbaşına buraxılıb.

“Qab yuyurdum, soyuq suyun içində işləyirdim, heç kəsə müraciət eləmirdim, öz əlim, öz başım idi.

Ağciyərimdən su çəkildiyinə görə məcbur qalmışam ki, xalqa, dövlətə müraciət edim. Bu buzxana evdə oturmuşam. Kaş atam sağ olaydı...”

Elza yenidən xalqa, prezidentə, nazirlərə, Bərdənin və respublikanın xeyirxah insanlarına, iş adamlarına müraciət edib, imdad diləyib:

“Ağciyərimdən zədə almışam, 4 dəfə su çəkmişəm.

Nə reseptimi ala bilirəm, nə iynə vurdura bilirəm. Mən illərdir ki, ət üzünə həsrətəm. Allaha and olsun ki, evin tək qızı olmuşam, kimsəsiz qız idim.

Məni bir qadın ərə verdi, o da rəhmətə gedənə kimi məni əlinin içində saxlayırdı. İşləyirdim, amma həkim indi icazə vermir.

Göydə Allah, yerdə siz, heç kəsim yoxdur, tək ümidim bu dövlətə və xalqadır. Məni özü yerinizə qoyun, bir şəhid övladını xilas edin...”

Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”