Mirmahmud Miratayev Astara gömrüyündə zülm edir… - İTTİHAM
Bolge
Oxunub: 879
7 may 2019 | 19:46
Mirmahmud Miratayev Astara gömrüyündə zülm edir… - İTTİHAM














Dövlət başçısı İlham Əliyev ötən il aprelin 11-də keçirilən növbədən kənar prezident seçkilərindən sonra kadr islahatlarını daha da sürətləndirdi.

Aprel seçkisindən sonra təsdiqlənən Nazirlər Kabinetinin yeni tərkibində xeyli sayda nazir və məmurların adlarını görmədik.

Onların arasında işdən azad olunması çoxdan gözlənilən Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev idi. A.Əliyevin yerinə sürpriz kadr təyin olunmadı.

Elə onun müavini, adı həmişə monopoliya və s. məsələlərdə hallanmış Səfər Mehdiyev bu posta gətirildi. Bununla da gözləntilər varıydı ki, S.Mehdiyev bəlkə gömrükdə hansısa nöqsanları aradan qaldıracaq.

Hətta yeni gömrük komitəsi sədri bəyan eləmişdi ki, ölkədə inhisarçılığın bir faizini göstərsəniz, istefa edərəm. S.Mehdiyev daha da irəli gedərək açıqlamışdı ki, 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq.

Təbii ki, pafoslu açıqlamaların ardından ümid olunur bəlkə ciddi addımlar atılacaq, gömrükdə şəffaflıq təmin ediləcək, monopoliya qalxacaq, vətəndaşların əzab-əziyyətlə, basabasla sərhədi keçməsi rüsvayçılığı aradan qalxacaq.

Lakin təkcə Astara gömrük məntəqəsinə baş çəkmək və orada baş verənləri bir saat izləmək kifayətdir ki, S.Mehdiyevin bəyanatlarının sabun köpüyündən ibarət olduğunu anlayasan.

Reportyor.info-ya məlumat verən vətəndaşların sözlərinə görə, S.Mehdiyev vaxtını ayırıb Astara gömrüyünə getsin, özü həmin sıxlığın, basabasın içində qalsın və həyatına nifrət eləsin.

Çünki Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev vətəndaşlar üçün elə məngənə, gestapo sistemi yaradıb ki, insan çəkdiyi zülmdən intihar etmək istəyir.

M.Miratayev özü də oturduğu kabinetindən çıxıb bir dəfə sərhəd xəttinə gəlsin, xüsusi ilə həftə sonu hansı məşəqqətin, qəddarlığın, insanlığa sığışmayan haqsızlığın baş verdiyinə şahid olsun və adı-soyadından da bəlli olduğu kimi, bir seyid nəslinin övladı kimi əlini ürəyinin üstünə qoyub vicdanını dinləsin.

Vətəndaşlar bizə yazırlar ki, S.Mehdiyevin gömrükdə apardığı analoqsuz “islahat”lar Astara gömrük məntəqəsində göz deşir.

Vətəndaşlar saatlarla sərhəddə gözləməli olurlar, meymun qəfəsinə oxşayan dəmirlərlə əhatələnmiş labirintə salınırlar, havasız, ac-susuz növbəyə dayanırlar.

Bir-birini itələyənlər kim, dava-qırğına çıxanlar kim, rəsmən bir rəzalət yaşanır. Halbuki, İran gömrükçüləri vətəndaşları 10-15 dəqiqə ərzində pasportuna möhür vurub buraxırlar.

Məlumatda deyilir ki, İrandan qayıdarkən vətəndaşlar daha çox incidilir. İran sərhədini bir göz qırpımında keçən insanlar Azərbaycan sərhədində 4-5 saat ayaq üstə gözləməli olurlar.

Azərbaycan tərəfi bütün çantaları, yükləri bir-bir yoxlayır, insanları incidir, gözlədir və bir cəhənnəm yaşadırlar.M.Miratayev bir seyid övladı olaraq bu zülmə-zillətə necə dözə bilir?

Vətəndaşlar qeyd edirlər ki, S.Mehdiyevlə M.Miratayevin yaratdığı bu sistem birbaşa prezidentin siyasətinə, gömrüklə bağlı tapşırıqlarına, islahatlar paketinə ziddir.

Necə olur ki, İran tərəfini vətəndaşlar rahat, tez keçirlər, Azərbaycan isə gedəndə, əliboş insanları saatlarla gözlədir, qayıdanda əli dolu vətəndaşları yenə gözlədir.

İran isə hər iki halda vətəndaşı incitmədən yola salır. Çünki sistem işləyir, çantalar aparatla yoxlanır, hər hansı problem olursa baxılır.

Astara gömrüyü isə əsassız yerə həkimə, dərmana gedən yüzlərlə insanı incidir, buraxmır. Maraqlıdır ki, nə Rusiya, nə Gürcüstan sərhədində gömrükdə vətəndaşlarımız bu qədər əzab çəkir.

Sözsüz ki, bu ölkələrlə sərhədimizdə də gömrükdə vətəndaşlar yenə əziyyət görürlər. Lakin Astara gömrüyü sanki camaata işgəncə vemrəkdən həzz alır.

Bu da birbaşa prezidentə qarşı insanları qaldırmaq, narazı salmaq, islahatların əleyhinə iş görməkdir. Vətəndaşlar çağırış edirlər ki, S.Mehdiyev həqiqətən islahatlar aparırsa gəlib Astara gömrüyündə dayansın, M.Miratayevin fəaliyyətinə nəzər salsın. Aralarında qadınlar, yeniyetmə uşaqlar, yaşlı kişilər var. Hamısı işgəncə görürlər.

Qapı açılır. Basabas düşür… Sıxılmış adamların fəryadı eşidilir. Kim güclüdürsə içəriyə girir. Qapı bir neçə dəqiqə açıq qalır.

Sərhədçilərlə gömrük işçiləri qapını bağlamaq istəyirlər. Qapının yanında duranlar isə buna imkan vermək istəmirlər.

Nəhayət, qapını bağlaya bilirlər. Sakinlər bura “meymun kletkası” deyirlər. Onlar hesab edirlər ki, Astara gömrüyü işgəncə aparatıdır.

Xatırladaq ki, Astara Gömrük Məntəqəsində İrana getmək istəyən bir Azərbaycan vətəndaşı İlqar Kərimov vəfat etmişdi. Həmin gün İrana getmək istəyənlər çox olub.

Hadisə şahidlərindən Fərbiyə İbayevanın dediklərinə nəzər salaq: “Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi.

Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirdib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.

Azərbaycandan İrana gedən vətəndaşlardan gömrükdə növbədə ölüm hadisələri bundan əvvəl də baş verib. Biz Gömrük Komitəsinin və Astara gömrük rəisinin fikirlərini, problemlə bağlı mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər