AMEA-nın Gəncə katibi Elmar Vəliyev şəbəkəsi qurub? - Sensasion ittihamlar
Bolge
Oxunub: 1 194
13 mar 2019 | 16:30
AMEA-nın Gəncə katibi Elmar Vəliyev şəbəkəsi qurub? - Sensasion ittihamlar















AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyevin barəsində ağır ittihamlar səslənməkdədir. Bildirilir ki, gənc alimləri zəhərləyərək Naqif Həmzəyev və Elnur Həsənov kimilərini YAP sıralarına yönləndirilməsini təşkil edən məhz Fuad Əliyevdir.

Cahan.info-nun məlumatına görə, bu barədə feysbukda “Azad Gence” səhifəsi yazıb. Səhifədə verilən xəbərə görə, Gəncə AMEA-da F.Əliyev köçürmələrdən ibarət elmi işini zorla müdafiə etdirmək üçün hər yola əl atıb.

İclas zamanı fərq qoymadan işçilərini ağır və ədəbdənkənar “peyinbaş”, “küçük”, “köpəkoğlu” kimi ifadələrlə təhqirlərə yol verir. F.Əliyev Gəncədə hətta akademiya strukturunda da nüfuzdan düşməkdədir.

O, elm ocağını erməni dislokasiya mərkəzinə çevirməklə yanaşı, akademiyanın nüfuzlu alimlərinin gözünə kül üfürməklə məşğuldur:

“Saxta elmi yaymaqla nə etmək istəyir, bunu bilmək istərdik. Bakıda, eləcədə başqa rayonlarda elmə həvəs göstərən minlərlə gənc alimlər var ki, əlacsız qalıb, bazarlarda meyvə satırlar.

Bununla demək istəyirik ki, tarix siz və biz alimli bağışlamayacaq. Çünki babalarının heyfini torpaqlarımızla bərabər, elmimizədə bir zərbə endirirlər”.

Səhifədə daha ağır ifadələr var ki, onları etika naminə təqdim etmirik. Bəzi istifadəçilər isə yazılanlara etiraz ediblər, doğru olmadığını deyiblər.

Lakin nə F.Əliyev, nə E.Həsənov, nə də N.Həmzəyev münasibət bildiriblər. O da deyilir ki, bu şəxslər Gəncənin sabiq başçısı Elmar Vəliyevin kadrlarıdırlar.

Amma F.Əliyev onlara şərait yaradıb.

Bu şəbəkədə E.Həsənovla N.Həmzəyevin adları keçir. Həmzəyev Gəncənin deputatıdır. O, Rəsulzadəyə vətən xaini deməsi və son müsahibəsində çəpişlərin uşaq vaxtı qulağını dişlədiyini deməsi ilə gündəmə gəlib.

Gəncənin sabiq başçısı E.Vəliyevin müavini olmuş, onun sayəsində deputat təyin edilmiş N.Həmzəyev üçün parlament karyerasının son vaxtlarıdır. Onu növbəti Milli Məclisə buraxmayacaqlar.

Yada salaq ki, ötən il fevralın 3-də AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində olub, yaradılan şəraitlə maraqlanıblar.

Sosial şəbəkələrdə gedən xəbərlərə istinadən verdiyimiz məlumata görə, polisin əhatəsində ticarət mərkəzini gəzən AMEA katibi və deputatlar bu ekskursiyanı yenigence.com adlı bir saytda tirajlayıblar.

Onlar “Grand Qafqaz” Ticarət Kompleksində mağazaları gəzib, satıcılar, alış-verişlə tanış olublar. Fotolardan isə görünür ki, bazarda nə alıcı var, nə də müştərilər...

İşin rəzalət tərəfi ondan ibarətdir ki, deputatlar və AMEA nümayəndəsi bazara polisin müşayiəti ilə gəlmişdilər. Görəsən kimdən, nədən ehtiyat edirlər? Nə üçün xalqın qabağına çıxmırdılar?

AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyevin bazarla tanış olmaq istəməsinin səbəbi müəmmalıdır. Elm adamının bazarda nə işi ola bilər?

AMEA-nın akademiki Akif Əlizadənin Gəncə bölməsinin akademiki F.Əliyevin icra başçısının bazarında gəzintisindən xəbəri varmı?

Ümumiyyətlə, Gəncədə ən çox N.Həmzəyev haqda danışırlar. Deyirlər ki, bu gənc adam ölkənin ikinci, əzəmətli¸tarixi şəhərində deputat olmağı haqq etmir. Onsuz da seçicilərlə maraqlanmır, vətəndaşlarla görüşmür, bazar reklamı ilə məşğuldur.

Qeyd edək ki, F.Əliyev 1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini alıb, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü (akademik) seçilib.

84 elmi əsər, 16 elmi ixtira, 5 monoqrafiyanın müəllifidir. AMEA-nın Gəncədə dərc olunan “Xəbərlər” məcmuəsinin baş redaktorudur. Alim 1996-cı ildən Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavinidir.

Fuad Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına, 2006-cı ildə “Əməkdar elm xadimi” adına layiq görülüb.
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO