Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti - Özəl dosye/Video
Bolge
Oxunub: 647
30 may 2018 | 12:40
Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti - Özəl dosye/Video















Bir neçə il əvvəl 9 saylı Ərazi Vergi İdarəsindən (Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, Ucar) video kadrlar yayılmışdı

FİA.Az xatırladır ki, Göyçay sakini Fuad Hüseynov yazırdı ki, ondan hər ay "sabit vergi" olaraq 150 manat tələb edirlər.

Görüntülərdə də vergi idarəsində hansı vəziyyət hökm sürdüyü öz əksini tapmışdı.

Ancaq o zaman nazir Fazil Məmmədov 9 saylı Vergilər İdarəsindəki dərəbəylik, özbaşınalıqla bağlı video barədə ölçü götürmədi, idarə rəisi Elxan Süleymanlı işində saxlandı.

Bu da onun əl-qolunun geniş açılmasına şərait yaradıb. E.Süleymanlı bu 3 il ərzində o qədər varlanıb ki, vergi oliqarxına çevrilib.

Yeni vergilər naziri Mikayıl Cabbarov da onunla işləməyə davam edir.

Bunun nəticəsidir ki, E.Süleymanlı İsmayıllıda 80 min manata torpaq sahəsi alaraq qardaşının adına rəsmiləşdirib.

İddialara görə, məhkumluq həyatı yaşamış qardaşının adına sənədləşdirilən torpaq sahəsinin üzərində iki bahalı malikanə tikdirib.

Hər iki villaya nə qədər vəsait xərcləndiyini təsəvvür etmək olmur. Ən azı torpağın qiymətindən daha artıq vəsait gedib.

Bütün bu imkanlara F.Hüseynov kimi vətəndaşlardan alınan qeyri-qanuni vergi pulları hesabına nail olunub.

Ona görə də 9 saylı vergi idarəsi rəisi İsmayıllıdakı mülkləri ilə kifayətlənməyib, Göyçay və Ağdaşda iaşə obyektlərinə sahiblənib.

Belə iddialar səslənir ki, E.Süleymanlı özü 5 rayonda vergiyə nəzarət etdiyi üçün obyektlərini vergidən yayındırması elə də çətin olmayıb.

Sahibkarların hesabına oliqarxa çevrilmiş E.Süleymanlıdan Vergilər Nazirliyinə şikayət edənlər isə Daxili Təhqiqat İdarəsində sıxışdırılır. Əfsus ki, M.Cabbarov bixəbərdir.

FİA.Az xəbər verir ki, E.Süleymanlının məhkumluğu olmuş qardaşı adına mal-mülk sənədləşdirməsi müəmmalı işdir.

Vergilər naziri islahatlar həyata keçirirsə, regional idarələri təftiş etməlidir. Uzun illər F.Məmmədov regional idarələri rüşvət yuvalarına çevirib. Onlardan biri də 9 ƏVİ-dir.

Vergilər naziri əksər idarələrdə, strukturlarda kadr dəyişiklikləri həyata keçirir. Bu baxımdan sözügedən idarənin fəaliyyəti də araşdırma zərurəti yaradır.

Hələ sahibkar F.Hüseynov o zaman yazırdı ki, Göyçayda yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Mahir ona zəng edərək görüşmək istədiyini bildirib:

“Mən dərhal nahar fasiləsindən sonra onunla görüşdüm. Mahir müəllimdən eşitdiklərim qanımı dondurdu.

Belə ki, Mahir müəllim yeni bir qaydaya əsasən hər bir ticarət obyektinin "nazirlikdən” təyin olunmuş standard bir məbləğdə hər ay vergi olaraq ödəniş etməyimə razılıq verməyimi istədi.

Və mənim 44 kvadrat metr sahəsi olan icarəyə götürdüyüm obyektə "yuxarıdan” 150 manat aylıq ödəniş "məsləhət görülüb”.

Bununla razılaşmayacağımı, açıq-aşkar qanuna zidd hərəkət etməyəcəyimi bildirdim. Bu işin başında kimin olduğunu və onunla görüşmək istədiyimi söylədim”.

Mahir müəllimin sözündən sonra sahibkar 9 saylı Ərazi Vergilər İdarəsinin operativ nəzarət şöbəsinin rəisi Əlisultan adlı şəxslə görüşüb:

“Əlisultan müəllimlə söhbətdən belə anladım ki, mənə edilən bu təklifə razılıq verib-verməmək öz əlimdədir.

Lakin nəzərimə çatdırdı ki, bununla razılaşanların ticarət obyektlərinə bir il müddətində heç bir vergi işçisi tərəfindən müdaxilə, yoxlama, xronometraj, audit, səyyar yoxlama keçirilməyəcək.

Əlisultan müəllimlə söhbətdən bir də bunu anladım ki, əslində yeni qurulmuş bu "reket” şöbəsinə rəhbərlik 9 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Elxan Süleymanlıya tapşırılıb”.

Fuad Hüseynov həmin gün Elxan Süleymanlıyla görüşmək istəsə də, onun işdə olmadığını bildiriblər.

Qarşı tərəfi dinləməyə hazırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu