“İndi nə pambıq, nə iş, nə də pul var” - GİLEY
Bolge
Oxunub: 695
17 apr 2019 | 17:21
“İndi nə pambıq, nə iş, nə də pul var” - GİLEY














“Pambıq mövsümü ilə birgə bizim dolanışığımız, yaşayışımız da bitir. Rayonda başqa iş tapmaq mümkün deyil. Bircə pambıqdır, o da mövsümdən mövsümə. Mən yalandan, bəzəkli-düzəkli cümlələr qura bilmirəm, qış aylarını yeməyə çörək tapmamışıq”.

Kürdəmir sakini, 53 yaşlı Püstə Orucova belə deyir. Bildirir ki, imkansızlıqdan ailəsi ona təhsil verə bilməyib. Erkən yaşda ailə qurmalı olub. Həyat yoldaşının da bir peşəsi, sənəti olmadığından ilk gündən yoxsulluq çəkib. Ölkədə kütləvi pambıq əkininə start verilənədək yoldaşı fəhləlik edib, ailəni dolandırırmış. Sonradan bir ayağı tutulub, işlədə bilməyib. Bununla ailənin dolanışığı çətinləşib. Son 2 ildə evin xanımı Püstə Orucova qonşu qadınlarla birgə pambıq sahələrinə alağa, pambıq toplmağa getməyə başlayıb. “İndi nə pambıq, nə iş, nə də pul var”, – deyir. Mövsümündə günü 7-8 manatdan işləyir, sonra qışla birgə qara günlərinin də gəldiyini söyləyir.

P.Orucova deyir ki, evində nə işığı, nə də qazı var. Yeməyini, çayını həyətdəki ocaqda hazırlayır. Odun almağa belə imkanı olmadığından, bütün günü küçələrdən çör-çöp toplayır, bununla qışı birtəhər yola verir:
“İşıq çəkdirmək istədik, dedilər rüsum ödəməlisiniz. Biz 20 qəpik tapmırıq ki, çörək alaq. Rüsumu haradan tapaq? Qaz üçün də deyirlər ki, boruları alın, gələk çəkək. Mən günə 20 manat qazansaydım, bunları edə bilməzdimmi? Kim itirib o 20 manatı ki, pambıqçı tapsın? Prezidentə dedikləri qədər qazansaydım, qışda acından ölməzdim”.

P. Orucova evini işıqlandırmaq üçün qonşudan uzadıcı ilə elektrik çəkib. Deyir, ona da utandığından əlavə heç nə taxa bilmir. Bircə lampa taxır ki, gecələr qaranlıqda oturmasınlar:

“Yaşayışımı, dolanışığımı görürsünüz də. Heç yerdən köməyim, bir qəpik alacağım yoxdur. Pambıq toplandı, bitdi, yetim Püstənin qara günləri başladı. Qazancım iş olan vaxtlar ac qalmamağa yetir. Vallah, kartof qaynatması yeməkdən bezmişdim, indi onu da tapmıram. Bir baxın də, qazsız, işıqsız bir evdə qışı başa vurmaq nə deməkdir?”

Püstə Orucova deyir ki, bugündən sabaha ümidi olmayan insanlardılar. İndi də ümidini pambığa bağlayıb. Gözləyir, toxum səpilsin, alaq çıxsın, yenə gedib təmizləsin:

“O ağır işi bilirsiniz necə həsrətlə gözləyirəm? Vallah, aclıq məni xəstə salıb. Arada dedim gedib onun-bunun qapısını təmizləyim. Bəlkə 3-4 manat verən tapıla. Kimə dedim, “ehtiyacımız yoxdur” – cavabını aldım. Camaat o qədər pis vəziyyətdə yaşayır ki, artıq ağır işlərini də özləri görürlər. Adam tutub iş gördürmək dövrü də arxada qalıb”.

Püstə Orucova deyir ki, pambıq yığmaq, alaq təmizləmək həm çox əziyyətli, həm də gəlirsiz sahədir. Düzdür, işsiz qalmaqdan yaxşıdır, amma həm də mövsümidir deyə, faktiki işsiz sayılırsan. Bölgələrdə başqa yerdən iş tapmaq isə əməlli-başlı zülmdür:
“Mənim kimi təhsilsiz, əlində bir peşəsi olmayan insan üçün başqa çarə yoxdur. Bacardığım pambıq toplamaq, alaq etməkdir, o da ki, mövsümündə. İlin çox ayını işsiz qalıram”.
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı