Qaxdakı idarəçilik, daha çox qohumbazlıq amilinə söykənir
Bolge
Oxunub: 1 425
2 mar 2015 | 11:59
Qaxdakı idarəçilik, daha çox qohumbazlıq amilinə söykənir

Bu gün ölkəmizin şimal zonasında yerləşən rayonlar içərisində, Qax rayonu daha çox sosial problemlər məngənəsində boğulur desək, yəqin ki, yanılmarıq. Bunu zəruri edən səbəblər içərisində ən başlıcası, rayon rəhbərliyinin həyata keçirdiyi səriştəsiz idarəçiliyin mahiyyətidir. Düzdür, cənab Musa Şəkiliyev icra başçısı təyin olunarkən tam əksəriyyət belə bir düşüncəyə sahib idilər ki, onun təyinatı rayona, sakinlərə uğur gətirəcək, saysız-hesabsız sosial problemlərin həlli ilə də nəticələnəcək. Amma zaman keçdikcə hər bir həqiqət, hər kəsə gün təki aydın oldu. Bilinib başa düşüldü ki, meçə təsərrüfatından icra başçısı vəzifəsinə təyinat alan M.Şəkiliyev, yenə də əvvəlki idarəçilik üslubu ilə idarəetməni həyata keçirir və çoxsaylı problemlərin əmələ gəlməsinə də, məhz onun özü səbəb olur.
Digər tərəfdən onun qohumbazlıq, dostbazlıq, yerlibazlıq faktorlarını daim öndə tutması, heç də diqqətdən kənarda qalmır. Rəhbərliyin ötən illər ərzində digər amillərə nisbətən, daha çox qohumbazlıq amilinə üstünlük verməsi isə, bu gün Qaxda hər kəsin müzakirə etdiyi mövzulardandır. Adicə bir məqama toxunmaqla nə demək istədiyimizi, hər kəsə bəyan etmək istəyirik. Məsələn, rayonun daha çox gəlir gətirən sahələrini, bu gün M.Şəkiliyevlə qohumluq əlaqəsi olanlar zəbt ediblər. Onlardan biri də, Qax rayon Suvarma Sistemləri İdarəsinin hələlik əbədi və əzəli rəhbəri hesab olunan Soltan müəllimdir. Bu şəxsin bəxti onda gətirib ki, o, həm rayon rəhbərliyinə qohumdur, həm də ki, tabe olduğu quruma rəhbərlik edən Əhməd Əhmədzadə, ölkənin şimal zonasındandır. Belə bir faktorun varlığı da, hələlik ona əbədi və əzəli rəhbər olmağa imkan verir. Elə bu kimi bağlılığın nəticəsidir ki, hal-hazırda rayonun SSİ-si bərbad haldadır. Büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, mənimsəmə faktorunun tüğyan etməsi, idarənin balansında olan nəqliyyat vasitələrindən əksər hallarda şəxsi məqsədlər üçün istifadəolunma və.s, onu söyləməyə əsas verir ki, həqiqətən də Soltan müəllimin nə tabe olduğu qurum rəhbərindən, nə də ki, rayon icra hakimiyyəti başçısından çəkinəcəyi yoxdur.
Diqqəti cəlb edən məqamlardan biri də, SSİ-i rəhbərinin M.Şəkiliyevi daim müdafiə etməsidir. Sözsüz ki, belə bir addımın da özəl səbəbləri var ki, bunlardan da bəzilərini yuxarıda qeyd etmişik. Məsələn, əldə etdiyimiz başqa bir məlumatlara görə rayon rəhbərliyindən hansısa mətbu orqanda, xəbər portallarında tənqidi açıqlama işıq üzü gördükdə, dərhal SSİ-nin rəhbəri ona bağlı olan “mətbuat nümayəndəsi”nin xidmətindən yararlanmağa çalışır. Məqsədi lazımi məlumatları əldə etmək, yeri gəldikdə isə qabaqlayıcı addımlar atmaq olur. Bəzən də elə hallar olur ki, SSİ-nin rəhbəri tənqidi açıqlama dərc edən şəxsin vasitəsilə, ona bağlı olan “mətbuat nümayəndəsi”nə “salam” da göndərir. Bu zaman göndərilən salamın nə demək olduğunu mahiyyət etibarilə başa düşməsək də, amma düşüncələrimizdə müəyyən qənaətə gəlməyi bacara bilirik.
Ümumiyyətlə, hal-hazırda respublikamızın şəhər və rayon rəhbərləri içərisindəadı daha çox qalmaqallarda, KİV sahəsində çalışan “xanım jurnalist”lərlə hansısa formada işbirliyi qurmaqda, rəhbərlik etdiyi rayonda sosial problemlərin əmələ gəlməsinə səbəb olmaqda və.s adı daha çox vurğulanan vəzifə sahiblərindən biri də, M.Şəkiliyevin olduğu bildirilir.
Bu haqda növbəti saylarımızın birində.
“Azerinfo.az”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu