Yasamalın yeni icra başçısı neqativ zolaqda... - Özünü sığortalanmış bilir, amma...
Bolge
Oxunub: 510
8 in 2018 | 16:15
Yasamalın yeni icra başçısı neqativ zolaqda... - Özünü sığortalanmış bilir, amma...
















Məlum olduğu kimi, bütün icra hakimiyyəti başçıları haqqında konkret olaraq Prezident Administrasiyasında materiallar toplanır ki, bu faktlar əasaən həmin rayon rəhbərlərinin fəaliyyətlərinin təhlili üçün mühüm əhəmiyyət daşıyır. O da məlumdur ki, davamlı olaraq PA tərəfindən barələrində ən çox şikayət olunan icra hakimiyyəti başçıları haqqında da statistik məlumatlar açıqlanır.

Bütün bunları xatırladan məlumatlı mənbə bildirir ki, kimlər tərəfindənsə, həmin məlumatlar sıradan stastika kimi qələmə verilsə də, əslində prezidentin icra başçıları ilə bağlı qərarlarında PA tərəfindən hazırlanan, toplanan materialların xüsusi təsirinin olduğu bir faktdır. Mənbənin DİA.AZ-a söylədikləri:

"Buna görə də, icra başçıları barələrində gedən neqativləri aradan qaldırmağa daha çox maraq göstərməlidirlər. Amma görünür ki, bəzilərinin belə bir diskimfortu yoxdur və özlərini "Bağdadın kor xəlifələri" hiss edən həmin icra başçıları başları əhləd daşına dəyəndə - prezident tərəfindən cəzalananda ayılırlar. Halbuki onlara dəfələrlə xəbərdarlıqlar olunur. Bu xəbərdarlıqlar müxtəlif formada olur: birbaşa xitabla da, dolayı mövqe ifadəsi ilə də. Amma bir daha qeyd edək ki, hər kəs nəticə çıxara bilmir".

Mənbə icra hakimiyyəti başçılarının bir xüsuslarına da diqqət çəkir: "Məsələn, icra başçılarının bəziləri elə düşünürlər ki, onlar hələ postlarında təzədirlər və onlara hələ 5 il toxunan olmayacaq. Bu, kökündən yanlış fikirdir. Bunun əıksini sübutlayan yetərincə sübutlar var. Qalmaqalla yola salınan Şəkinin icra başçısı olmuş Murad Cabbarov heç 2 il mövqeyində duruş gətirə bilmədi".

Mənbə dia.az-a bildirir ki, yeni təyin olunan icra başçılarından biri - Yasamalın rəhbəri Əziz Əziov əslində karyerasında təzə olmasa da, özünü yetərincə naşı fiqur kimi aparmaqdadır: "O, əslində Cəlilabada başçılıq etdiyi dövrdən təcrübə toplamalı idi. Amma görünür ki, hər zaman himayə altında olub, onun qüsurları ört-basdır edilib. İndi isə media güzgüsünə daha da yaxın olduğundan barəsində neqativlər də operativ şəkildə ictimailəşir. Bu isə yeni bir icra başçısı üçün olduqca mənfi haldır. Elə bir vəziyyət yetişə bilər ki, Əziz Əzizovu hətta himayədarları belə qurtara bilməz. Hətta ona postunda yeni olması faktoru da kömək etməz".

Mənbənin iddialarına görə, artıq Əziz Əizovun barəsindəki neqativ rəy "yuxarıların" da diqqətini cəlb edib.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin fikirlərini dinləməyə hazırıq...
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu