“Siyəzən məhkəməsinin hakimi rayonda ancaq vəzifəli şəxslərin sifarişləri ilə hökm çıxarır” - İDDİA
Bolge
Oxunub: 913
30 mar 2019 | 21:00
“Siyəzən məhkəməsinin hakimi rayonda ancaq vəzifəli şəxslərin sifarişləri ilə hökm çıxarır” - İDDİA














Siyəzən şəhər sakini Zeynalov Sabir Mabetdin oğlu Siyəzən rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli Əsəd oğlu barəsində redaksiyamıza şikayət məktubu göndərib.
1993-cü ildən YAP-ın üzvü olduğunu deyən Sabir Zeynalov Yeniavaz.com-a verdiyi açıqlamasında iddia edir ki, sözügedən hakimlər onu haqsız yerə 25 gün azadlıqdan məhrum ediblər: “Siyəzən rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu 8 yanvar 2019-cu il tarixli qərarı ilə mənə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilərək, 25 gün müddətində həbs təyin edib.
Mənim nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməyim sübuta yetirilməmiş, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. İşdən yalnız o görünür ki, mənə qarşı polis əməkdaşları tərəfindən süni şəkildə İnzibati xəta hadisəsi görünüşü yaradılaraq nəticədə məhkəmə tərəfindən barəmdə qanunsuz inzibati tənbeh, həbs haqqında qərar qəbul edilib.
Siyəzən rayon məhkəməsinin qərarı son dərəcə qanunsuz və əsassız həmçinin ədalətsiz və qərəzli olduğu üçün, müdafiəçim tərəfindən apellyasiya şikayəti verilmişdir. Biz ailəlikcə ümid edirdik ki, apellyasiya məhkəməsi rayon məhkəməsinin qanunsuzluqlarını düzəldərək haqq ədalət yerini tapacaq. Əfsuslar olsun ki, hakim Məhəmmədəli Rzayev də hakim adına yaraşmayan, haqq-ədalətdən, qanundan uzaq bir mövqe sərgiləyərək qərarı qüvvədə saxladı”.
Sabir Zeynalov iddia edir ki, bütün bunlara səbəb onun rayonda baş verən qanun pozuntuları barədə yuxarı dövlət orqanlarına müraciətlər etməsi olub: “Siyəzən rayon məhkəməsinin hakimi Bəylər Ələkbərov demək olar ki, rayonda ancaq vəzifəli şəxslərin sifarişləri ilə qərar və hökm çıxarır. Haqqımda belə bir qərar çıxarmasına səbəb isə mənim hər zaman öz hüquqlarımın pozulması, həmçinin rayonun vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına rast gəldiyim zaman bu barədə yuxarı dövlət orqanlarına müraciətlər etməyimdir. Bu müraciətlərimin dayandırılması üçün mənə qarşı rayonda böyük təzyiqlər var. Nəinki mən, hətta bütün ailə üzvlərimiz bu təzyiqlərdən əziyyət çəkirik. Hər dəqiqəbaşı ailə üzvlərimiz təqib olunur. Mən mütəmadi olaraq iynə və dərmanlardan istifadə edirdim, xəstəxana şəraitində müalicə alırdım, lakin məni həm qərəzli şəkildə, həm də sifarişlə azadlıqdan məhrum etmişlər. Yəni, birbaşa həyatımı təhlükəyə atmışlar. Xəstəliyimin ciddi olması barədə məhkəməyə sənədlər təqdim olunub”.
Məsələ ilə bağlı Siyəzən Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmənin dəftərxana müdürü Xanlar Vahabzadə Yeniavaz.com-a bildirdi ki, o bu cəzadan narazı qaldığı üçün belə deyir: “Bu əlbətdə ki, boş söhbətlərdi. Belə deməsi normaldır. İnsan istər inzibati, istər cinayət işi üzrə cəzalandırılan zaman, əlbətdə ki, nəsə deyəcək. Belə görünür ki, o bu cəzadan narazı qaldığı üçün belə deyir. Demokratik ölkədə yaşayırıq, o istədiyi fikri səsləndirə bilər. Əgər onun hər hansı bir etirazı varsa, bu ancaq hüquqi müstəvidə həll oluna bilər”.
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO