Zərdab sakini özbaşınalıqla üz-üzə qalıb... - GİLEY
Bolge
Oxunub: 760
18 fev 2019 | 23:15
Zərdab sakini özbaşınalıqla üz-üzə qalıb... - GİLEY












Zərdab rayon Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:

"Mən Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı yazıb sizə b ildirirəm ki, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov ailəmizin qanunu əmlakının sökülməsinə dair qanunsuz qətnamə çıxarmışdır. Bu bəlkə də nəinki Azərbaycanda, heç dünyada belə indiyə qədər baş verməmiş bir qanunsuzluqdur ki, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov etmişdir. Ucar rayon Məhkəməsinin 2(063)-528/2018-saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyim apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsdlinin icraatındadır.Apellyasiya şikayətim üzrə 21 fevral 2019-cu il tarixdə məhkəmə baxışı keçiriləcək.Bu müraciətimi yazmaqda məqsədimiz apellyasiya şikayətimizə obyektiv baxılıb ədalətli qərarın çıxarılmasına prezidentin kömək etməsini xahiş etməkdir. Çünki əgər Şəki Apellyasiya Məhkəməsinin hakimi ədalətli qərar çıxarmasa biz ailəliklə həyat yoldaşım, iki azyaşlı uşağım və özüm intihar edəcəyik.Bunun isə məsuliyyəti bir başa, Zərdab rayon icra başçısı Lütvəli Babayevin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun və Şəki Apellyasiya Məhkəmsinin üzərinə düşəcək.Artıq belə qanunsuzluğa görə həyatımızdan bezmişik.

Diqqət edin ki, Ucar rayon Məhkəməsinin 2(063)-528/2018-saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 1997-ci il tarixdə Aqrar İslahatlar zamanı bizim ailəyə verilmiş evin sökülməsini qət etmişdir. Həmin çoban evi qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğlunun ailə üzvülərinə əmlak payı olaraq dövlət tərəfindən 1997-ci il tarixdə verilib.Buna dair sənəd var ki, əslini Ucar rayon məhkəməsinə təqdim etmişdim. Ancaq bütün bunlara baxmayaraq Ucar rayon məhkəməsinin hakimi Hilal Xəlilov Azərbaycan Respublikasının qanunlarını tapdadı, Heydər Əliyevin imzası ilə bizə verilmiş sənədə məhəl qoymadı.Bu isə hakim özbaşınalığı hesab edilməlidir.Hakim Hilal Xəlilov nəzərə almadı ki, 1997-ci il tarixdə həmin çoban evi bizə verilən zaman Azərbaycan Respublikasında nə bələdiyyə yaranmamışdır, nə də ki Dövlət Əmlak Komitəsi.
Həmin ev sovetlər dönəmində M.Müşfiq adına kolxozda çoban evi olub.Qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğlu həmin kolxozda çoban, qayınanam Mehdiyeva Səruzə İldırım qızı isə sağıcı işləyib.Onlar evlənib həmin evdə yaşayıblar. Həyat yoldaşım Mehdiyev Sarənc Nəsrəddin oğlu 1978-ci il tarixdə həmin evdə doğulub.1997-ci il tarixdə Aqrar İslahatlar zamanı həmin çoban evi qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğlunun ailə üzvülərinə əmlak payı olaraq dövlət tərəfindən verilib.Buna dair sənəd var ki, surətini bu ərizəmə əlavə edirəm. 2004-cü il tarixdə Mehdiyev Sarənc Nəsrəddin oğlu ilə nigah bağlayıb həmin çoban evində ailə həyatı qurmuşam. Birgə nigahdan iki övladımız 2004-cü il tarixdə qızımız Günay, 2005-ci il tarixdə oğlumuz Səid dünyaya gəliub.
Bizim xəbərimiz olmadan evimizin altı yerləşdiyi torpaq sahəsinə reyestr çıxarışı alınaraq Zərdab rayonu Məlikumudlu bələdiyyəsi Abdullayeva Nüşabə Ağalar qızına 25 illik müqavilə ilə icarəyə vermişdi. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin torpağa dair 2018-ci il tarixdə reyestr çıxarışı vermişdir.Hansı ki, reyest çıxarışı verilməmişdən əvvəl həmin torpaq sahəsinə baxılmalı idi və maneə aktı tərtib edilməli idi.Bu prosedurları isə qanunsuz olaraq etməyiblər.Necə ola bilər ki, həmin torpaq sahəsinə baxış keçirilsin həmin ev gözə görsənməsin. İndi isə həmin qanunsuz verilmiş reyestr sənədini əsas gətirən Abdullayeva Nüşabə Ağalar qızı məhkəmədə iddia qaldıraraq bizə məxsus qanunu sənədli evimizin sökülərək bizim ailənin oradan çıxarılmasını tələb edib.

Ucar rayon Məhkəməsinin 2(063)-528/2018-saylı, 29 noyabr 2018-ci il tarixli qanunsuz qətnaməsi ilə qətnaməsi ilə iddia təmin edildi.Hansı ki, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov ekspertin qarşısında sual qoyub həmin torpaq sahəsinin ilk olaraq kimə məxsus olmasını və kimin tərəfindən zəbt oluunmasını araşdırmalı idi. Bunları isə qəsdən etmədi, qanunsuz qətnamə çıxartdı. Qanuna əsasən mülkiyyətin yerləşdiyi torpaq sahəsi bütün hallarda həmin əmlakın sahibinə satılmalı və ya icarəyə verilməlidir.Əmlakımız yerləşdiyi torpaq sahəsi satılan və ya icarəyə verilən zaman ilk olaraq bizə təklif edilməli idi. Ancaq bunların heç biri edilmədən bizə məlumat verilmədən əmlakımızın yerləşdiyi torpaq sahəsi başqa şəxsə icarəyə verilmiş sənədləşdirilmişdir.

Artıq biz vəzifəli şəxslərin qanunsuz əməllərindən özümüzü öldürmə həddinə çatmışıq.Bunu Allah da götürməz ki, qanunu əmlakımızın yerləşdiyi torpaq sahəsi bizim xəbərimiz olmadan qanunsuz olaraq başqasına verilib ona dair reyestr çıxarışı alınsın və məhkəmə qanunu əmlakımızın sökülməsinə dair qətnamə çıxarsın.Əgər evimiz belə saxtakarlıqla qanunsuzluqla söküləcəksə bizim ailə çöllərdə yaşamalı olacaq ?
Yox biz buna dözə bilmərik belə olan təqdirdə biz həmin evdə ailəliklə birlikdə özümüzü yandıracayıq ki, həmin hadisə dünyada ədalətin simvoluna çevrilsin.

Ancaq hələki ümüdümüzü üzməmişik ona görə ki, inanırıq ki, Şəki Apellyasiya Məhkəməsində apellyasiya şikayətimizə obyektiv baxılacaq ekspertiza keçiriləcək həmin sözügüdən ərazini kimin zəbt etməsi, kimin sənədinin qanunu, kimin sənədinin qanunsuz olması subut olunacaq və ədalətli qətnamə çıxarılacaq.
Hörmətli prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sizdən xahiş edirəm Apellyasiya şikayətimə ekspertiza keçirilərək obyektiv baxılıb ədalətli qətanmə çıxarılmasına tapşırıq verəsiniz.Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız".

Müraciətdə iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Zərdab sakini özbaşınalıqla üz-üzə qalıb... - GİLEYZərdab sakini özbaşınalıqla üz-üzə qalıb... - GİLEY
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO