İCRA BAŞÇISI KƏRƏM HƏSƏNOVU EŞITMIR, AĞSTAFANI AYAĞA QALDIRIR – VIDEO… 1-06-2018, 18:18
Bolge
Oxunub: 588
10 in 2018 | 14:10
İCRA BAŞÇISI KƏRƏM HƏSƏNOVU EŞITMIR, AĞSTAFANI AYAĞA QALDIRIR – VIDEO… 1-06-2018, 18:18














Ağstafanın icra başçısı Məhərrəm Quliyev rayonun problemlərini başdı-başına buraxıb

FİA.Az-ın verdiyi xəbərə görə, yerli camaat Ağstafa RİH-nin laqeydliyindən beziblər.

Onların şikayətlərinə baxılmır, Bakıya saysız-hesabsız məktublar göndərilir, əhalinin torpaq, işsizlik, sosial məsələləri yada düşmür. Fermerlər və əkinçilər də cana doyub.

Məsələn, rayonun Stansiya Poylu kəndindən 27 torpaq sahibi şikayətçidir. Onların faktinfo.az-a verdiyi məlumata görə, 1994-cü ildə rayonda aparılan torpaq islahatı indi başa bəla olub.

Pay torpaqların bölgüsünə uyğun torpaq mülkiyyətçilərinə o zamankı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət aktı verilib.

Hazırda 27 ailənin əlində torpaqlarına dair dövlət aktı olmasına baxmayaraq, onlar torpaqlarını 5 ildən çoxdur əkib — becərə bilmir.

Çünki həmin torpaqları başqa şəxslər istifadə edir. Digər qism 200-ə yaxın torpaq mülkiyyətçisinin torpaqlarında 20-30 sot əskiklik var. Onlar da narazılıq edirlər.

FİA.Az-ın verdiyi xəbərə görə, Ağstafanın icra başçısı torpaqları varlılara peşkəş edib.

M.Quliyev 5 ildir torpağın əkib becərə bilməyən kəndliləri ağır vəziyyətə salıb. İcra başçısı onları vecinə də almır. Bu da Ağstafada etiraz aksiyası ilə nəticələnə bilər.

Sakinlərin dediyinə görə, mübahisə predmeti olan torpaqlara dair torpaq quruluşu işlərinə təkrar ehtiyac yaranmasını məqsədəuyğun hesab edən 27 narazı ailə ölkə rəhbərliyinə və digər aidiyyatı dövlət orqanlarına şikayət edib.

Hətta şikayətçilərin Dövlət Əmlak Komitəsinə ərizələrə cavab olaraq bildirilib ki, rayon İcra Hakimiyyətinə müraciət etsinlər.
Şikayətçilər rayon İcra Hakimiyyətində də dəfələrlə olublar.

Ancaq məsələ müsbət həll olunmayıb. Ağstafa rayonundan torpağa dair edilən şikayətlər digər rayonlarda baş verən özbaşnalıqlarla müqayisədə bir neçə dəfə çoxdur.

Torpaq üzərindən aparılan maxinasiyalar, oğurlanan dövlət vəsaitləri zaman-zaman olub və yüksələn xətt üzrə inkişaf edib.
İnternet üzərindən ümumi axtarış sisteminə müraciət edildikdə bu barədə onlarla yazı oxumaq mümkündür.

FİA.Az xatırladır ki, bir müddət əvvəl çəkilmiş görüntülərdə Ağstafa rayonunun birinci şəxsi, icra başçısı Məhərrəm Quliyevin 05-AA-001 dövlət nömrə nişanlı xidməti avtomobili ilə qanunən saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapmışdı.

Məlumata görə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur. Rayonun idarəetməsini təhvil verib birinci müavini Ramiz Tatarova.

Tatarov isə idarə, müəssisə, sahibkarlıq subyektlərindən rüşvət toplamaqla rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satmaqla talançılıqla məşğul olur, Məhərrəm Quliyevə hər həftənin birinci günü «hesabat” verir.

Xatırladaq ki, Zeynal Nağdəliyev 2003-cü ildə Lənkəran şəhər icra hakimiyyətinin başçısı təyin edildikdən sonra Məhhərəm Quliyev icra başçısının müavini, Prezident Administrasiyasının şöbə müdiri təyin edildikdən sonra Məhərrəm Quliyev də həmin şöbənin baş məsləhətçisi olub.

Onun Ağsatafa rayon icra hakimiyyətinin başçısı təyin edilməsinin arxasında birbaşa Zeynal Nağdəliyevin dayanması ilə bağlı iddialar var.Belə qənaətə gəlmək olar ki, Məhərrəm Quliyev Prezident Administrasiyasındakı himayədarlarına arxalanır.

Başçıya ən yaxın şirkətlərin arasında «Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir: «Bu MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub.

Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarların satın alınması – 9440 manat, Ağstafa İcra Hakimiyyəti üçün avadanlıqların satın alınması- 5790 manat, inzibati binanın cari təmir işlərinin satın alınması – 9485 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması – 28632,52 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi maşın və avadanlıqların satın alınması – 9970 manat. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir. Qarşı tərəfi dinləməyə hazırıq.

Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu