Ağcabədidə şəhid ailəsinə qarşı sayğısızlıq... - GİLEY
Bolge
Oxunub: 655
20 may 2019 | 20:49
Ağcabədidə şəhid ailəsinə qarşı sayğısızlıq... - GİLEY















Şəhid ailəsi Ağcabədi rayon Məhkəməsində vəkil Aygün Kərimova tərəfindən təhqir edilib. Bununla bağlı bu gün tanınmış jurnalist Günel Şahmalıqızı öz sosial şəbəkə səhifəsində paylaşım edib. Bu hadisə onun xalası Reyhan Fərhadovanın başına gəlib. Jurnalist öz facebook səhifəsində hadisəni belə şərh edib: “Şəhid ailəsisən gəl çıx başıma. Neynəyim şəhid olub?Ağlı var idi şəhid olmazdı". Ağcəbədi rayon məhkəməsində vəkil Aygün Kərimova şəhidi təhqir edib. Şəhidliyi ağılsızlıq hesab edən Aygün Kərimova siz şəhidin ünvanına təhqiramiz ifadələr işlədəndə bilmədiniz ki, bu ölkədə şəhid adına nə qədər hörmət və sayqı var?Görünür dövlət başçımızın şəhid adının əbədiləşdirilməsi üçün tapşırıqları və hər bir şəhidin ailəsinə şəxsən diqqət göstərməsindən xanım vəkil xəbərsizdir. Görünür maraqlarını müdafiə etdiyiniz şəxsin statusu şəhid statusundan dəfələrlə yüksəkdir”.

Məsələylə bağlı şəhid gəlini Reyhan Fərhadova News24.az-a açıqlama verib və bunları deyib: “Qızımın xərçəng xəstəsi olduğunu biləndə həyat yoldaşı onu atıb getdi. 7 il xəstə olub. Qızıma da, onun övladına da özüm baxmışam. Qızım bir ildir ki, rəhmətə gedib. Indi uşağın atası bizi məhkəməyə verib ki, uşağını geri istəyir. Mənim qızım xəstə olanda yalvardı ki, xəstəliyi ilə əlaqədar baxa bilmir, uşağa bir müddət atası baxsın. İmtina elədi. Bizə uşağın qəyyumluğunu Şuşa rayonun icra başçısı Bayram Səfərov verib. Aprelin 4-də Ağcəbədi Rayon Məhkəməsinin vəkili Aygün Kərimova bizə deyir ki, Şuşa var indi sizə də qəyyumluq verir, Ağcabədi rayonundan almalı idiniz. Aygün Kərimova bizi elə təhqir elə di ki, şəhidimizin şəhid olduğuna görə peşman olduq. Mənə elə təhqirlər etdi ki, heç utanaram dilimə gətirim o nalayiq sözləri. Dünyada ən dəhşətli itki övlad itkisidir. Amma vəkilin bizi təhqirlərindən sonra övladımın ölümünü belə unutdum. Bizə deyir, şəhid ailəsisən gəl çıx başıma. Neyləyim şəhid olub? Ağlı var idi, şəhid olmazdı. Mənə deyir qara qarğa. Övladı ölən ana qırmızı geyinməlidir? Mənim qara paltar geyinməyimi ələ saldı. Bilirsiniz, mənim yoldaşımın atası şəhid olub, heç meyidini də götürə bilməmişik. Bizi necə təhqir edibsə, yoldaşım o məhkəmədən sonra yatağa düşüb, neçə vaxtdır xəstədir. Eşitmişik, Aygün Kərimovanın əri Gəncə Apellyasiya Məhkəməsində hakimdir, ərinə arxalanıb deyə bizimlə yuxarıdan aşağı rəftar edir. Möhtərəm Prezidentimin daim diqqətini hiss etmişik, bizə təzminat verib, ev verib. Mehriban xanım şəhid ailələrinə hər zaman hörmət, diqqət göstərib. Mən Prezidentim İlham Əliyevdən, Mehriban xanımdan, Azərbaycanın görkəmli oğullarından, bütün ictimaiyyətdən xahiş edirəm, bizə kömək edin”.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının saytından Aygün Kərimovanın əldə etdiyimiz telefon nömrəsi ilə əlaqə saxlasaq da, cavab verilmədi. Qarşı tərəfin fikirlərini də saytımızda yayımlamağa hazırıq.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı