Salyanın icra başçısı uşaq bağçanını sökdürərək, yerində özünə villa tikdirib
Bolge
Oxunub: 1 766
13 mar 2015 | 17:02
Son zamanlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov yenidən mətbuatın diqqət mərkəzinə düşüb.

İcra başçısının fəaliyyəti, bu rayonda sahibkarların incidilməsi, dövlət büdcəsindən ayrılan xərclərin qeyri-şəffaf xərclənməsi, inzibati binaların özəlləşdirib, ələ keçirilməsi haqda saysız-hesabsız məqalələr dərc olunub. Amma görünən odur ki, heç bir dəyişiklik yoxdur.

"İcra başçısı rayonun bir neçə yerini zəbt edib, özü üçün biznes qurub" - bunu musavat.com-un bir neçə gün əvvəl Salyan rayonununa ezam olunmuş müxbirinə yerli sakinlər deyiblər.

Belə ki, bu zamana qədər redaksiyamıza Salyan rayonundan yetərincə şikayətlər daxil olub. Sakinlər öz şikayətlərində İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun özü üçün ideal şərait yaratdığını, rayonun isə bərbad halda olduğunu deyirlər.

Məsələ ilə bağlı Salyan rayonuna ezam olunmuş müxbirimiz kiçik araşdırma aparıb. Məlum olub ki, sakinlərin dediklərində həqiqətlər var.

İcra başçısı rayonun mədəniyyətinə öz “töhfə”sini verərək, Mədəniyyət Evini sökdürüb. Onun yerində isə İcra Hakimiyyətinə yeni bina tikdirib. Bunun üçün isə 5 milyon manata yaxın maliyyə vəsaiti xərclənilib. Binanın qarşısında olan parkı abadlaşdırıb. YAP-nın binasını da təmir etdirərək, müasir görünüş yaradıb. Mədəniyyət Evini isə İH binasına birləşdirib.

Təbii ki, bütün bu tikinti və abadlıq işlərinin yerli sakinlərə heç bir faydası yoxdur. Sakinlərin sözlərinə görə, tikinti və bərpa işləri bununla bitməyib.

Tahir Kərimov özü üçün də rahat şərait yaratmaq qərarına gəlib. Belə ki, T.Kərimov işdən evə getmək asan olsun deyə, İcra Hakimiyyətinin sol tərəfindəki 4 nömrəli uşaq bağçasını sökdürərək, özü üçün ən müasir standartlara cavab verən ev tikdirib

Bu barədə Salyan sakinlərindən biri daha ətraflı danışdı: "T.Kərimov Salyan RİH-nin və Heydər Əliyev Mərkəzinin tikintisi üçün ayrılmış dövlət vəsaitləri hesabına H.Əliyev parkına bitişik ərazidə, köhnə uşaq bağçasının həyətini Bakı sakini olan şəxsi sürücüsünün adına özəlləşdirərək, podratçı “İlkin-N” şirkətinə özü üçün 3 mərtəbəli, müasir villa tikdirib. Bağçanın özünü də sökdürüb. Ümumiyyətlə, o ərazini də özəlləşdirib. Ürəyi nə istəyirsə, onu da edir".

Sakinlər deyirlər ki, T.Kərimov həmin evi tikdirərək, yolu da qapadıb: "Bizim icra başçısı tərəfindən bəxtimiz heç gətirməyib. Əvvəlki icra başçısı Rasim Bəşirovun da dövründə rayon bərbad idi, elə indi də... Ancaq T.Kərimov bu rayona gələndən sonra hər şey daha da betər oldu. İlk gördüyü iş İH-nin binasını dəyişmək oldu. Bunun üçün milyonlarla manat xərcləndi. Bu qədər xərc nəyə lazım idi? Axı, rayonun yolları bərbad gündədir.

Bir az mərkəz tərəfin yollarını düzəldiblər. Qalan hissələr xaraba vəziyyətdədir. Qəsəbələrin, kəndlərin yolları keçilməz olub. Qışda palçıq o qədər çox olur ki, maşınlar yolda qalır. Dəfələrlə şikayət etsək də, heç bir faydası olmayıb. Hər dəfə "Büdcədə pul yoxdur" deyirlər. Təbii ki, olmayacaq. O pullarla İH üçün bina tikəndə, özü üçün villalar tikəndə bitməli idi, də...

Villanı tikdirib, üstəlik yolu da bağlayıb. Ora küçə idi. Camaat həmin küçədən istifadə edirdi. Artıq bu, mümkün deyil. Ümumiyyətlə, T.Kərimov rayonda özünü icra başçısı kimi yox, biznesmen kimi aparır. Sanki rayon onun şəxsi mülkiyyətidir. T.Kərimov həm də yüz hektarlarla ərazini ələ keçirib. Bu torpaqlar əvvəllər ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, icra başçısı onlara aid sərəncamları ləğv etdirərək, həmin əraziləri zəbt edib".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu