Bərdədəki “İstisu” müalicə müəssisəsində hansı hoqqalara qol qoyulur?
Bolge
Oxunub: 1 058
8 in 2018 | 00:34
Bərdədəki “İstisu” müalicə müəssisəsində hansı hoqqalara qol qoyulur?














Daha çox isə, “İstisu”da massajxana adı altında fəaliyyət göstərən şöbədə minbir hoqqalara qol qoyulmasıdır



Bərdə rayonunundakı 2№-li Zavodun qarşısında fəaliyyət göstərən və Bayram Hüseynov adlı şəxsə məxsus olduğu bildirilən “İstisu”nun şübhəli və müəmmalı fəaliyyəti, hal-hazırda rayon ərazisində daha çox müzakirə olunan mövzulardandır. Bu yöndə redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, cənab Hüseynov tibbi təhsilə malik şəxs olmasa belə, bu gün o, “mən də həkiməm” ad adı altında fəaliyyət göstərməkdədir. Belə bir halın varlığı da, öz-özlüyündə çox ciddi qanun pozuntusudur. Sən demə adı çəkilən bu şəxs hansısa “daydayı”sına arxalandığından, bu gün o, nə qanun sayır, nə də ki, qanundan irəli gələn tələblərə əməl etmək haqda düşünür. Belə bir yolla da hələ ki, “əndazəni aşmaq”dadır.

Əldə etdiyimiz başqa bir məlumatda o da qeyd olunur ki, Bayram Hüseynovun rəhbərlik etdiyi “İstisu”da yalnız bir nəfər həkim var ki, o da Tünzalə xanımdır. Adı çəkilən bu xanımın sənəd-sübutu və fəaliyyəti qanuni əsaslara söykənsə də, “İstisu” müalicə müəssisəsində qeyri-qanuni əsaslarla fəaliyyət göstərən Bəsti xanımın özünü kimlərəsə həkim adı altında “sırıması”, artıq başqa mətləblərin varlığından xəbər verir. Hələ bu azmış kimi, Bəsti xanımın çox zaman ora üz tutanlara özünü “Mən Tünzalə həkiməm” deyə təqdim etməkdən çəkinmədiyi də bildirilir. Bu müalicə müəssisəsində Bayram Hüseynovun “etibarlı sirdaşı” adı ilə tanınan və ona kassirlik edən Vidadi Laçınlının da fəaliyyəti, bu gün müəyyən şübhələrin baş qaldırmasına səbəb olmaqdadır. Çünki bəzi şəxslərin iddialarında o da bildirilir ki, Bayram Hüseynovla əlbir olan və əldə olunan gəlirlərin mənimsənilməsində “baş rol”da çıxış edən bu şəxs, hazırda daha çox tənqid olunan vəzifə sahiblərindən biri hesab olunur. Sözsüz ki, Vidadi Laçınlının müəyyən ittihamlarla üz-üzə qalmasının kökündə, əldə olunan gəlirlərin təyinatı üzrə deyil, digər məqsədlər üçün xərclənməsinə yaratdığı şəraitin varlığıdır.

Yerli sakinlərdən bəzilərinin iddialarına və “İstisu”ya müalicə olunmaq məqsədilə üz tutan ayrı-ayrı şəxslərin söylədiklərinə görə, Bayram Hüseynovun fəaliyyəti müalicə müəssisəsində vergidən yayınma hallarına qol qoyulduğuna, əmək intizamanın tələblərinin pozulduğuna, hətta gigiyena qaydalarının tələblərinə əməl olunmadığına və s-yə görə tənqid olunmaqdadır. Daha çox isə, “İstisu”da massajxana adı altında fəaliyyət göstərən şöbədə minbir hoqqalara qol qoyulması ilə bağlıdır. Belə ki, çatdırılan məlumatlarda o da vurğulanır ki, massaj işlərinə adı bölgədə dillər əzbəri olan Lətafət xanım məşğul olur. Bəzi şəxslər onu da iddia edirlər ki, Bayram Hüseynov “İstisu”nun massaj şöbəsini Lətafət xanıma “arenda”ya verib və belə bir addımının qarşılığında o, hər ay ondan 300 manat “haqq-hesab” alır. Adının çəkilməsini istəməyən və müalicə müəssisəsinin massaj şöbəsini işlədən bu xanımın fəaliyyəti haqda az-çox məlumatlı olan şəxs isə “şöbədə əldə olunan gəlirlərin çoxu əyri yollarla qazanılır” deməkdən də çəkinmir. Bu da onu söyləməyə əsas verir ki, “İstisu”ya rəhbərlik edən şəxsi hansısa problemin, qanunsuz addımların varlığı deyil, daha çox gəlir əldə etmək düşündürür.

Bayram Hüseynovun fəaliyyəti yaxınlıqdakı gölün üstünün bağlanmadığına görə də, bu gün daha çox ittiham olunmaqdadır. Çünki sakinlərin verdikləri məlumatlara görə, hələ bir müddət bundan öncə həmin gölə azyaşlı bir uşaq düşmüşdü. Şükürlər olsun ki, onu vaxtında ölümün pəncəsindən xilas etmək mükün olur. Təəssüflər olsun ki, belə bir mənzərənin yaşanmasından “İstisu”nun rəhbəri heç bir nəticə çıxarmadığından, bu gün də belə bir təhlükə yaşanmaqdadır.

Mövzunu diqqətdə saxlayacağıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu