4 saylı Ərazi Vergilər İdarəsinin sifarişli vergi yoxlaması - Sahibkarlığın inkişafına vergi “şapalağı”
Bolge
Oxunub: 980
28 may 2019 | 19:48
4 saylı Ərazi Vergilər İdarəsinin sifarişli vergi yoxlaması - Sahibkarlığın inkişafına vergi “şapalağı”














Bir qrup Qarabağ əlili ailəsi hüquqi şəxs yaratmaq problem olduğundan bir nəfərin adına VÖEN açıb Ağsu şəhərində sahibkarlıqla məşğul olur. Sahibkarlıq fəaliyyətinin istiqamətləri həm istehsal , həm də ticarət olan əlillər bu yolla dərman, çörək pullarını çıxarırlar .Ötən ilin sonlarında “BUTA market” sahibkarlıq obyektinin anbarından 10 min manatlıq malın talan edilməsinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edən market müdirinin şikayətini öncə Ağsu rayon Polis Şöbəsi obyektiv araşdırıb və zərər vuran şəxs taladığı malın pulunu hissə -hissə ödəyəcəyinə söz verib". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Daha sonra xəbərdə bildirilir: "Əməlin prokurorluqda araşdırılmalı olması nədəni ilə iş materialları Ağsu rayon prokurorluğuna göndərilib və sahibkarın malını talan edənin və yaxın qohumlarının özünümüdafiə xarakterli izahatları əsasında əməldə cinayət tərkibi olmaması qərara alınıb. Bu qərardan yuxarı prokurora Cinayət Prosessual Məcəllənin tələbinə uyğun olaraq şikayət verilib. 23 may 2019-cu ildə şikayətçi sahibkar baş prokurorluğa çağırılıb , qanunauyğun tədbirlər görüləcəyi bildirilib və ertəsi gün -24 may 2019 -cu ildə Vergilər Nazirliyinin Şamaxıdakı 4 saylı Ərazi Vergilər İdarəsinin 20 nəfərlik heyəti sahibkarlıq obyektində yoxlamaya başlayıb.

Bu yoxlamanın sifarişlə həyata keçirilməsi cəmi 20 işçisi olan marketin işçilərinin sayı qədər vergi əməkdaşının cəlb edilməsi , sözügedən vergi idarəsinin rəis müavininin hər gün marketə gəlib mütləq “qanunsuzluq tapmağı” tapşırması , rayon prokurorluğunun sahibkarı hədələməsi sübut edir. Ən başlıcası, Prezidentin müvafiq aktı ilə sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların dayandırılması qərara alınıb. Onu da vurğulayaq ki, “BUTA market”də keçirilən son vergi yoxlamasının hələ bir ili tamam olmayıb . Bu yoxlama açıq -aşkar dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinə zərbə vurmaq deməkdir. Sahibkarlığın inkişafına dövlət dəstəyi hara, sahibkarlıq fəaliyyətini qanunsuz, sifarişli yoxlamalarda iflic etmək hara!?

Bu gün -28 May Respublika günüdür, xalqımız, dövlətimiz bayram edir. Vergi yoxlaması isə hələ də davam edir. Bayram günü olduğundan dövlət qurumlarının “qaynar şikayət” xətləri də susur ..."

Dia.az olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil