Balakənin icra başçısı ancaq vəd verir... - Əziyyət çəkən əhali və məhv olan tarix...
Bolge
Oxunub: 830
19 apr 2019 | 18:50
Balakənin icra başçısı ancaq vəd verir... - Əziyyət çəkən əhali və məhv olan tarix...














Balakən şəhəri M.Əsədov küçəsi kiçik bir gölü xatırladır. Hər dəfə yağış yağanda həmin küçə keçilməz olur.

Ən dəhşətlisi isə odur ki, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin yaratdığı muzey də həmin küçədə yerləşir və hər dəfə yağış yağanda eksponatlar çirkab sulara qərq olur.

"Mən bütün varidatımı qoyaraq Azərbaycan tarixini, mədəniyyətini təbliğ etmək üçün bu muzeyi yaradanda erməni və digər düşmənlərin bunu məhv etmək istəyəcəyini bilirdim. Ancaq içimizdə, həm də sərhəd bölgəsində belə bivec, belə düşmən münasibəti təsəvvür etmirdim. Bu eksponatların hər biri min illərin tarixini yaşadır özündə... Hər şey suyun içindədir, çünki yolun suyu muzeyin həyətinə axır" – deyən tarixçi alim Sputnik Azərbaycan-a açıqlamasında fəryad edib.

Tarixçinin Balakən Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməsinə rəğmən problem hələ də yerində sayır: "Dəfələrlə müraciət etmişəm. Hətta məsələdən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də xəbərdardır. Deyirlər ki, "gözləyin, yağış dayansın, sonra həyətdən suyu çəkək".

Yaranan problemlə bağlı Balakən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Sputnik Azərbaycan-a bildirildi ki, həmin ərazidə yağış sularının axıdılması problemlidir: "Yağış yağan müddətdə maşınla su çəkilir, arxla axıdılır".

Eyni zamanda İcra Hakimiyyətindən problemin yaxın vaxtlarda həll olunacağına da söz verdilər...

Qeyd edək ki, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür. Tarixi qorumaq, ona sahib çıxmaq isə ilk vəzifələrimizdən biridir.

Akif müəllimin sözləri isə desək, tarixi abidələr, muzeylər bizim "milli pasportumuzdur”.

Amma nə tarixi, nə də “milli pasportu” belə qorumazlar...Balakənin icra başçısı ancaq vəd verir... - Əziyyət çəkən əhali və məhv olan tarix...Balakənin icra başçısı ancaq vəd verir... - Əziyyət çəkən əhali və məhv olan tarix...Balakənin icra başçısı ancaq vəd verir... - Əziyyət çəkən əhali və məhv olan tarix...Balakənin icra başçısı ancaq vəd verir... - Əziyyət çəkən əhali və məhv olan tarix...
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest