Lahıc sakinləri həyəcan təbili çaldı: - Tarixin canlı şahidi məhv olmaq üzrədir
Bolge
Oxunub: 938
31 may 2018 | 19:51
Lahıc sakinləri həyəcan təbili çaldı: - Tarixin canlı şahidi məhv olmaq üzrədir
















İsmayıllının Girdiman çayı sahilində yerləşən Lahıc qəsəbəsi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Bu özəlliyi Lahıca təbii qala şəraiti bəxş edir. Qəsəbənin digər özəlliyi isə tarixi abidələrlə zəngin olmasıdır. Belə abidələrdən ən möhtəşəmi isə 200 ildən çox yaşı olan və Girdiman çayının sahilində yerləşən 72 otaqlı, 2 və 3 mərtəbəli yaşayış binasıdır.

Bu ev 14 il müddətində, Lahıcın memarlığına uyğun olaraq inşa olunub. Binaya iki tərəfdən giriş mümkündür — Bədəvan məscidi tərəfdən və Girdiman çayının sol sahili istiqamətindən. Məscid tərəfdən giriş qənaətbəxş olsa da, Girdiman çayı tərəfdən olan giriş tamamilə dağılıb.

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunduqdan sonra yerli camaat 72 otaqlı evin dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil olunması üçün müraciət ediblər. Ancaq bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması üçün hələ ki bir iş görülməyib.

Bu tarixi abidə baxımsızlıq ucbatından ildən-ilə dan uçub-dağılır. Bina qəsəbənin strateji hissəsində inşa edildiyindən Lahıcın ala qapısı hesab edilir. Lahıca gələn bütün qonaqlar, yerli və əcnəbi turistlər öncə buranı ziyarət edirlər. Təəssüflər olsun ki, dağılmış, yararsız hala düşmüş tarixi abidə ilə qarşılaşırlar, hətta şəkilini də çəkirlər.

Sputnik Azərbaycan-a danışan yerli sakinlər bildiriblər ki, bu xoşagəlməz vəziyyət onlara çox pis təsir edir: "Bu abidə gün-gündən dağılaraq yarasız vəziyyətə düşür. İstəyirik ki, abidə dövlət tərəfindən təmir edilsin, gələn turistlər bu abidənin dağılmış şəklini yox, daha gözəl şəkillərini çəkib öz ölkələrində təbliğ etsinlər".

Lahıc Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Nəzər Əliyev isə bildirib ki, Lahıc qəsəbəsinin ən möhtəşəm abidəsi, Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evinin bundan sonrakı aqibəti artıq onun haqqında veriləcək qərardan asılıdır. Ya bu abidə yenidən bərpa olunacaq, ya da tarixin amansız sınağına buraxılacaq və beləcə dağılıb məhv olacaq.

Qeyd edək ki, Lahıc qəsəbəsi Azərbaycanın turizm baxımından öndə gedən məkanlardan biridir. Lahıca dünyanın hər yerindən turistlər təşrif buyururlar. Təəssüf ki, Lahıcın tarixinin danışan nümunəsi olan Hacı Paşa evinin durumunu görəndə istehza edirlər.

Ümid edirik ki, aidiyyatı qurumlar bu xoşagəlməz durumun tezliklə aradan qalxması, həmçinin tarixin canlı şahidi olan abidənin gələcək nəsillərə ötürülməsi üçün lazımi tədbirlər görəcəklər.

Lahıc sakinləri həyəcan təbili çaldı: - Tarixin canlı şahidi məhv olmaq üzrədirLahıc sakinləri həyəcan təbili çaldı: - Tarixin canlı şahidi məhv olmaq üzrədirLahıc sakinləri həyəcan təbili çaldı: - Tarixin canlı şahidi məhv olmaq üzrədirLahıc sakinləri həyəcan təbili çaldı: - Tarixin canlı şahidi məhv olmaq üzrədir
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu