"Onlar imkan vermirlər ki..." - GİLEY
Bolge
Oxunub: 1 008
22 mar 2019 | 19:00
"Onlar imkan vermirlər ki..." - GİLEY














Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun bağları” Yeni yaşayış massivində yaşayan Fərəcullayev Səfa Vəzir oğlu və Fərəcullayeva Afət Vəzir qızı tərəfindən 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Şəfa Fərəcullayev əvvəlcə bildirmək istəyirəm ki, bacım Afət Fərəcullayeva 1996-cı ildən İsgəndərov Rasim Xanəkbər oğluilə ailə həyatı qurmuş və iki övladı olmuşdur. 5-6 ildən sonra Rasim xəstəlikdən vəfat etmişdir. Rasimin vaxtilə işlədiyi Zeytun Sovxozu tərəfindən ona ev tikintisi üçün verilmiş torpaq sahəsində iki otaqlı ev tikib ailəsilə yaşamışlar. Çox təəssüflər olsun ki, Rasim rəhmətə gedəndən sonra onun bacısı Vəzixanım İsgəndərova və qardaşı Rais İsgəndərov bacım Afəti yetim uşaqlarla birlikdə əvvəlcə yaşadıqları evdən qovmaq üçün müxtəlif təzyiqlər göstərmişlər. Ki, başsız qalmış ailəni yaşadıqları evdən və torpaq sahəsindən didərgin salsınlar. Lakin bu plan baş tutmadıqda onlar Afətin iki uşaqdan zorla məhrum edərək onları yaxınlıqda yaşayan Vəzixanımın evində anadan ayırararq zorla girov saxlamışlar. Ki, ana tək qalsın və bezib evi tərk etsin. Ailə bşçısını itirdiyinə görə dövlətin onlara ayırdığı və Afət Fərəcullayevanın adına verilmiş təqüd kartını 10 ildir ki, ələ keçirib pulları baldız Vəzixanım tərəfindən mənimsənilmişdir. Evin sənədlərini ələ keçirib vermirlər ki, Afət hər hansı formada bu mülkdən istifadə edə bilməsin. Atamgıl tərəfindən və eləcə də biz qardaşlar köməkləşib bacımız olan Afətə bir sıra yardımlar etmişik ki, təki evində babat yaşaya bilsin. Atam Vəzir kişi neçə dəfə Afətə dolanmaq üçün yanı balalı sağılan mal vermişdir ki, yaşa bilsin. Lakin baldız və qayın Afətin evdə olmadığından istifadə edərək heç bir razılıq olmadan mal-qaranı özbaşına 2500 manata satıb pulun yarsını mənimsəmişlər. Qalan verdikləri pulu da yenidən qaynı Rais gəlib 2018-ci ilin ortalarında Afətdən barc adıilə 400 manat alıb getmişdir. 10 aydır ki, qaytarmır. Pulu gəlib məcbur alıb ki, guya Afətin oğlunu hərbi xidmətdən qurtaracaqmış.

İndi də qaynı Rais Afətə hədə-qorxu gəlir ki, onun yaşadığı evin yanındakı boş torpaq sahəsi guya onundur. Və burada öz oğluna zorla ev tikmək istəyir. Afətin razılığı olsa da olmasa da. Baldızı isə Afəti evdən çıxmasını tələb edir ki, evi ələ keçirib satsınlar. Bacım afətə göstərilən bu təzyiqlərə rəğmən bildirmək istəyirəm ki, bütün qonşular da yaxşı bilirlər ki, onlar kimdirlər biz kimik. İş o yerə çatmışdır ki, baldız qayın orta məktəbə gedib uşaqları anası Afətlə görüşməyə qoymurdular. Müəllimlərin etirazına baxmayaraq onlar öz “qanunlarını” tətbiq edir və uşaqları öz anası olan evə deyil birbaşa bibisi Vəzixanımın evinə gəlməyə məcbur edirdilər. Onlar imkan vermirlər ki, ana gəlib öz uşaqlarıilə bir dəfə də olsun görüşə bilsin. Əksinə son illər özləri Afətin yaşadığı evə basqın edərək təzyiq və tisrlər etmiş, döymüş və evdən dərhal çıxıb getməsini tələb etmişlər. Mən bir qardaş olaraq Afətin olduğu yerə yaxın ərazidə yaşadığıma görə hər dəfə gəlib bacıma kömək edə bilmirəm.

Hörmətli, Mehriban xanım Siz uzun müddət Xəzər rayonundan millət vəkili olaraq həmişə bizi kimi sadə insanlara köməklik etmisiniz. Bir daha Sizdən xahiş edirik ki, Afət Fərəcullayaevaya uzun müddət qaynı və baldızı tərəfindən göstərilən qanunsuz təzyiqlərin qarşısının alınmasına, ona vurduqları maddi ziyanın ödənilməsinə( Afətin adına olan pensiya kartından 10 il istifadə etdikləri pulların geri qaytarılmasına) ələ keçirdikləri ev və torpağın sənədlərinin geri qaytarılmasına, girov saxladıqları uşaqların ana ilə görüşməsinə imkan verilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.

Daxili İşlər nazirindən də xahiş edirəm ki, Mən Səfa və Afət Fərəcullayevanın təhlükəsizliyinin təmin olunması üçün lazımi tapşırıq verəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO