ELMAR VƏLIYEV PREZIDENTIN QOVDUĞU MƏMURUN ƏLI ILƏ EV YIXIR, ADAM DÖYÜR — VIDEO
Bolge
Oxunub: 909
10 in 2018 | 12:50
ELMAR VƏLIYEV PREZIDENTIN QOVDUĞU MƏMURUN ƏLI ILƏ EV YIXIR, ADAM DÖYÜR — VIDEO















Gəncədə Həsən Əliyev küçəsinin sakinlərinin evlərini yerlə-yeksan edirlər

Deryaz.az-ın məlumatına görə, bu haqsızlığa dözməyən sakinlər etiraz səsini ucaldıblar.

Feysbukda “Azərbaycan bizimdir” səhifəsində yayılmış videoda onlar prezidentə müraciət ediblər.

Gəncədə çayın kənarında yerləşən evləri plana salınması və kvadratı 300 manatdan təzminat təklif olunması vətəndaşları ayağa qaldırıb.

Onların sözlərinə görə, bu özbaşınalığın arxasında duran şəxs Məharət Mustafayevdir. Mə.Mustafayev Kəpəzin sabiq icra başçısı və hazırda Gəncə ŞİH-də Memarlıq və Şəhərsalma İdarəsinin rəisidir.

Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan M.Mustafayevi qoruyan, onu qanadı altına alaraq dövlət başçısına qarşı çıxan Gəncə meri Elmar Vəliyev onun əli ilə evlər yıxır.

Prezidentin vəzifədən çıxardığı şəxsə vəzifə verən E.Vəliyev M.Mustafayevdən məharətlə istifadə edir.

İcra başçısının sağ əli sayılan idarə rəisi H.Əliyev küçəsinin sakinlərinə “divan tutmaqda” ittiham olunur. Video kadrdan görünür ki, sakinlər M.Mustafayevin onları təhqir etdiyini bildirirlər.

H.Əliyev küçəsində yaşayanlardan biri Reyhan Rzayeva deyir ki, M.Mustafayev insanları döyür, söyür, uşaqları küçələrə salır:

“Deyirik ki, bizə nə verirsiz? Qayıdır ki, kirayəyə gedin, ev tikib verəcəm. Bizi əsassız yerə polis idarələrində saxladır.

Məni apardı 4 saat polisdə saxladılar. Uşağın burnundan qan açıldı. Qardaşım Qarabağ qazisidir, atam 91-lərdən olub, özümüz Kəlbəcər köçkünüyük. Məharət Mustafayev qadın, qoca bilmir, hamını təhqir edir, qolunu burdurur”.

Digər sakinlər də qeyd edirlər ki, onlar Gəncədə çayın kənarında yaşayırlar:“Prezidentə şikayətimiz çatdırılmır.

Məharət Mustafayev deyir ki, əlimin içindən gəlir edirəm. Oğlanlarımızın qolunu bururlar. 300 manatdan kompensasiya təklif edirlər. Bizi evdən çıxarıb çöllərə salırlar. 1200-1500 manatdan versinlər, çıxaq”.

Deryaz.az-ın məlumatına görə, M.Mustafayevdən şikayətlər kifayət qədər çoxdur. Mətbuatda onlarla şikayətlər dərc olunub.

Məsələn, Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova Məharət Mustafayev tərəfindən aldadılaraq 100 min dollarının mənimsənildiyini bildirmişdi.

1983-cü ildən Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Tutu Əhmədova 2012-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb.

2013-cü ildə Gəncə şəhəri, Nizami rayonunun icra hakimiyyətinin başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqqında danışıq aparıb.

İH başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlində olan 100 min dolları alıb.

Başqa bir fakt: M.Mustafayevin adı 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünü öldürmə həddinə çatdırmaqda əsas fiqur kimi keçirdi.

G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına diqqət.

Sitat: “Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir.

Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir.

O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib.

Belə əməllərin sahibi olan şəxsi prezident vəzifədən qovduğu halda, E.Vəliyev ona idarə rəisi postunu həvalə edib. O da öz növbəsində ev yıxmaqla, qadınları, uşaqları əzməklə məşğuldur.

Deryaz.az xatırladır ki, bir müddət əvvəl M.Mustafayev Göygöldə bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı. M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır.

Sabiq başçının hələ ötən ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı.

Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.

Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı.

Xatırladaq ki, M.Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan əvvəl Yevlax rayon torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu