İMIŞLIDƏ ÖLÜM, NƏMƏR VƏ MTN IŞI AGENTLIYI SILKƏLƏDI: SALEH MƏMMƏDOVA DOSYE
Bolge
Oxunub: 793
10 in 2018 | 12:40
İMIŞLIDƏ ÖLÜM, NƏMƏR VƏ MTN IŞI AGENTLIYI SILKƏLƏDI: SALEH MƏMMƏDOVA DOSYE














İmişlinin Çaxırlı kəndindəki karxanada ölüm hadisəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində ciddi təşviş yaradıb
Məlumata görə, buna səbəb karxananın agentlikdə işləyən Şükür Astanova məxsus olması faktının ictimailəşməsidir.

Bu haqda ilk məlumatı yayan demokrat.az yazıb ki, qum-çınqıl karxanası Regional Yol Təmiri İdarəsinin rəisi Ş.Astanova aiddir.

Agentliyin sözçüsü Anar Nəcəfli isə qurumun tabeliyində belə idarə olmadığını söyləyib. Lakin Ş.Astanovun onların əməkdaşı olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Astanov hazırda 6 nömrəli Magistral Yolların istismarı MMC-nin direktorudur.

A.Nəcəfli həmçinin əlavə edib ki, Agentliyin tabeliyində olan qurumların heç birində istehsalatda ölüm hadisəsi qeydə alınmayıb.

Ancaq qum-çınqıl karxanasının agentliyin idarəsinə aid olduğunu kimsə iddia etməyib. Söhbət Saleh Məmmədovun rəhbəri olduğu qurumun işçisinin karxana işlətməsindən gedir.

Sayt yazıb ki, qohumuna kömək məqsədilə karxanaya gələn şəxsin başına dəmir düşüb. Hadisə nəticəsində həmin şəxs yerindəcə keçinib.

Cəsəd təcili olaraq ərazidən uzaqlaşdırılıb və gecə ilə də dəfn edilib. Mərhumun bütün xərclərini Şükür Astanov öz üzərinə götürüb.
Əksər idarə rəislərinin sexləri, karxanaları fəaliyyət göstərir.

Əvvəlcə “Azəryolservis”, sonra “Azəravtoyol” adı ilə fəaliyyət göstərmiş qurumun regional idarələrinin rəisləri oliqarxa çevriliblər.

Dəfələrlə Ağcabədi, İmişli, Beyləqan və digər bölgələrdə yol idarəsi rəislərinin zavodları, sexləri, “karyer”ləri olması haqda məlumatlar mediada işıqlandırılıb.

Bu günlərdə ölkə mediasında Ş.Aslanov haqqında ilginc iddia yayılmışdı. Həmin məlumatı diqqətinizə çatdırırıq:

“Şükür Aslanov İmişli icra başçısı Vilyam Hacıyevin oğlunun aprel 28-də keçirilən toy məclisinə 5000 manat məbləğində nəmər yazdırıb. Belə ki, icra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da toyda pul xərcləyib”.

Şükür Astanovun “məclis qəhrəmanlığı” yalnız bu olayla bitmir.

Şükür Astanovla bağlı əlavə məlumatlar əldə etmək məqsədilə cumhuriyyet.az olaraq apardığıız araşdırmada bir müddət öncə dərc edilmiş kifayət qədər primitiv mədhiyyədəki bir məqam diqqətimizi cəlb etdi:

“Toyda misiqiçilər, yas mərasimində mollalar məclisə daxil olan kimi onu (Şükür Aslanovu – red.) diqqət mərkəzində saxlayır”.

Şükür Astanov və onun rəhbərlik etdiyi ORİON-E MMC ilə bağlı ən ilginc məlumat isə bir neçə il əvvəl iri tutumlu, hər hansı sənədlərinin olmadığı söylənilən, bitiumla dolu avtomobillərin şirkət ərazisinə daxil olarkən MTN əməkdaşları tərəfindən hadisə yerində tutulmasıdır.

Qeyd olunur ki, hadisə yerində dərhal həbs edilən Şükür Aslanov naməlum səbəblərdən qısa müddət sonra azadlığa buraxılıb.

Ş.Aslanov Tabeliyində yol örtüyünün istehsalı ilə məşğul olan zavod və müxtəlif təyinatlı texinakları olan «ORİEN -E» MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yolların çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub.

Tender qalibi olan Ş.Aslanov apardığı əməliyyatlarda onun Araz çayının məcrasını dağıdaraq milyonlara sahib olmasına icazə verildiyini düşünür.

Bütün tərəfləri dinləməy hazırıq.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu