Elmar Vəliyev yeni nazirə də meydan oxuyur? - Zamanında Mikayıl Cabbarov da az çəkməmişdi...
Bolge
Oxunub: 591
31 may 2018 | 20:55
Elmar Vəliyev yeni nazirə də meydan oxuyur? - Zamanında Mikayıl Cabbarov da az çəkməmişdi...
















Elmar Vəliyev Gəncə üçün bir kabusa çevrilib

FİA.Az xəbər verir ki, onun ölkənin ikinci şəhərinə rəhbərlik etdiyi dövrdən əhalisi zülmətə qərq olub.

Qeyri-qanuni tələblər, süründürməçilik, mülkiyyət hüquqlarının pozulması, qəbula gedənlərin geri qaytarılması, büdcə təşkilatlarından pul yığılması E.Vəliyev dövrünə aiddir.

Bu günlərdə onun Gəncə flarmoniyasına müəllimlərə məcburi bilet satdırması növbəti gərginliyə səbəb olub. Müəllim maaşı dolanışığa yetmədiyi halda bilet bazarı açılıb.

Gəncənin təhsil işçiləri haqq səsini ucaldaraq E.Vəliyev istibdadına etiraz ediblər. Amma təhsil naziri Ceyhun Bayramov tərəfindən heç bir addım atılmayıb.

Nazirlik Gəncə ŞİH-nə xəbərdarlıq etmir ki, müəllimlərin məvacibi ilə flarmoniyanı doldurmazlar. Belə ki, mətbuatda artıq məlumatlar var.

Universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin E.Vəliyev tərəfindən məcburən flarmoniyada keçirilən bütün konsertlərdə iştirakına başlanıb.

Hər bir təhsil müəssisəsinə 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.

Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir.

Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.

Flarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar. Gəncə “xan”ı bilir ki, bu konsertlərə heç kim gəlmir.
Ona görə, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır. Biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb.

FİA.Az mediaya istinadla xəbər verir ki, həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxaracaqlar.

Bundan başqa, hər həftə “Kəpəz” futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satıblar.

Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına aparırlar.

Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə onda "kef " başlayır.

Həmin şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.

İcra başçısının leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə görə respublikada məşhurdur.

İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir.

Bu gün 1200 nəfərdən çox tamaşaçı tutan flarmoniya artıq Gəncə şefi və flarmoniyanın direktoru Samir Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib.

Müəllimlər və valideynlər sual edirlər ki, təhsil naziri hara baxır: “Burdan müraciət edirik Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir?

Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir, sizin? Bu biabırçılığa son qoymaq lazımdır.

Gah kukla teatrı, gah dram teatr, indi də ortaya flarmoniya çıxıb. Axı bu millət yazıqdır?!

Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır”. Bütün tərəfləri dinləyib dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu