GDU-DA TƏLƏBƏLƏR “AYLIĞA” VƏ “ILLIYƏ” BURAXILIB-ŞOK OLAY
Bolge
Oxunub: 731
10 in 2018 | 13:30
GDU-DA TƏLƏBƏLƏR “AYLIĞA” VƏ “ILLIYƏ” BURAXILIB-ŞOK OLAY















Bu da onu söyləməyə əsas verir ki, Yusibov Yusif Əmiralı oğlunun rəhbərlik etdiyi bu təhsil müəssisəsində hər cür qanunsuzluqlara qol qoymaq, sanki adi məişət məsələsinə çevrilib
Respublikamızda fəaliyyət göstərən təhsil müəssisələri içərisində GDU-nun adı hər zaman qalmaqallı təhsil müəssisəsi olaraq hallanıb. Bu günlərdə isə “Gündəm Xəbər” redaksiyasına adı çəkilən təhsil ocağı ilə bağlı daxil olmuş və sensasiya doğura biləcək məlumatları nəzərdən keçirdikcə, həm təəccüb qaldıq, həm də şoka düşdük. Çünki, GDU-da baş verən oyunlarda “oynanılan oyunlar”ın mərkəzində duran “kombinator”un kimliyinin indiyə qədər aşkara çıxarılmaması, demək olar ki, əksəriyyəti şoka salmaqdadır. Baxmayaraq ki, həmin “kombinator”un kimliyi universitetdə çalışanların əksəriyyətinə məlum olsa da, bu ali təhsil müəssisəsində “məndən ötsün, kimə dəyir dəysin” prinsipi hökm sürdüyündən, hələ ki, hər kəs susmaqda davam edir.
Bir neçə gün bundan öncə adının çəkilməsini istəməyən mənbə tərəfindən redaksiyamıza belə bir məlumat çatdırıldı ki, GDU-nun fizika və texniki fənlər, həmçinin incəsənət fakultələrində “təhsil alan” bir neçə tələbənin ilboyu dərsə gəlməmələri qalsın bir yana, bir neçəsinin də xarici ölkələrdə olmaları, artıq bu təhsil müəssisəsində ab-havanın hansı durumda olmasını müəyyən etməyə imkan verir.
Çatdırılan məlumatlarda o da qeyd olunur ki, onlara belə bir imkanı birbaşa olmasa da, dolayısı yolla adı çəkilən fakultənin dekanı Muğan Quliyev və tədris işləri üzrə dekan müavininin yaratdığı bildirilir. Yəni, bir neçə tələbənin “aylığa” və “illiyə” buraxılmaları, artıq GDU-dakı söz-söhbətin ciddiliyindən xəbər verir. “Gündəm Xəbər”ə çatdırılan məlumatlarda adlarını çəkdiyimiz tələbələrin bu şəxslər olduğu bildirilir. Hansı ki, onlar ölkə ərazisində olsalar da, heç vaxt dərs üzü tanımırlar. Məsələn, Məmmədova Bahar I kurs tələbəsi texnolologiya fakültəsi, Həsənli Ayşən IV kurs tələbəsi texnologiya fakültəsi, İmanova Aysel IV kurs tələbəsi texnologiya fakültəsi, İmanzadə Ülkər IV kurs tələbəsi texnologiya fakültəsi, Rəhimli Səadət III kurs tələbəsi təsviri incəsənət fakültəsi, Kazımlı Sinarə III kurs tələbəsi təsviri incəsənət fakültəsi, Zeynalova Mədinə III kurs tələbəsi təsviri incəsənət fakültəsi, Camallı Aytən III kurs tələbəsi təsviri incəsənət fakültəsi, Rzayeva Firəngiz III kurs tələbəsi təsviri incəsənət fakültəsi, Ələkbərova Fidan III kurs tələbəsi təsviri incəsənət fakültəsinin tələbələri olduqları bildirilir. Çatdırılan məlumatlarda o da qeyd olunur ki, GDU-nun fizika və texniki fənlər, həmçinin incəsənət fakultəsinin müxtəlif kurslarında “təhsil alan” elə tələbələr də var ki, onların adları universitetdə getsə də, özləri ölkə sərhədlərindən çox-çox uzaqdadırlar. Ölkə sərhəddindən kənarda olan tələbələrin Quliyeva Lalə IV kurs tələbəsi təsviri incəsənət fakültəsi, Məmmədova Ünbülxanım III kurs tələbəsi təsviri incəsənət fakültəsi, Bağırova Zülfiyyə IV kurs tələbəsi fizika fakültəsi, Həbubillayeva Aygün IV kurs tələbəsi fizika fakültəsinin tələbələri olduqları bildirilir.
Hər kəsi təəccüb edən hal odur ki, GDU-da baş verənlərlə bağlı tənqidi açıqlamalar dərc olunan zaman, çox keçmir ki, adı çəkilən təhsil müəssisəsində səlahiyyət sahibi olan vəzifə sahibləri, yaxud da onların müdafiəçisi rolunda çıxış edən bəzi “jurnalist”lər (əgər onlara jurnalist demək mümkündürsə) baş verənləri inkar etməyə çalışırlar. Hətta, onlar ikrah hissi ilə “nə üçün bizim mövqeyimizi dinləmədən açıqlama dərc etmisiniz” deyə, qarşı tərəfi borclu çıxarmağa da çalışırlar. Redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, GDU-da mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyan Rauf Hacıyevlə əlaqə saxlayıb baş verənlərlə bağlı onu ətraflı məlumatlandırsaq və probremlərin varlığına münasibət bildirmələrini xahiş etsək də, təəssüflər olsun ki, hələ də qarşı tərəf susmaqda davam edir. Yalnız qarşı tərəfin cavabı o oldu ki, “biz araşdırmanı sentyabra qədər davam etdirib sizə bir cavab verəcəyik” deməklə, bir növ “sudan quru çıxmağa” çalışdı. Bu da onu söyləməyə əsas verir ki, Yusibov Yusif Əmiralı oğlunun rəhbərlik etdiyi bu təhsil müəssisəsində hər cür qanunsuzluqlara qol qoymaq, sanki adi məişət məsələsinə çevrilib. Çünki, heç cür inanmaq olmaz ki, yuxarıda adlarını çəkdiyimiz tələbələrin dərsə gəlmədən ölkə daxilində, yaxud da ölkə xaricində olmalarından cənab Rektorun məlumatı və yaxud da icazəsi olmasın.
Mövzunu diqqətdə saxlayacağıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu