Cəlilabadda Əziz Əzizovdan bəri davam edən ÖZBAŞINALIQ - VİDEOGİLEY
Bolge
Oxunub: 630
5 in 2018 | 20:13
Cəlilabadda Əziz Əzizovdan bəri davam edən ÖZBAŞINALIQ - VİDEOGİLEY
















Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan Abasova Əpruz Hüseynağa qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə və digər vəzifəli şəxslərə müraciət edən şikayətçi yazır:

“Möhtərəm Prezident!

Yazıb Sizə bildirirəm ki, Baş nazirə, Milli Məclisin sədrinə, Məhkəmə Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə və Mərkəzi İcra Hakimiyyətinin rəhbərlərinə 1,5959 hektar torpaq sahəmin qanunsuz olaraq Cəlilabad rayonun 1-saylı Notariat kontorunda saxtakarlıqla sənədləşmə işi aparılaraq satılması barədə şikayət müraciəti ünvanlasam da, Cəlilabad rayonun İcra Hakimiyyətində və Cəlilabad rayon Daşınmaz Əmlakın reyesteri rəisi Yaşar Vəliyev tərəflərindən yuxarı instansiyalardan gələn şikayət məzmunlu müraciətimə kor-təbii baxırlar. Hətta istəyirlər ki, şikayətimi ört-basdır etməklə yanaşı, saxtakarlıqlarını tamamı ilə gizlətsinlər.

Cəlilabad rayonun İcra Hakimiyyətindən və Cəlilabad rayon Daşınmaz Əmlakında bir nəfər vicdanlı vəzifəli şəxs tapa bilmirəm ki, qanunun aliliyini müdafiə etsin və ya qanunun aliliyini əsas tutsun. Mənim və ailə üzvlərimin mülkiyyətində daşınmaz əmlakın reyestri 806013035566 nömrəsi üzrə qediyyatda olan 1,5959 hektar pay torpaq sahəmizi, notariat kontorunda saxtakarlıq edilərək, Cəlilabad rayonun Uzuntəpə kəndində yaşayan Elman Gülhəsən oğlu Şahmuradov, Cəlilabad rayonun Daşınmaz Əmlakın Dövlət reyestri rəisi Yaşar Vəliyev və Cəlilabad rayonun 1-saylı Notariat kontorunda işləyən Murad Mirhəbib oğlu qeyri-qanununi yolla İşiyev Rauf Əzizağa oğluna küllü miqdarda pula satmışdır.

Cənab Prezident!

Konstitusiyanın 12-ci Maddəsinin 1-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Amma qanunverciliydə göstərilən qaydalar biz kasıb təbəqəyə, kimsəsiz kəndlilərə tətbiq olunmadığı üçün, ancaq vərəq üzərində qalır. Cəlilabad rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Yasər Muradovun imzası ilə A-34-148 nömrəli 21.05.2018-ci il tarixli ünvanmıza göndərilən məktubda göstərilir ki, “mən və ailə üzvlərim Cəlilabad rayonun 1-saylı notariat kontoruna gəlib, razılığmız əsasında mülkiyyətmizdə olan 1,5959 pay torpaq sahəmizi satmışıq”. Lakin Yasər Muardov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bizə ünvanladığı məktubunda göstərdiyi müraciət ağ yalandır, böhtandır və mənimlə birlikdə ailə üzvlərimə iftira atır. Yasər Muradovun hərəkətsizliyindən görünür ki, həmkarlarını müdafiə etmək məqsədi ilə iş görür və bir-birlərinin saxtakarlıqlarını ört-basdır edirlər.

Hörmətli Prezident!

Mən şikayətimlə bağlı 12.05.2018-ci il tarixdə Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirən hörmətli Kərəm Həsənovun qəbulunda oldum və 1.5959 hektar torpaq sahəmizin sənədlərini təqdim etdim, sənədləri bir-bir gözdən keçirən hörmətli Kərəm müəllim bildirdi ki, müqavilədəki imza ilə həyat yoldaşınız Hüseynov İdahirin şəxsiyyət vəsiqəsindəki imza uyğun gəlmir. Nəticədə həmin sənədləri ekspertə göndərdi. O vaxtan bəri ekspertin cavabı gəlməyib və yaxud da Cəlilabad rayonun İcra Hakimiyyətində və ya Cəlilabad rayonun Daşınmaz Əmlakının dövlət idarəsində gizlədilir.

Ekspertin rəyini almaqla bağlı Cəlilabad rayonun İcra Hakimiyyətinə getdim, orada Rafael adlı vəzifəli işçi mənə bildirdi ki, ekspertin cavabı Kərəm Həsənovda qaldı. Dedi ki, get ekspertin cavabını Kərəm müəllimdən al, onsuz da ekspertin cavabını ala bilməyəcəksən, özünü yorub həkkdən salma, nə eləsən də, heç bir nəticəsi olmayacaq, onsuz da elədiklərin hamısı mümkünsüzdür.

Möhtərəm Prezident!

Siz xalqa müraciətinizdə bildirmisiniz ki, “Mən hər bir Azərbaycanlının Prezidentiyəm və Mən Prezidentlik postunu Xalqıma xidmət etmək üçün tutmuşam”. Eləcə də məmurlar vəzifəni xalqa xidmət etmək üçün tutub.

Mən də cənab İlham Əliyevə söykənib, ailəmizin pozulmuş hüquqlarının, qanuni mənafelərinin və haqqlarının bərpa olunması üçün bütün səylərimi göstərib, son nəfəsimədək haqsızlığa qarşı mübarizəmi davam etdirəcəm.

Hörmətli Kərəm Həsənovun qəbuluna getməmişdən bir gün qabaq, yəni 11.05.2018-ci il tarixdə Uzuntəpə kəndin 1 nömrəli tam orta məktəbin direktoru Bünyatov Raqif Vaqif oğlu və Raqiflə telefon əlaqəsində olan Cəlilabad rayon 1 saylı Notariat kontorunda işləyən Murad Mirhəbib oğlu, Raqifin atası Bünyatov Vaqif Kamal oğlu həmin günü yaşadığım ünvanda mənə çox yalvar-yaxar elədilər ki, Kərəm Həsənovun qəbuluna getməyim. Hətta mən deyirdilər ki, sən Kərəm müəllimin qəbuluna getmə, sənə sosial yardım düzəldəcəyik, 1,5959 hektar pay torpağının əvəzinə 2 hektar pay torpağı verəcəyik. Amma bunların mənə verdiyi vədlərinə, yalvarışlarına baxmayıb, səhərsi gün hörmətli Kərəm Həsənovun qəbulunda oldum. Qəbuldan sonra evə getdim, evdə qızım Günay Hüseynova mənə dedi ki, Bünyatov Vaqif Kamal oğlu idarə etdiyi maşınını evmizin tuşunda saxlayıb, barmaqlarını silkələyərək uca səslə bağırıb deyirdi ki, anan sözmüzə baxmayıb getdi Kərəm müəllimin qəbuluna, bundan sonra baxar halına, mənim qapıma minnətçi olaraq gələcək və ayaqlarıma düşüb yalvaracaq.

Bünyatov Vaqif Kamal oğlunun hədələrindən sonra mən və ailə üzvlərim qorxu-həyacan içində yaşayırıq. Qorxuruq ki, Vaqif Bünyatov mənə və ailə üzvlərimə hər hansı yollarla zərər vuracaq.

Cənab Prezident!

Yazıb Sizdən xahiş edirəm ki, bizim və ailəmizin konstitsion hüquqlarının qorunmasında, təhlükəsizliymizin təmin olunmasında və 1,5959 hektar torpaq sahəmizin bizə qaytarılmasına görə dövlət hesabından mənə və ailə üzvlərimə hüquqi yardım göstərilməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıq verəsiniz”.

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu