Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLAR
Bolge
Oxunub: 612
7 in 2018 | 18:15
Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLAR
















Göyçayda zibil üstündə icra başçısı ilə "komxoz”un müdiri Loğman Əliyevin arasında böyük qovğa yaşanır.

Əziyət çəkən isə sadə göyçaylılar, məktəblilərdir. "Komxoz”un müdiri bu gün rayon ərazisindən yığılan zibilləri İcra Hakimiyyətinin qarşısındakı yola və 3 saylı məktəbin qarşısına boşaldıb. Ətrafı üfunət bürüyüb.

Məktəbdə təhsil alan uşaqların valideynləri başcı ilə Loğman Əliyev arasında kı, qovğanın pul probleminə, şəxsi münasibətlərin kəskinləşməsinə söykəndiyini deyirlər. Onlar zibillərin məktəbin qarşısında qalaqlanmasına etiraz edir, uşaqlarının xəstəliyə tutula biləcəklərindən ehtiyat edirlər. Loğman Əliyev zibilləri həmin əraziyə boşaltmaqla zibil daşınmasına görə aylarla ləngidilən pulların hesablarına köçürülməsinə nail olmaq istəyir. Pulları isə hesaba köçürməyən Rayon İcra Hakimiyyətidir.

Sakinlər deyirlər ki, az əvvələ qədər Loğman Əliyev icra başçısı Mehdi Səlimzadənin önəm verdiyi kadrlardan olub. Hətta Mehdi Səlimzadə başcı təyin olunandan sonra Loğman Əliyevi rayonda rəhbər işçilərə nəzarət etmək üçün yaradılan komisiyanın rəhbəri təyin edib. Beləcə Göyçay Kommunal Təsərrüfat Birliyinin müdiri rayon Təhsil Şöbəsi, Qaz İstismarı İdarəsi, Gigiyena və Epidemologiya İdarəsi və digər dövlət qurumlarını yoxlamaq səlahiyyəti də qazanıb.

Gələn məlumatlar deməyə əsas verir ki, başcı ilə Loğman Əliyevin arasında yaranan zibil qovğasının kökləri dərindir. Başcının ətrafı da hər addımda Loğman Əliyevin üzərinə yerimək fürsətini əldən vermirlər. Belə ki, başçının Səməd adında qardaşı oğlu da bir müddət əvvəl Loğman Əliyevə hamının qarşısında ağır sözlər deyib. Səməd məişət pozğunluğuna görə Bakıda 5 bıçaq zərbəsi almış və ölümcül vəziyyətdə evlərinə gətirilərkən ayılmış şəxs kimi xarakterizə olunur.

Mehdi Səlimzadə başçı təyin olunandan sonra qardaşı oğlunu ilk olaraq H.Əliyev adına Gənclər və İdman mərkəzinə müdir təyin edib. Burada bir neçə ay işlədikdən sonra başçı onu İcra Hakimiyyətinin Hüquq şöbəsinə müdir vəzifəsinə aparıb. Yerinə isə uzun müddət rayonda bazarda kulok satan Səmədin yeznəsi Famil adlı qardaşının kürəkənini müdir təyin edib. Səməd bir müddət əvvəl özünə son model "BMW” markalı maşın alıb. Az 99 SC 999 nömrə nişanlı maşını Loğman Əliyevə göstərib və həmin vaxt digər məmurlardan fərqli olaraq "komxoz” müdiri maşına bəxşiş verməyib. Bu isə Səmədin xoşuna gəlməyib.

Loğman Əliyevə hamının içində "deyəsən bərk gedirsən, gəldiyin yer üçün darıxmısan” deyib. Loğman Əliyev bir neçə ilə əvvəl xuliqanlığa görə həbs olunub və sonradan bəraət alıb. Səmədin Loğman Əliyevin həbsini nəzərdə tutaraq onun üstünə getməsi tərəflərin bir-birinə nalayiq söyüşlər yağdırması ilə nəticələnib. Mehdi Səlimzadənin rayonda özü üçün bazar tikdirdiyi və tikintiyə Loğman Əliyevin köməklik etməməsi səbəbindən tərəflərin münasibələrinin kəskin olduğu deyilir. Loğman Əliyevin Mehdi Səlimzadə yeni başçı təyin olunandan sonra rayondakı qonaq evinin yenidən təmirinə 30 min manat xərcləməsi xəbəri də var. Rayon sakinləri ölkə rəhbərliyindən xahiş edirlər ki, prezidentlə qohum olduğunu həmişə ön plana çəkən Mehdi Səlimzadə və onun harınlamış qardaşı uşaqlarının hegemonluğundan xilas etsin. (cumhuriyyət)

Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLARMəmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLARMəmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı - Göyçaydan ŞOK FOTOLAR
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu