Təzə başçı özünə məşğuliyyət tapıb... - İDDİA
Bolge
Oxunub: 790
10 may 2019 | 18:30
Təzə başçı özünə məşğuliyyət tapıb... - İDDİA














Son günlər Azərbaycan səhiyyəsinin müəyyən çatışmazlıqları haqqında mətbuatda neqativ yazılar dərc olunmaqdadır.Bu xoşagəlməz yazılar dərc olunmağına baxmayaraq nədənsə səhiyyəmiz bəzi qəssab həkimlərin sayəsində günü-gündən geriləməyə başlayır.

Hər gün ana və uşaq ölümləri, xəstələrə qoyulan səhv diaqnozlar bunları deməyə əsas verir.Prezident İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan səhiyyəsi üçün müasir tipli avadanlıqların gətirilməsi, onların xalqın ixtiyarına verilməsi bizlər üçün danılmaz faktdır. Amma nədənsə bəzi baş həkimlər və cəllad həkimlər öz işlərinə qeyri-səmimi yanaşmaqla yanaşı, həm də xəstəxanaları bazara çevirirlər.
Bu baş həkimlərdən biri də uzun illərdir Goranboy rayon Mərkəzi Xəstəxanasında işləyən Budaqov Rüstəm Abdulla oğludur. Rüstəm həkimin ixtisası cərrah olsa da, baş həkimliklə cərrahlığı səhv salıb. Goranboy rayon eks icra başçısı, cənab prezidentin məlum sərəncamı ilə isə hal-hazırda Ağstafanın icra başçısı işləyən Nizaməddin Quliyevin yaxın adamı sayılan Rüstəm Budaqov yenə də özünə arxayınlıqla köhnə qaydalarla işləyərək Goranboy sakinlərinin və səhiyyəsinin əsl qəniminə çevrilib.Bu gün dövlət xəstənalarında xəstələrə xidmət pulsuz olsa da, Goranboy Mərkəzi xəstəxanasında isə açıq bazar və konkret qiymətlər höküm sürür. Goranboy xəstəxanasına müraciət edən xəstələr konkret olaraq baş həkim Rüstəm Budaqovun apteklərindən eyni qaydalı reseptlərə iynə-dərman almalı,əgər almasa həmin xəstənin vəziyyəti demək olar ki, çox ağır olar.

Dövlətin qeydiyyatında olan şəkər xəstələrinə,vərəm xəstələrinə müalicə və dərmanlar pulsuz olduğu halda, Goranboyun baş həkiminə bunun heç bir aidiyyatı yoxdur. Azerbaycanrealligi.com xəbər verir ki, Xəbəral.az saytına mənbə bildirdi ki, Goranboyun eks icra başçısı Nizaməddin Quliyevin “Söz Anbarı və Silahdaşı” yəni məmurlardan icra başçısına şikayəti birbaşa Rüstəm Budaqov edirmiş.

Mənbə bildirir ki,Rüstəm Budaqov Goranboy rayonuna yeni təyin olunmuş icra başçısı Məhərrəm Quliyevə qarşı rayonda anti-təbliğat aparır və özünü köhnə qaydalarla söz sahibi etmək istəyir. Bir sözlə, icra başçısı Məhərrəm Quliyevi özündən asılı etdirmək istəyir. Lakin icra başçısı Məhərrəm Quliyev, rayonun baş həkimi Rüstəm Budaqovun müəyyən təkliflərini rədd edərək, rüşvətsiz işləməyini təklif etsə də, Budaqov bu təklifə yox deyərək, özünəməxsus qanunlarla işləməyə davam edib.

Mənbə bildirib ki,Goranboyda şəhid ailələri,məcburi köçkünlərə qarşı baş həkim tərəfindən olunan hörmətsizlik Azərbaycanın heç bir bölgəsində yoxdur. Sakinlərə qarşı kobudluq,müalicə üçün konkret qiymətlər artıq Goranboy əhalisini təngə gətirib.Demək olar ki,Məhərrəm Quliyev Goranboya az vaxtda icra başçısı təyin olunsa da, dəfələrlə baş həkimə bu qanunsuzluqlara son qoymağa çağırsa da, yenə də Rüstəm Budaqov eks icra başçısı Nizaməddin Quliyevin rayonda qoyduğu qanunlarla işləməyə davam edib.

Goranboy sakinləri Xəbəral.az saytı vasitəsi ilə rayonun baş həkimi Rüstəm Budaqovun özbaşınalığına son qoymaq üçün Cənab prezident İlham Əliyevdən və Səhiyyə Naziri Oqtay Şirəliyevdən kömək və xahiş etdilər.Bir sözlə, rayon sakinləri artıq çıxılmaz vəziyyətə düşüblər və gözləyirlər ki, baş həkim Rüstəm Budaqov nə zaman işdən azad olunacaq və Goranboy Səhiyyəsi ağ günə çıxacaq.

Sözügedən məsələni gündəmdə saxlayırıq. Goranboy səhiyyəsindəki özbaşınalıqlar haqqında daha ətraflı sizlərə məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq. \\xeberal.az\\
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı