Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY
Bolge
Oxunub: 884
29 mar 2019 | 21:45
Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY














Ağdam rayon Orta Qərvənd kəndində Aprel döyüşləri zamanı zərər görmüş ev hələ də təmir edilməyib.

Bu barədə Yenicag.az-a həmin evin sahibi olan Səlimov Hüseyn İbiş oğlu məlumat verib.

Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY











Ev sahibinin sözlərinə görə, Aprel döyüşlərindən sonra zərər görmüş evləri bərpa etmək üçün gəlirlər, söz verirlər, ancaq heç nə etmirlər.

Səlimov Hüseyn bildirib ki, bu barədə dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi aylardır vəd verir ki, evi təmir edəcəklər, ancaq verdikləri vəd elə sözdə qalır. Evimi hər dəfə təmir ediləcək evlər siyahısına salırlar, təmir vaxtı gələndə isə evimə yaxın gəlmirlər. Niyə, səbəb nədir, bilmirəm. Prezident İlham Əliyev Ağdam rayonunda evlərin təmiri üçün 3 milyon manat pul ayırmışdı. O pullar hara xərclənib?”


Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY










Səlimov Hüseyn imkansızlıqdan Aprel döyüşləri vaxtı zərər çəkmiş evini təmir edə bilmədiyini deyib:

“Bu gün-sabah Aprel döyüşlərinin 3 ili tamam olacaq, ancaq hələ də o vaxt zərər görmüş evim təmir edilmir. Özüm mülki əliləm, işləmirəm. İmkanım çatsa, heç bunlara ağız açmazdım”.

Qeyd edək ki, Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılıb.
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO